Bizi ümidsiz qoyma. Əli Bəy Azəri
Чтение книги онлайн.

Читать онлайн книгу Bizi ümidsiz qoyma - Əli Bəy Azəri страница 6

Название: Bizi ümidsiz qoyma

Автор: Əli Bəy Azəri

Издательство: Автор

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ komandiridir. Bölüyü başsız buraxmaq olmaz, qoy, başqası aparsın!” deyə mayor Orduxanova göstəriş verdi.

      Çox düşünmədilər. Baş leytenant Nabil Orucovun maşınında yola salmağı qərarlaşdırdılar. Xidmət rəisinin köməkçisi vəzifəsində çalışan Nabil həm etibarlı, təmkinli yoldaş idi, həm də maşını ehtiyatla idarə edirdi, sınanmış adamdı.

      Umud maşına mindiriləndə bayaqkı təntənədən əsər-əlamət görmədi. Bir neçə saat əvvəl briqadanın qərargahı sanki bayram təntənəsində qaynayırdı. İndi isə yeyib-içməklərinə, əhvallarının xoş və yüksək olmalarına baxmayaraq, hər kəs öz işinin dalınca qaçırdı.

      “Gələndə elə qarşıladılar ki, elə bil qəhrəmanı qarşılayırdılar. Gedəndə də, sanki, lazımsız bir adamdan canlarını qurtarırlar. Yaxşı ki, bu mayor Orduxanov var… Yoxsa, indi Allah bilir… bəlkə avtobusla yola salacaqdılar… bəlkə heç… eh, nə bilim e…” Umud düşüncələr içində ikən mayor Orduxanov yaxınlaşdı.

      –Umud, sənə yaxşı yol… Get, istirahətini elə… Polkovnik Əliyev tapşırıb, sənədlərini rayonunuza göndərəcəklər. Orda sənə təqaüd kəsiləcək… bir də… özün başa düşürsən… atəşkəs olsa da… müharibə… müharibədir… İmkan düşdükcə, səninlə əlaqə saxlayacağıq… darıxmağa qoymayacağıq… – Bayaqdan az qala qırıq-qırıq danışan mayor duruş gətirə bilmədi, sarsıldı, tez də özünü düzəltdi. – Mənim nəsə deməyim yersizdir… Özün hər şeyi başa düşürsən… Kalyaska məsələsini də rayonda həll etməlidirlər… Yəqin ki, belə vəziyyətdə… sən tək deyilsən… Növbəyə yazarlar… vaxtın çatanda… səni də təmin edərlər… Di… yaxşı yol… – Mayor Umudun boynunu qucaqlayıb özünə sıxdı. Əlini üç dəfə kürəyinə vurdu. – Möhkəm ol!

      Mayorun “Möhkəm ol” deməyi Umudu dirçəltdi, o, elə bildi ki, komandiri onu evlərinə yox, yenə də döyüşə göndərir. Axı komandir onları döyüşə göndərəndə həmişə “möhkəm ol” deyərdi. Aya, günə bir bax!

      Mayor Orduxanov üzünü Nabilə tutdu:

      –Yolçu yolda gərək. Tərpənin ki, qaranlığa düşməyəsiniz. Erkən gedib kəndə çatasınız. Nabil, əvvəlcə maşını tibb məntəqəsinə sür. Xanməmməd həkim nə isə tapşırıq verəcək. Həm də sizə bir tibb təlimatçısı qoşacaq. Yolda köməyi dəyər.

      Mayor Orduxanov əmin idi ki, tibb təlimatçısı artıq hazır vəziyyətdə yolda durub onları gözləyir. Bu barədə Xanməmməd həkim zəng vurub xəbər vermişdi. Özü qəsdən elə deyirdi ki, tibb məntəqəsinə dönsünlər. Bəlkə Yulya da Umudla görüşüb vidalaşmaq istəyirdi.

      Nabil maşını ehmal-ehmal sürüb qərargahdan aralandı. Kolxozun digər inzibati binası yüz-yüz iyirmi metr aralıda idi. İndi briqadanın tibb məntəqəsi orada yerləşirdi.

      Tibb məntəqəsinin qabağına çatan kimi Nabil maşını saxladı. Onlarla gedəcək təlimatçı maşın dayanan kimi qapını açıb oturmaq istədi.

      –Tələsmə. – Nabil onu saxladı. – Gəl birlikdə içəri keçək. Görək Xanməmməd həkim nə deyir.

      Nabil maşından düşdü və tibb təlimatçısı ilə birlikdə içəri keçdilər.

      Tibb məntəqəsinin qabağında bir neçə əsgər o tərəf-bu tərəfə gəzişirdilər. Onlar lazaretdə olan yüngül xəstələr və sanitarlar idilər. Maşında oturub onlara göz qoyan Umuda heç fikir də vermədilər. Umud gözlərini gəzdirib qeyri-ixtiyari qapıya zillədi. Elə bu vaxt Yulya çölə çıxdı. Umud gözlərinə inanmadı, sanki bir xəyal idi. O, Yulyaya heç vaxt belə diqqətlə baxmamışdı. Yulya maşına tərəf addımlayırdı, onunla görüşməyə, vidalaşmağa gəlirdi.

      –Gedirsən?

      Maşına yaxınlaşan kimi ilk sualı bu oldu. Yanaqları Quba alması kimi qızarıb pörtmüşdü, gözləri şişmişdi, qan çanağına dönmüşdü, elə bil səhərdən ağlayırmış.

      –Həə… – Umud soyuq, bir az da könülsüz cavab verdi.

      –Bəs həkim deyirdi ki, bir-iki gün qalacaqsan. Özün qalmaq istəmədin? – Yulya soruşdu. – Yoxsa heç təklif də eləmədilər?

      –Deməyinə dedilər, özüm qalmadım. Anamdan ötrü çox darıxmışam.

      –Məzuniyyətə çıxsam, sizə gələ bilərəm? – Qəfil sual Umudu çaşdırdı.

      –Həə… Niyə gələ bilmirsən… Ünvanımı götür…

      –Ehtiyac yoxdur…

      Bu vaxt Nabil təlimatçı ilə qapıdan çıxıb maşına yaxınlaşdı, Yulya sözünün gerisini deyə bilmədi və aralanıb getdi.

      “…Bundan sonra sənin ünvanını hamı tanıyacaq, Umud!” kimsə Umudun qulağına pıçıldadı bu sözləri. “İlahi, bu kimin səsiydi?! Yulyanın? Yulya ki, bunu deməyib getdi!”

      Nabil maşını işə salıb yola düşdü. Kəndin alt tərəfindəki yola çıxıb sağa buruldu. Onlar gələndə kənd camaatı və məktəblilər bu yolda sıra ilə düzülüb qarşılamışdılar. İndi yolun kənarında bircə nəfər də yoxdu ki, Umud əl eləyib sağollaşsın.

      “…Getmə, Umud! Bizi Umudsuz qoyma!” Həmin səs idi, Yulyanın səsinə həm oxşayırdı, həm də yox. Yaralananda da bu səsi eşitmişdi…

      Umud sağa dönüb tibb məntəqəsinə tərəf baxdı. Həyətdəki əsgərlər o tərəf-bu tərəfə gəzişməkdəydilər, Yulya isə onların yanında deyildi. Sıra ilə tibb məntəqəsinin pəncərələrinə baxdı ki, bəlkə Yulya hansısa pəncərədən onların arxasınca baxır, amma pəncərələrdən baxan yox idi. Yulya heç harda görünmürdü. Umud indi çox istəyirdi ki, Yulya onun arxasınca baxsın, əl eləsin. O, bir də buraları görəcəkdimi?

      Umudun gözləri sulandı, tibb məntəqəsinin binası tor kimi görünməyə, həm də balacalaşmağa başladı. Deyəsən, xeyli aralanmışdılar.

      …Umud bir də baxdı ki, sərnişin vaqonundadır. Elə bələdçinin kupesindən sonrakı kupedədir, daha doğrusu plaskartdadır, çünki vaqon plaskart olanda kupeyə də plaskart deyirlər. Bunu Umud qatarla tez-tez yol getdiyindən yaxşı bilirdi. Qəribəydi, bu vaqonun provodniki, yəni bələdçisi də Zakir Hüseynovdu. Umud onu görəndə elə bildi ki, başqa adamdı, amma ona çox oxşayır. Axı axırıncı dəfə onu hərbi mundirdə görmüşdü. Nə qədər olmasa da, mülki geyim adamı dəyişir. Diqqətlə baxanda əmin oldu ki, bələdçi odur, Zakir Hüseynovdur ki, var. Müharibə vaxtı bir hərbi hissədə olublar. Zakir o vaxt da vəzifədəydi, indi də vəzifədədir. Gərək ki, rütbəsi də vardı – kapitanıydı. “Bəs nə yaxşı indi provodnik işləyir? Yəqin müharibə qurtarıb deyə buraxıblar. İndi müharibədir, yoxsa müharibə bitib?” Umudun başı keyimişdi. Heç nə vaxt, neçənci il, ayın günü СКАЧАТЬ