Bizi ümidsiz qoyma. Əli Bəy Azəri
Чтение книги онлайн.

Читать онлайн книгу Bizi ümidsiz qoyma - Əli Bəy Azəri страница 3

Название: Bizi ümidsiz qoyma

Автор: Əli Bəy Azəri

Издательство: Автор

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      –Özgə deyillər ki… onlar da bizdəndi… bizimdi… yarımız Arazın bu tayında… yarımız da o tayında…

      –Hərdənbir söhbət düşəndə onlar da belə deyirdi. – Umud nə fikirləşdisə əlavə etdi. – Yox, onlar ayrı cür deyirdilər. Deyirdilər ki, buralar o tayın olub… bir vaxtlar… Sonra Şahənşah Rusiya ilə cəngi aparıb ki, buraları qorusun, qoruyammıyıb. Urus güclü olub, cəngi qazanıb, buraları o taydan qoparıb. Yoxsa, indi buralar da İranın tərkibindəydi. Onda ermənini həddi nəyidi cəngi açsın, buralara hücum eləsin…

      Mayor Orduxanov güzgüdə İsgəndərə göz vurdu…

      –Umud, farslar belə danışırdı, yoxsa o taylı azərilər? – İsgəndər soruşdu.

      –Heç bilirsən ki, farslar hansıdı, azərilər, ermənilər hansı? – Umud qanrılıb arxaya baxa-baxa cavab verdi.

      –Orda ermənilər də işləyir? – İsgəndər sual yağdırmaqda davam edirdi.

      –Orda çoxunun familiyasının sonluğu yandır; ermənisinin də, farsın da, azərinin də… Bir də Təbrizin ən yaxşı həkimləri elə ermənilərdi. Onlar hər il xaricə gedib təhsillərini artırırlar. Azərilər də “bəsimdi, buna da şükür” deyib Allaha dua edir, yerlərində sayırlar. “Babam, bundan sonra gedib professor olmuyacam ki?”

      –Hə… – Mayor söhbəti dəyişmək istədi, amma Umud imkan vermədi.

      –Hə, bir də, çox xəsisdilər. – Umud qabağa çevrilib yola baxa-baxa söhbətinə davam etdi. – Əsl Hacı Qaradılar. Xəsis Culfa onların yanında toya getməlidi. İynəni də adama elə vururlar ki, elə bil qırx ildi onlardan borc alıb qaytarmamışıq. Cənab mayor, bizim hökumət onlara pul ödəmir ki, bizi müalicə etsinlər?

      –İndi onun yeri deyil, Umud. Ola bilər ki, bizim hökumət hələlik pul ödəməyib. Müharibə aparan ölkə pul ödəməz, qonşulardan borc alar. Qayda belədir. Ancaq qoy, bu müharibə qurtarsın, bircə Qarabağ məsələsi həll olunsun.., bizim hökumətimiz… heç kimə borclu qalmayacaq… Hamının borcunu artıqlaması ilə, hələ desən faizi-sələmi ilə ödəyəcək. Biz güclü dövlət olacağıq; həm iqtisadi, həm də hərbi cəhətdən. Həm də…

      Mayor Orduxanov nə fikirləşdisə, gerisini demədi. Onun nə deyəcəyini gözləyirmiş kimi nə İsgəndər, nə də Umud bir söz də olsun əlavə etmədi. Gözlədilər, gözlədilər, Orduxanovdan da səs çıxmadı.

      Qabaqda Dövlət Yol Müfəttişliyi postu vardı. Postu keçənə kimi heç biri dinib danışmadı. Mayor Orduxanov güzgüyə baxırdı, görsün o biri maşın çox geridə qalmayıb ki…

      –Umud, yaralandığın yadındadırmı? – Postu keçəndən sonra İsgəndər maraqlandı.

      Umud çevrilib komandirə baxdı ki, görsün nə deyir. Mayor Orduxanov sükandan bərk-bərk yapışmışdı, gözü ancaq yolda idi, fikri, xəyalı bəlkə də Haramıda dolaşırdı.

      –Qorxma, danış. – İsgəndər ürəkləndirdi. – Komandirinə niyə baxırsan? Qorxursan ki, danışmağına icazə verməyə? Burda nə var?! Bir də kənddə bostan oğurluğuna getməmişdin ki, cələyə düşüb qıçını qırasan. Ermənilərlə vuruşurdun, vətəni müdafiə edirdin, yaralandın.

      –Yaralandığım yadımdadır. Siz düz deyirsiniz, döyüşdə yaralandım. Amma… yenə də… yaxşısını komandir bilir… – Umud təəssüf dolu baxışlarla başını buladı.

      –Bəyəm komandir də sənin yanındaydı yaralananda? – İsgəndər inanmırmış kimi soruşdu.

      –Bəli. – Umud qəti cavab verdi.

      –Bəs axı sən sol cinahda yaralanmısan. Tabor komandirin də mərkəzdə hücumda olub.

      –Bizim komandir ayrı komandirdi, o, hər yerdə olurdu. Neçə ildir müharibədir, ermənilərlə davadayıq, mən üç döyüş bölgəsi dəyişmişəm, hələ belə komandir görməmişəm. Harda qızğın döyüş gedir, komandir tez özünü yetirir ora. Həmişə BMP-2-nin üstündədir. Bir dəfə bərk döyüş gedirdi. Erməni tankları başımıza od ələyirdi, mərmilər dolu kimi yağırdı. – Sanki Umudun dili açılmışdı. – Əsgərlər səngərlərdən baş qaldıra bilmirdilər. Biz tankçılar da nişan alıb atəş aça bilmirdik, elə allah umuduna hərdənbir birini ermənilər tərəfə atırdıq. Bir də gördük arxadakı təpənin üstündən hacıleylək dimdiyini şaqqıldatdı.

      –Nə, Hacıleylək? Sənin kod adın beləydi? – İsgəndər mayordan soruşdu.

      –İmkan ver, qoy danışsın.

      –Ləzzət eliyir hə, əsgərin dilindən xoş sözlər eşitmək?

      –Əsgərinin söylədikləri komandirin ən böyük mükafatıdır. Mənim kod adım “Zireh” idi. Əsgərlər PDM-2-yə öz aralarında “Hacıleylək” deyirdilər.

      –Yaxşı, Umud, danış. Danış, görək, sənin bu komandirin daha hansı oyunlardan çıxıb ermənilərin qabağında.

      –Ermənilər yaxşı bilirdilər. Komandirin hacıleyləyi şaqqıldıyan kimi dığalar siçan deşiyini satın alırdılar.

      Umud bunu deyib dayandı.

      –Hə, Umud, gərək belə olmayaydı, amma oldu. Görünür, Tanrının yazısı beləymiş. – Mayor Orduxanov danışmağa başladı. – Həmin gün biz “Bəytəpə” əməliyyatına hazırlaşırdıq. “Yarğan” sıra təpələrini alandan sonra ermənilər “Bəytəpə” yüksəkliyində və oradan sağa-sola uzanan təpələrdə möhkəmlənmişdilər. Üç gün idi piyada qoşunumuz hücum edirdi, təpələri ala bilmirdi. Əmr olunmuşdu ki, tanklarla hücuma keçək. Sənin tankın da hücum qrupundaydı. Tam hazırlıq görüləndən sonra sizə dinclik verdim ki, yatasınız. Özüm isə səhərki döyüşü düşünür, döyüşdən az itgi ilə çıxmaq üçün bir daha hər şeyi götür-qoy edirdim. Bərk yorulmuşdum. Gecənin bir aləmində özüm də mürgüləmək istəyirdim ki, sən sayıqlamağa başladın. “Qoymayın! Məni burda qoymayın! Komandir!!!” Öz səsinə az qala özün oyanacaqdın, o biri əsgərləri də oyadacaqdın. Yaxınlaşıb əlimi alnına qoydum, qızdırman vardı, od içində yanırdın. Dərhal sənin tankını ehtiyata keçirmək barədə qərara gəldim. Xəbəriniz olmadan sağ cinahdakı üç tankdan birini mərkəzə gətizdirdim. Alaqaranlıqdan sizi yuxudan qaldırdıq. Sənin tankının ehtiyatda qalmasını tapşırdım. Döyüşə gedə bilməməyindən məyus oldun. Burnunu sallayıb kənara çəkildin. Mənim sözümdən çıxa bilmirdin, amma döyüşdən qalmaq da istəmirdin. Nə isə… Biz üç tank və mənim sərəncamımda olan PDM-2-nin dəstəyi ilə səhərin alatoranlığında hücuma keçdik. Elə birinci həmlədə itgisiz “Bəytəpə”ni götürdük. Birinci, ikinci motoatıcı taborlar sağ-sol cinahlardan hücumu genişləndirdilər. “Bəytəpə” dən sağda, yəni ikinci tabordan sonra dördüncü, solda, birinci tabordan sonra altıncı tabor СКАЧАТЬ