Osmanov daha bir söz demədən əşya çantasını götürüb kürəyinə geyindi. Çamadanını yerdən qaldırıb qocanın arxasınca addımladı. Ay, doğrudan da üfüqə yaxınlaşırdı, bəlkə də bir barmaq məsafəsindəydi. Qocanın danışığında bir doğmalıq, bir səmimiyyət hiss etsə də ürəyindəki şübhələr ona rahatlıq vermirdi. Amma başqa çıxış yolu da görmürdü.
Ağaclığın arasından keçib dəmir yol xəttindən çox da uzaqda olmayan, təxminən yetmiş-səksən addımlıqda bir evin qarşısında dayandılar. Birmərtəbəli balaca evin giriş qapısı üzərində yanan zəif lampa ətrafı güclə işıqlandırırdı.
–Təkmi yaşayırsınız? – Qoca cibindən açar çıxardıb qapının üstündəki asma qıfılı açmaq istəyəndə Osmanovun ağlına gələn sual belə oldu.
Qoca təmkinini pozmadan qapını açdı, sonra üzünü qonağına tutdu:
–Xoş gəlmisiniz. Buyurun, evə keçək. – dedi. – İndi gəl, tanış olaq, oğlum. Mənim adım Savalandır – Savalan baba, eşitməmiş olmazsan. Bütün sərhədçilər məni belə çağırır.
–Mənim adım Osmandır.
–Lap yaxşı, bundan sonra bir-birimizi tanıyacağıq. Indi isə, buyur, keç içəri. – Savalan baba bunu deyib içəri keçdi və dəhlizin işığını yandırdı ki, Osman da içəri keçə bilsin. Elə ki, Osman içəri keçib çamadanını yerə qoydu, Savalan kişi qapının cəftəsini vurub dəhlizin başındakı otağa getdi. İşığı yandırıb elektrik çaynikini qoşdu. Osmanın dəhlizdə qaldığını görüb səsləndi.
–Yəqin, yorğunsan, yatmaq istəyirsən? Ancaq yol gəlmisən, bir stəkan isti çay içsək pis olmazdı. Keç, gəl bura. Çayımızı içək, durub yatağını göstərərəm.
Enli dəhlizdə paltar asmaq üçün divarlara hər iki tərəfdən asılqanlar bərkidilmişdi. Sağ və sol otaqların qapıları da dəhlizə açılırdı. Savalan kişinin göstərdiyi başdakı otağın – mətbəxin qapısı açıq idi, Osman çamadanı ilə səhra çantasını dəhlizin küncünə qoyandan sonra mətbəxə keçdi. Elektrik çaynikinin dızıltısı, pilətənin üstündə dəmə qoyulmuş qəfədanın səsini üstələmişdi – otağın sükutunu pozan yeganə səs çaynik dızıltısıydı. Bir müddət qonağının duruxduğunu görən Savalan kişi ayağa qalxıb dəhlizin sol tərəfindəki qapını göstərdi.
–Buyur, əşyalarını ora keçir. – dedi. – Nəvəm Babəkin otağıdır.
Osman dəhlizə qayıdıb əşyalarını götürdü, Savalan kişinin otağına keçib onları küncə qoydu. Otaqda taxtadan qədimi çarpayı vardı – Osman heç vaxt belə yatacaq görməmişdi. Otağa ani göz gəzdirdikdən sonra mətbəxə qayıtdı. Savalan kişi çayları süzüb masanın üstünə qoymuşdu. Həm də nimçəyə bir neçə pryannik və peçenye qoyulmuşdu.
–Utanma, oğlum, babanın olanından, çayını şirni ilə iç.
Osman çayını rahat içsin deyə Savalan kişi çayından bir qurtum alıb danışmağa başladı.
–Hə, oğlum, mən əlli ildir ki, burda yaşayıram. Bir vaxtlar “Komuna” sovxozunun qarovulçusuydum – buralar sovxozun biçənək yerləriydi. Kəndimiz uzaq deyil, iki kilometrlikdə yerləşir. Uşaqlar məktəbə piyada gedib-gələrdilər. Elə ki, böyüdülər, çıxıb getdilər şəhərə. Nəvəm Babək mənimlə qalırdı. O da bu il məktəbi bitirib getdi şəhərə, deyir universitetə qəbul olub.
–Bəs yoldaşınız?
–Sara vəfasız çıxdı, on ildən çoxdur ki, dünyasını dəyişib. Torpağı sanı yaşasın, adını nəvəmə qoymuşam.
–Allah rəhmət eləsin! – Osman söhbətin mövzusunu dəyişməyə çalışdı. – İndi ki, sovxoz yoxdur, niyə gedib övladlarınızın yanında rahat yaşamırsınız?
–Burda lap rahatdır mənim üçün. Tək deyiləm, tez-tez sənin kimi gəlib-gedən sərhədçi dostlarım mənə baş çəkir. – Savalan kişi çayından bir neçə qurtum içib özü söhbətin mövzusunu dəyişdi, elə bil xatirələri oyanmışdı. – Abasquluyevdən üzübəri zastavada xidmət keçən kim varsa hamısı məni tanıyır. Bir neçə saatlıq da olsa, nə vaxtsa qonağım olublar, çayımı içiblər. Sağ olsunlar, heç vaxt məni unutmayıblar, bayramlarda mənsiz masa ətrafına toplaşmayıblar, həmişə başda oturdublar, sağlığıma badə qaldırıblar. Gəlib-gedəndən də həmişə halımı xəbər alırlar.
“Abasquliyev, bizim generalmı? Sərhəd Qoşunları Akademiyasının rəisimi? Bəs onda, biləndə ki, mən bu zastavaya yollanıram, niyə mənə heç nə demədi? Axı özü məni təlimatlandırdı, cənab generalın?” Savalan kişi danışdıqca Osman fikir-xəyal aləminə daldı. Xəyallar onu bir ay əvvələ, buraxılış yığıncağına apardı.
…Hamı böyük iclas salonuna toplaşmışdı – məzunların seçim günüydü. “Kim harada istəyir, qoy xidmət keçsin. Sərhədlərdən başlanan vətən qanan, başa düşən, müqəddəs borcunu anlayan hər kəs üçün ölkənin hər yeridir”. İlk dəfəydi ki, Komandan seçimi məzunların öz ixtiyarına buraxmışdı. Odur ki, Akademiyanın rəisi general Abasquliyev seçimdə özü şəxsən iştirak edirdi, bununla belə masanın üstünə sərhəd dəstələri və zastavaların adları yazılmış vərəqlər də düzülmüşdü. Kim ki, xidmət keçəcəyi zastavanı müəyyənləşdirə bilmirdi, o, bəxtəbəxt vərəq çəkməli olurdu. Həmin vərəqdə hansı zastava göstərilirdisə, məzun da oraya təyinat alırdı.
Məzunlar arasında beş nəfər işğal olunmuş rayonlardandı ki, onlardan da biri Osmanovdu. Müdavimlərin təhsilinə xüsusi qayğı ilə yanaşan general seçimdə də iştirak edərkən xeyir-duasını, nəsihətlərini əsirgəmədi və seçimə məcburi köçkün uşaqlarından başladı.
–Kim harada xidmət keçmək istəyirsə, buyursun, söyləsin.
–Mən vərəq çəkəcəyəm! – Məzunlardan dördü xidmət etmək istədikləri yeri bildirsələr də növbə Osmana çatdıqda o, inadkarlığını bildirdi. – Təxminən bilirəm ki, ən vacib və ilboyu ekstremal şəraitlər yaşanan bir zastavaya təyinat alacağam. Bu mənim də ürəyimcədir. Vətən yolunda ən mürəkkəb şəraitlərə sinə gərsəm, ən çətin tapşırıqları yerinə yetirmək mənə tapşırılsa qəlbimdə rahatlıq taparam.
Osman vərəqi çəkib generala göstərdi. Abasquliyev vərəqdə yazılan zastavanın adını sanki oxumadı, birnəfəsə uddu. Onun sifət cizgilərindəki dəyişikliyi hiss etsələr də nə Osman, nə də dostları bir söz soruşmadı. General bir müddət vərəqə baxa-baxa qaldı.
–Cənab general, mən hazıram…
–Hə… – Osmanın sözü axır ki, generalı СКАЧАТЬ