Ac həriflər. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Ac həriflər - Абдурагим-бек Ахвердов страница 4

Название: Ac həriflər

Автор: Абдурагим-бек Ахвердов

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-29-7

isbn:

СКАЧАТЬ type="note">28 deyirlər? Məgər Allah kölgəsi sənintək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma indi öz halətinə bax. Qızmış şirtək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir.

Ağa Məhəmməd xan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübsən, amma namərd padşah ola bilməz. Məni öldürəcək-sən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılınc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart.

Mustafa xan (irəli yeriyir). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulutək qardaşın varsa, Mürtəzaqulu xanın da mənimtək və Rzaqulu xantək qardaşları var. Ölüncə vuruşmağa hazırıq. Necə ki səni vəhşi heyvantək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən.

Ağa Məhəmməd xan. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər.

Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu29 edirəm. İstəyirsən, gözlərini çıxart, istəyirsən, başını kəsdir.

Mustafa xan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.

Ağa Məhəmməd xan. Hər nə edəcəksən, et. Yazılan yazılıb.

Mürtəzaqulu xan. Səni bu halətdə görəndə mən yazılanı oxudum.

Mustafa xan. Fərraş! Get, kündə30 gətir və yaxşı təzə kündə. (Fərraş gedir.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (Kündəni gətirirlər.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın.

Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.

Qasid (daxil olur). Xan, nə durubsan, evimiz yıxıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə.

Mürtəzaqulu xan. Oğlan, nə danışırsan?! Deginən, bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (Tez çıxır.)

Mustafa xan. Bu əsiri burada saxlayın! (Öz-özünə.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (Tez çıxır.)

Ağa Məhəmməd xan. Pərvərdigara, səni öz calalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.

Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar.

Cəfərqulu xan (sərkərdələrlə daxil olur). Pərvərdigara, sənə şükür, qardaşımı salamat tapdım! (Kündəni ayağından açır.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun xudavəndi-aləmin calalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adamtək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam.

Ağa Məhəmməd xan (Cəfərqulu xanın boynunu qucaqlayıb). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin!

Cəfərqulu xan. Rzaqulu xanı buraya gətirin.

Rzaqulu xanı gətirirlər.

Ağa Məhəmməd xan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın!

Rzaqulu xanı aparırlar.

Cəfərqulu xan. Qardaş, buyur, bu təllin31 üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir.

Ağa Məhəmməd xan. Əlbəttə, lazımdır. Gəl, qardaş, dalımca.

İkisi də çıxırlar təllin üstünə.

Cəfərqulu xan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndi-aləmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (Ağa Məhəmməd xana) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında indiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə32 varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət33 eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan heç vədə sənə xəyanət olmayacaq.

Ağa Məhəmməd xan. Mərhəba, qardaş! Mərhəba!

Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.

Cəfərqulu xan. Bunlar nə əsirdirlər?

Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb34 atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik.

Cəfərqulu xan (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm.

Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar.

Ağa СКАЧАТЬ

29

Rücu – müraciət

30

Kündə – keçmişdə qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey

31

Təll – təpə, təpəcik

32

Amadə – hazır

33

Beyət – itaət etmə, tabe olma

34

Müqərrəb – yaxınlaşmış, yaxın