Ac həriflər. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Ac həriflər - Абдурагим-бек Ахвердов страница 3

Название: Ac həriflər

Автор: Абдурагим-бек Ахвердов

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-29-7

isbn:

СКАЧАТЬ xan. Qardaş, məni Allah təqrir21 tərəfdən məhrum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixlasımı və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən.

Sərkərdələrdən biri (qabağa yeriyib). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbiləsinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölənədək hazırıq.

Ağa Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışmıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-parça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi İrakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə22 girib, istəyir, müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılmaq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm.

Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər.

Ağa Məhəmməd xan. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun.

Sərkərdələr. Buyurun, xan.

Ağa Məhəmməd xan. Budur, ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə indiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədna23 gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarıma və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə töküləcək və Qacar nəsli dostu ilə düşmənini tanısın.

Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir.

Cəfərqulu xan. Qardaş, sənin bu sözlərin mənim ümidimi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bizə tərəf dönəcək.

Mustafa xan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq.

Ağa Məhəmməd xan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə.

PƏRDƏ

İkinci məclis

Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gəlir.

Mürtəzaqulu xan (uca yerdən baxır). Afərin, Qacar igidləri! Hər biri bir şir-jiyantək24 dava edirlər. Axır mənim də bəxtimin çırağı yanacaq. Dörd ildir, bu insana oxşamayan xacə cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən25 düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə Ağa Məhəmməd mənim müqabilimdə indiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salaydı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (Gurultu artır.) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın… Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə… Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər… İnşallah, xeyirdir, inşallah, xeyirdir. (Enir aşağı.)

Qasid (daxil olur). Xan sağ olsun, müjdəmi ver!

Mürtəzaqulu xan. Tez ol, de görüm, nə xəbər gətiribsən?

Qasid. Xan, qurbanın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!..

Mürtəzaqulu xan. Nə olub? Ağa Məhəmməd xanı öldürüblər, nədir, de görüm?

Qasid. Yox… Öldürməyiblər…

Mürtəzaqulu xan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə istəyirsən?

Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər.

Mürtəzaqulu xan. İlahi, mərhəmətinə gündə min şükür! (Qasidə) Tut, bu sənin müjdən. (Bir kisə pul verir.) Buradan get fərraşbaşının yanına. Deginən, sənin adını fərraşlar cümləsindən yazsın.

Qasid. Allah xanın iltifatını artıq eləsin. (İstəyir, getsin.)

Mürtəzaqulu xan. Dayan bir az, getmə! De görüm, Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb?

Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə, Cəfərqulu xan deyir:

“Əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm”.

Mürtəzaqulu xan. Qulaq asma, naxoş öləndən qabaq işıq verər. Cəfərqulu xan halətinəzdədir. İnşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində tədbir olunar… Sən get. (Qasid baş əyib gedir.) СКАЧАТЬ

21

Təqrir – burada: demə, danışma, bəyan etmə

22

İrsal-mərsul – məktublaşma

23

Ədna – alçaq, rəzil

24

Jiyan – qızğın, coşmuş

25

İstitaət – qüdrət, bacarıq