Ac həriflər. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.

Читать онлайн книгу Ac həriflər - Абдурагим-бек Ахвердов страница 2

Название: Ac həriflər

Автор: Абдурагим-бек Ахвердов

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-29-7

isbn:

СКАЧАТЬ əsir edib apardı Şiraza. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənara çəkilib, kitablardan dərdinə dərman istəyirdi. Odur ki, barmağını kitab arasına qoyub fikrə gedirdi. O, böht8 deyildi, bəlkə, cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazi9-aləməcən onun adı tarixlərdə söylənsin.

Əvvəlinci şirazlı. Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz. Sali ki, nikust əz bəharəş peydəst.10 Kərim xanın vəfatından sonra ki Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma indi gör burada nə calal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfərqulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın rəşid11 şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar.

Üçüncü şirazlı. Hətta padşahlıq fikrinə də düşmək olar. Beləmi demək istəyirsən?

Əvvəlinci şirazlı. Onu deyəndə nə olar? Bu saat İran parça-parça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxla əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmranların hamısı bir-birilə müddəidir12. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yığa, yəqin bil ki, az müddətdə hamısına qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu günü-gündən ucalmaqdadır. Qoşunu gəldikcə artır və onun ağlı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikrinə düşmək nə çətin işdir?!

Üçüncü şirazlı. Yəqin, elə bunu mülahizə edib, Şirazdan Mazandarana gəlibsən?

Əvvəlinci şirazlı. “Gəlibsən” niyə deyirsən, “gəlmişik” de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdıra bilməz. Biz altımız da bir fikir edib, buraya gəlmişik. Burada yad adam yox, hamımız şirazlı. Bizə nə lazım, gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə.

Hamı gedirlər.

Ağa Məhəmməd xan (məbhut, pilləkəndən enib, axır pillədə əyləşir). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüm vaqiə də deyir, gərək belə olsun… Mən kitablardan oxumuşam, cümlə maxələqallahdan13 qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəşti yazılıb. Mən yəqin etmişəm, o lövhdə İranın nicatına bais nəsli-Qacar yazılıb. (Durur ayağa.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü14 artırıb, ona düşmən elədi. İstədilər, onun tək oğlu Məhəmmədhüseyn xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığıb başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagəhan15 parlaq şöleyi-aləmsuztək16 Əfşar arasında asimana bülənd olub, İranın üstündən adladı. Amma necə ki qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdük. Bunun hamısı sirri-rəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndi-aləmdən istiğasə17 edərdim, məni bir mərtəbəyə çatdırsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram.

Cəfərqulu xan (daxil olur). Qardaş, yenə nə fikrə gedibsən?

Ağa Məhəmməd xan. Cəfərqulu, sənsən? Yaxına gəl… Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz.

Cəfərqulu xan. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəsli-Qacar olsun. Amma…

Ağa Məhəmməd xan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüm vaqiə də buna sübutdur. Gördüm, bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çəkən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır.

Cəfərqulu xan. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib.

Ağa Məhəmməd xan. Nə xəbər?

Cəfərqulu xan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq.

Ağa Məhəmməd xan. Eybi yoxdur, Allah bizə köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get, Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülkü olmaqdan məsləhətdir. (Cəfərqulu xan gedir.) İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugərdan18 oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırdırsam, yenə ürəyim soyumaz.

Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr daxil olurlar.

Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, istəyirlər, mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsınız, açıq deyin, mən də öz təklifimi bilim.

Cəfərqulu xan (yeriyir qabağa). Qardaş, mən balaca vaxtımdan səninlə СКАЧАТЬ

8

Böht – heyrət, təəccüb, çaşqınlıq

9

İnqiraz – məhv olma, sonu kəsilmə

10

Yaxşı il baharından bəlli olar.

11

Rəşid – qorxmaz, igid

12

Müddəi – rəqib

13

Maxələqallah – Allahın yaratdığı hər şey

14

Büxl – paxıllıq; xəsislik

15

Nagəhan – qəflətən, birdən-birə

16

Şöleyi-aləmsuz – aləmi yandıran şölə

17

İstiğasə – yalvarış, aman istəmə

18

Rugərdan – üz döndərən, üz çevirən