Название: Xəmsə
Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
… Qayıt, Nizami, əfsanəyə qayıt. Nəsihət quşunun səsi çox pis olur. Onu eşitmək hamıya xoş deyil.
HÖRMÜZÜN XOSROVU CƏZALANDIRMASI
Başına gələn cəzanı görcək Xosrov düşüncəyə, fikrə daldı. Anladı ki, tutduğu iş yaramazdır. Atası ona çox haqlı cəza vermişdir. Əli ilə başına vurdu, ah çəkdi. Onu bu günah rahat qoymurdu. Bir neçə qocadan xahiş elədi ki, onu şahın hüzuruna aparsınlar. Bəlkə, şah onun bu üzrünü xoşlayıb günahını bağışlayar.
Ələ qılınc aldı, kəfən geyindi. Yanıqlı şivən aləmə yayıldı. Qocalar qabaqda gedib üzr istəyir, Xosrov isə dalda gedir, yarpaq kimi əsirdi. Taxt önündə durub ağladı, müqəssirlər kimi torpağa düşdü:
– Şahım, bundan artıq məni incitmə, böyüksən, mən kiçik bəndəni bağışla. Azğın övladını yenə əzizlə. Bundan artıq qəzəbinə dözməyə tabım yoxdur. Bu boynum, bu da xəncər. Əgər günahkaramsa, boynumu vur. Hər dərdə dözərəm. Təki sən oğlundan narazı qalma.
Xosrov son dəfə sözünü deyib, yenə yerə sərildi. Onun bu hərəkətini görənlər riqqətə gəlib hönkür-hönkür ağladılar. Hönkürtü səsləri aya yüksəldi. Şah da onlara qoşulub ağladı.
O nazla bəslənmiş azyaşlı uşaq işlərində bax beləcə incə idi. Övladın taleyi ona yar olsa, ata da sevincindən bəxtiyar olar. Övladın sənə nə eləsə, onu öz övladından da görəcək.
Elə ki şah Hörmüz övladını belə zəkalı gördü, bildi ki, onun bu işi Allahdandır. Oğlunun başını öpərək onu oxşadı. Bütün qoşunun fərmanını ona verdi.
XOSROVUN BABASINI YUXUDA GÖRMƏSİ
Xosrov Allaha ibadət etdikdən sonra yatmağa hazırlaşdı. Çox yorğun olduğu üçün tezliklə yuxuya getdi. Xosrov yuxuda babasını gördü. O söyləyirdi:
– Ey nurlu günəşim! Dörd əziz şeyin əlindən çıxdı. Qoy dörd yeni müjdədən xəbər verim. Sənə elə gözəl yar olacaq ki, diyar ondan şirinini görməyib. Şəbdiz adlı yerişi iti və qıvraq olan qara atın olacaq. Əlinə şahanə təxt keçər. Sənə Barbəd adlı çalğıçı hədiyyə edəcəklər. Onun sayəsində məclisində zəhər şərbətə çevriləcək. Bunlar sənin üçün dörd daş əvəzində dörd qızıl, dörd muncuq əvəzində dörd gövhər olacaq.
ŞAPURUN ŞİRİNİ TƏRİFİ VƏ XOSROVUN ONA AŞİQ OLMASI
Xosrovun Şapur adlı rəssam bir dostu vardı. Məğribdən Lahura qədər tamam gəzmişdi.
Bir gün Xosrov Pərvizin önündə baş əyib yeri öpərək dedi:
– Aləm durduqca qarşında baş əysin! Aylar, illər ömründə xoş keçsin! Altı tağ cahanda çox gəzmişəm. Çox şeylər görmüşəm, çox şey sezmişəm. Dərbənd dənizinin bir sahmanında, dağlar yanında bir gözəl ölkə var. Qoşunu İsfahanacan yayılıb. Arrandan Ərmənə qədər onun fərmanına boyun əyirlər. Min bir dik qalası göy dağlardadır. Kim bilir, nə qədər xəzinəsi var?! Mal-qarası bütün dünyanı tutub, sayı quşdan və balıqdan artıqdır.
Hökmdarının əri yoxdur, özü məsud dolanır. Gecəsi, gündüzü xoş keçir. Adı Şəmiradır. Bu gözəl adın mənası böyükdür. Cürətdə kişilərdən geri qalmaz. Böyük olduğundan Məhin Banu adlanır.
Gün keçib yeni bir fəsil gələndə o, özünə yeni bir mənzil qurur. Gül fəslində mənzilini Muğanda, yay zamanı isə Ərmən torpağında qurar. Elə ki yay ötüb payız gəlir, Abxazda ov üçün kəmənd atır. Bərdənin havası çox mötədil olduğu üçün hər il qış fəsli bura gəlir. Dörd fəsli beləcə başa vurur. Vaxtını əbəs yerə keçirməz. Oyuna, şadlığa həvəs göstərir.
Bu zindana bənzər dünyada gözünə çıraq yalnız bir qardaşı qızıdır. O qədər gözəldir ki, sanki bir pəridir. Pəri yox, bir aydır. Başına kəlağayı bağlayan qəhrəman bir qızdır. Gözləri dirilik suyunu xatırladır. Gecəni aytək nurlara qərq edən bu gözəlin boyu gümüş xurma ağacı, saçları isə xurma dərən bir cüt zəncini xatırladır. Dodaqlarının dadı şəkər və xurmadan şirindir. Dişləri incidən daha parlaqdır. Cilalı əqiqtək dodaqları var. Cüt qara saçları burulmuş kəmənddir. Saçının qıvrımı canlar alır. Burnu sanki bir qılıncdır, o da bir almanı tən ortadan bölüb. Ay üzü yüz ipək örtüyü yırtıb, ancaq ayda olan ləkə onun üzündə yoxdur.
… Onu hər kəs yuxusunda görərsə, özü günəştək gözə görünməz. O bayram bəzəyi hilal qaşını başını vermədən kimsə görmədi. Üzü də, qoxusu da nəsrin kimi ətirlidir. Bu şirin dodaqlının adı da Şirindir. Özü isə Məhin Banunun canişinidir.
Ölkədə tanınmış gözəllər onun yanında fərman gözləyirlər. Düz yetmiş nəfər gözəl gecə-gündüz ona xidmət edirlər. Onların da hər biri hüsndə bir can tavanıdır. Onlara bədnəzər toxunmaz deyə üzlərinə əsla niqab örtməzlər.
… Gözəllikdə onları keçən olmaz. Qışı, baharı kefdə keçirirlər. Gücə qalsa, fil dişini, aslan çəngini qopararlar. Bir hücum çəksələr, Məğribdən Məşriqə aləm bir-birinə qarışar. Behişt huriləri şöhrət tapsalar da, onlar huri, bu yerlərsə cənnətdir.
Sərtövləyə bir at bağlanıbdır ki, onun tozuna heç külək də çatmaz. Dördnala qalxsa, xəyaldan tez gedər. Rəngi şəvə kimidir. Şəbdiz adlı bu atı Şirin İshaq kimi çox sevir. Atın ayaqlarında qızıl zənciri var. Bu dünyada nə Şirindən şirin bir insan, nə Şəbdizdən qara bir köhlən gördüm.
Elə ki söz bitdi, Xosrov bu söhbətdən çox narahat oldu. Qəlbi sevda və həyəcanla doldu. Bütün günü elə hey onu düşünməyə başladı.
Xosrov bir neçə günü belə keçirdi. Şapuru xəlvətə çağırıb düşdüyü sevdadan özü söz açdı. Dedi:
– Ey cavanmərd, vəfalı yoldaş! Mənim dadıma yet. Gözəl bir özül qoydun. Ustad kişisənsə, işi sona yetir.
ŞAPURUN ŞİRİNİ AXTARMAQ ÜÇÜN ƏRMƏNƏ GETMƏSİ
Şapur söz bilən idi. Xosrovun nə demək istədiyini anladı. Yeri öpərək dedi:
– Xosrov gərək daim şad olsun.
… Mən qələmlə naxış çəkən zaman Mani “Ərjəng”ini bir anda pozar. Adam başı çəksəm, hərəkət edər. Quş qanadı çəksəm, tez uçub gedər. Qəm yemə, bu işə bir çarə taparam. Bir an da olsun yubanmadan quşdan qanad, ceyrandan ayaq alaram. İnan ki, СКАЧАТЬ