Название: Xəmsə
Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
Xəlifə ertəsi gün bərbəri yenə bir az əylədi. Hiss etdi ki, dəllək eynilə öz iddiasından əl çəkmək fikrində deyil. O, bərbəri dəfələrlə sınadı. Gördü ki, bədbəxt usta hələ öz inadından dönməyib.
Bu işi ayırd etməyin artıq vaxtı çatdığını deyən xəlifə vəzirə tədbir görməyi tapşırdı. Xəlifə dəlləyin həyəcanına, təlaşına göz qoyulmasını tapşırdı ki, onun özünə alın yazısı yazmaq fikrinə necə düşdüyünü aydınlaşdırsınlar.
Xəlifə dedi:
– Bu bərbərin mənə kürəkən olmağı heç yaraşarmı? Onun üzündə həya-abır varmı? Yəqin ki, başıma qəzavü-qədər bəla gətirir. Yoxsa mənim gövhərimə daş atılması bir təsadüfdür? Dəlləyin ülgücü əlində, söz ülgücü ağzındadır. İndi mənim başım bu iki qılıncın arasında qalıb. Vəzir dedi:
– Ey şəhriyar, bəlkə, səbəb başqadır. Bəlkə, sənin ayağının altında bir xəzinə var. Sizə məsləhətim budur ki, bu cahil dəliqanlı yanınıza gəldiyi yerdən də yuxarıya keçsin. Əgər etiraz etsə, höcətləşsə, əmr edin, boynu vurulsun. Onda onun durduğu yeri qazaq görək ki, bu əfsun nədir?
Usta bərbər xəlifənin sözünü dinlədi. O özünü yığışdırıb cəld yerini dəyişdi. Ancaq durduğu yerdən ayrılan kimi rəngi qaçdı. Həmişə gur, ötkəm olan səsi batdı. Dəlləyin dili, nitqi dolaşdı. Onun sözündə, üz-gözündə tamam başqa bir əhvalın nişanəsi göründü. Ədəb-ərkan nuru da onun üzündə bərqərar oldu. Sən demə, dəlləyin ayaq basdığı torpaq xəzinəymiş. Onun kimi aynasında özünü görür.
Xəzinədən bir addım geri çəkilən kimi bərbəri yenə öz bərbər külbəsi qarşılayır. Onun ayaq basdığı yeri bellə qazıyıb çapdılar. Orada, doğrudan da, bir xəzinə tapdılar.
Kim ki dünyada xəzinə üstündədir, onun ağzından gövhər saçır. Yerə, göyə hökm edir.
Nizaminin tilsim qıran söz xəzinəsi alovlu qəlbi və büllur kimi saf sinəsidir.
BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI
Bağlar, çöllər və çəmənlər donuna yaraşıq verəndə nəğməkar bülbül qızılquşun yanına gəldi. Bülbül qızılquşa dedi:
– Sən bütün quşlardan qəşəng və yaraşıqlısan. Bəs nə üçün hamının yanında susursan? Bu dünyaya gələndən bəri səsinlə, cəh-cəhinlə hələ heç kəsə bircə nəğmə bəxş etməmisən. Axı sən sultanların əlindəsən. Sənin gündəlik yeməyin bir kəkliyin döşüdür.
Mən isə ancaq ruh aləmindən xəbər verirəm. Cibimdən göz kimi işıqlı incilər çıxardıram. Amma buna rəğmən yediyim ot, ələf, yuvam isə tikanların dibidir, müqayisədə sən məndən daha gözəl oxumalısan.
Qızılquş cavab verdi:
– Sən məni yaxşı dinlə. Mənim sükutumu gör, məndən susmağı öyrən. Dünyanın sirrini mən də bir az bilirəm. Yüz mətləbdən xəbərim olsa da, heç birini demərəm. Zavallı, get! Sən alçaq zəmanəyə vurğunsan. Sən bir iş görmədən yüz yol boşboğazlıq edirsən. Mən isə məna əhliyəm, nədən zövq aldığım Tanrıya bəllidir. Bəli, o, mənə həm kəklik döşü verir, həm də sultan əli. Sən boş danışdığın üçün yeməyin də soxulcandır. Dilin tikanlı olduğu üçün yerin də tikanlıqdır.
Fələk daim işini dinməz-söyləməz görür. Onun çənbərindən, həlqəsindən, dar ağacının ilgəyindən başını hələ bircə nəfər də qurtara bilməyib.
XOSROV VƏ ŞİRİN
XOSROV VƏ ŞİRİN DASTANININ BAŞLANMASI
Kəsra bəxtinə zaval gələn zaman Hörmüz şahlıq taxtına çıxdı. O, tez bir zamanda ədaləti ilə məşhurlaşdı. Adı dildən-dilə dolaşırdı. Nəsli itməsin deyə Allahdan bir oğul istədi. Niyyətinə çatmaq üçün xeyli nəzir verdi, qurbanlar kəsdi. Nəhayət, Allah ona bir oğul lütf elədi. Övlad nə övlad! Sanki bir dəniz incisi, nurlu çıraqların birincisi idi! Bəxti gözəl idi, xoşbəxt doğulmuşdu. Taxt-tac ona gözəl yaraşırdı. Atası onun istedadını görüb adını Xosrov Pərviz qoydu.
Xosrovun gülüşü səhərdən gözəl, görünüşü günəşdən qəşəngdi. Dodağında südə həvəs duyaraq şəkər və südlə bəslədilər. Hər gün şahın yanına gətirib gültək əldən-ələ ötürərdilər.
Bəxti hər il yaşını artırdıqca o gənc başını biliklə doldururdu. Elə ki beş yaşına çatdı, hər kəsə baxıb ibrət götürərdi. Yeddinci ilə ayaq qoyan zaman güllərə müşk saçırdı. Günləri boş keçməsin deyə şah onu bir mürəbbiyəyə tapşırdı.
Bu söhbətdən bir xeyli keçdi. Xosrov hünərdə dillər əzbəri oldu. Sözünün şöhrəti hər yana düşdü. Aqil və huşyar adamlar onun yanında danışmağa ehtiyat edərdilər. Gözü tükü tükdən seçirdi. Doqquz yaşa çatanda artıq oyun oynamağı buraxıb qolunu şir üstə sınadı. On yaşa çatanda otuz yaşlıları heyran qoymağa başladı. Elə ki yaşı on dördü aşdı, onda hər şeyə qarşı maraq oyandı. Dünyada yaxşı-yamanı seçməyi bacardı.
Büzürgümüd adlı bir alim vardı. Yer üzünü qarış-qarış gəzmiş bu alim müdrikliyi ilə göylərə ucalmışdı. Göyün xəzinələri ona açıqdı. Qoynuna “Sirlər evi” desəm, yanılmaram. Xosrov gizlicə ona yaxınlaşıb bilik almaq üçün ağız açdı. Onun təlimindən könlü nurlandı. Ondan bir çox hikmət öyrəndi. İşi hər zaman şahına xidmət etmək idi. Şahın qulluğundan heç zaman əskik olmazdı. Şah onu nəinki dünyadan, hətta öz şirin canından da artıq sevərdi.
Oğlunun ömrü uzun olsun deyə hər şeyə hazır idi. Öncə zülmə yox dedi. Carçıya əmr etdi:
– Carçı, çağır! Bütün aləm eşitsin ki, kim zülm eləsə, cəzasını alacaq. Əgər bir at gedib bir tarlaya girsə, biri bağdan meyvə, gül oğurlasa, birisi naməhrəm qadına baxsa, bir gözəl evinə yad adam buraxsa, ən ağır cəzama düçar olacaq.
Şah ədalətdə qüsursuzdu, ona görə də gözlər daim kədərsiz, könüllər tox, yer üzü isə abad oldu. İnsanlar zülmdən azad oldular.
XOSROVUN ŞİKAR ZAMANI BİR KƏNDLİNİN EVİNƏ GETMƏSİ
Günlərin bir günü Xosrov səhər erkən çölə çıxdı. Könlü çox şən idi. Ovladı, quşladı… çoxlu kəmənd atdı. Uzaqdan çox səfalı bir kənd göründü. Kəndin hər tərəfi çöl, çəmən idi. Xosrov bu çəməndə atından endi. Bir ev istədi. Dedi:
– Bir məclis düzəlsin, kef edək.
Yoldaşları ilə СКАЧАТЬ