Olan işdi. Василий Иванович Белов
Чтение книги онлайн.

Читать онлайн книгу Olan işdi - Василий Иванович Белов страница 4

Название: Olan işdi

Автор: Василий Иванович Белов

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Paxmellərini açdıqdan sonra aprel gecəsi də aydınlaşdı, xışıldayan kirşə də, atın addımları da mənalandı. Ay da indi İvan Afrikanoviçə bayaqkı kimi istehzalı və biganə görünmürdü.

      – Gör sənə nə deyirəm, Mişa, – İvan Afrikanoviç pryanikin son tikəsini gəvələyə-gəvələyə dedi. –

      Əgər adamın qəlbi təmizdirsə, deməli o, həm zəhmətkeş, həm də sevəndir. O, nə zootexnikdən, nə də

      sığorta işçisindən aşağıdır. Sən gəl, Nyuşkanı al…

      Mişka sakitcə qulaq asırdı. İvan Afrikanoviç sözlərinin oğlana necə təsir etdiyini bilmək üçün qəhqəhə çəkdi.

      – Əlbəttə, qız üçün savad ağırlıq eləməz. Sənsə, cavan oğlan, elə də pis deyilsən. Gərək düzünü deyəsən…

      Şüşəni boşaltdılar, Mişka onu kolluğa tolazladı və soruşdu:

      – Sən hansı Nyuşakadan danışırdın? Sosnovkalıdan?

      7

      – Özüdür ki, var, – deyə İvan Afrikanoviç sevindi. – Həm gözəldir, həm də işlək. Ayaqları da top kimi. Bu yaxınlarda bizim arvadla yarmarkada olublar, ən yaxşı parçanı da o alıb. Evdə isə

      tərifnamələrin əlindən tərpənmək olmur.

      – Bir gözündə də ağ ləkə var.

      – Dedin, nə var?

      – O Nyuşkanın ğözündə ağ var deyirəm.

      – Nə olsun ki? Ağ var, var da. Onu ancaq qabaqdan diqqətdən baxanda görmək olar. Böyürdən baxsan, soldan heç nə görünmür. Döşləri, ayaqları… qız deyil e, tankdı, tank. Bu zootexniklər heç onun dırnağına da dəyməz. O de, bir dəfə zootexnik qızlardan biri həyətə gəlmişdi. Kurov ona baxdı və dedi:

      “Yaxşı qızdı, ancaq ayaqlarını evdə qoyub.” Ayaqları, demək olar ki, yoxdu. Çubuq kimidi. Elə ki, Nyuşka o tərəfdən gəlir, iki göz istiyir ki, tamaşa eləsin. Divarlar da ki, gerbli-merbli tərifnamələrlə

      dolu. Özü də anası ilə qalır. İstiyirsən elə bu saat onlara gedək? Bu saat sənə elçi düşüm!

      – Elə bilirsən istəmərəm? – Mişka dilləndi.

      – Mən ciddi deyirəm.

      – Mən də ciddi deyirəm.

      – Mişka! Bilirsən də… səninlə mən… bilirsən də? Sən İvan Afrikanoviçi yaxşı tanıyırsan! Biz səninlə… biz… Parmen?!

      İvan Afrikanoviç ata bir-iki qamçı çəkdi. Parmen həvəssiz-həvəssiz geri döndü, üzü enişə

      olduğundan kirşə sürətləndi, at istəmədən yorğalamağa başladı və bir neçə dəqiqədən sonra vəcdə

      gəlmiş qoçaqlar çastuşka oxuya-oxuya kəndə çatdılar.

      Əzizim, fala baxma,

      Sevirsənsə də atma.

      Ağlın başında olsun

      Mən əclaf da yar olsun!

      Sosnovka çoxdan yuxuya getmişdi. Kirşə yaxınlaşanda itlərin heç biri hürmədi. Bəzi evlərdə işıq yanırdı. İvan Afrikanoviç atı odun qalağının yanında saxladı, kirşədəki axırıncı samanı Parmenin qabağına atdı.

      – Bax, Mişa, gör nə deyirəm. Mənə güvən, özün də az danış. Mən belə elçiliklərdən çox eləmişəm.

      Stepanovnanı da çoxdan tanıyıram, hər halda xalam qızıdı. Biz çox içməmişik ki?

      – Bir az da olsaydı…

      – SSS! Tələsmə!.. Stepanovna! – İvan Afrikanoviç qapını ehmalca döydü. – Ey Stepanovna?

      Daxmada lampanı yandırdılar. Sonra kimsə dəhlizə çıxdı, qapını açdı.

      – Bu gecəquşu kimdi belə? Elə indicə uzanmışdım. – Stepanovna danışa– danışa qapını açdı. – İvan Afrikanoviçə oxşuyur.

      – Salamlıyıram, Stepanovna! – İvan Afrikanoviç özünü dik saxlamağa çalışdı, ayaqlarını ayaqlarına vurdu.

      – Keç içəri, Afrikanoviç, hara getmişdin ki? Bəs o kimdi? Mixaylodu?

      – Özüdü ki, var.

      Daxma, doğrudan da, başdan başa tərifnamə və diplomlardan alışıb-yanırdı. Daxma iki yerə

      bölünmüşdü. Tərəfləri üstünə oboy çəkilmiş arakəsmə ayırırdı. Hasarın o biri üzündə soba, sobanın bərisində xəkəndaz və kömürü söndürmək üçün qaraqapaq vardı. Samovarın trubası mismardan asılmışdı. Samovarsa, görünür şkafdaydı.

      – Gecə qalacaqsınız, yoxsa? – deyə Stepanovna xəbər aldı və samovar qoydu.

      – Yox, öz yolumuzdan, düpbədüz gedəciyik… Bir az qızışaq, sonra ya allah, evə. – İvan Afrikanoviç belə deyəndən sonra papağını çıxardı və əlcəklərini də ona qoydu. – Nyuşka hardadı, yoxsa yatır?

      – Yatmaq nədi? İnəyin ikisi yetirib, bu gün sabahlıqdır. Nyuşka da dünəndən ordadı. Bəs siz necəsiniz?

      8

      – Yaxşıyıq!

      – Yaxşı olun. Arvadın necə, hələ doğmuyub ki?

      – Lap az qalıb.

      – Mən elə sobanın üstünə çıxıb yerimə uzanmışdım ki, qapı döyüldü. Dedim, yəqin Nyuşkadı. Biz qapını təkəm hallarda bağlıyırıq axı.

      Samovar qaynadı. Qarı şkafdan şərab şüşəsi çıxardı, piroq gətirdi. İvan Afrikanoviç məmnunluğunu gizlətmək üçün bir ağız öskürdü, əllərini şalvarına sürtdü.

      – Mixaylo, sən hələ də, subay gəzirsən? Evlənsəydin, az da içərdin, – Stepanovna dedi.

      – Düz söhbətdi, – Mixaylo gülümsədi və əlini onun çiyninə vurdu. – İçkini, Stepanovna, çox içirəm.

      Bu gün də dümçəmişəm, mitilim çıxana qədər!

      Mişka acı təbəssümlə başını buladı.

      – Bəlkə mənı kürəkənliyə götürəsən....

      İvan Afrikanovuç ayağı ilə onun dizinə vurdu, amma СКАЧАТЬ