Olan işdi. Василий Иванович Белов
Чтение книги онлайн.

Читать онлайн книгу Olan işdi - Василий Иванович Белов страница 3

Название: Olan işdi

Автор: Василий Иванович Белов

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ qabağına söz demə, əlimin altında da durma, 5

      əlim ağırdı, hər kəsin başını ağrıda bilər. Düz demirəm, Parmen? Nəyi də olmasa, bunu düpbələndüz deyirəm… Nə dedin?

      Biz çox gəzə bilmərik,

      Axşam yata…

      Deyirəm ki, Drınovu kim sıxa bilər axı? Heç kim. Drınovu heç kim sıxa bilməz, ancaq o kimi istəsə

      sıxar! Ey, sən hara? Ay qoca əbləh, özünü hara soxursan? Axı sən o yolla getmirsən! Səninlə yüz ildi bir yerdəyik, amma yolu səhv dönürsən! Bu yol evə aparır? Bu yol səni evə yox, ətliyə aparır. Mən buranı azı yüz dəfə ölçmüşəm, bəs sən? Mən sənə umudluyam, sənsə… Nə? Sən yolu məndən yaxşı tanıyırsan? Əclafın biri əclaf, bunu istiyirsən? Al gəldi! Bax belə! Hara deyirlər ora get, öz prinsiplərini yeritmə. Nə ora-bura baxırsan? Tərpən. Axmağın biri axmaq, hara əmr edirlər, ora da get!

      Biz çox gəzə bilmərik,

      Axşam yata…

      Eh…

      İvan Afrikanoviç ata bir qamçı ilişdirdi, sonra sakitcə əsnədi.

      – Görürsən də, Parmenko, yaman əldən düşmüşəm. Bir azdan evdə olacağıq, malı təhvil verəndən sonra samovar qoyarıq. Yükünü açacam, yəhərini götürəcəm və sən səfehi göndərəcəm evinə, tövləyə, ya da bu işi arvada tapşıracam. Sən səfehsən, Parmenko, elə? Mən də onu deyirəm də. Sən ağıllı at olsan da, səfehsən. Həyatdan başın çıxmır. Bax sən öz yolundan çıxıb, başqasına dönmək istiyirdin.

      Mən səni düz yoluna bərpa elədim. Bərpa elədim, eləmədim? Bax görürsən? Nə qədər dayanmaq olar?

      Evə istəmirsən? Tərpənməsən, bir-ikisini də yeyəcəksən. Odu kənd də görünür. Malı verərik, sonra samovar qaynadarıq. Nə vecimizə axşamdan sabah günortaya qədər bekarıq. Sən səfehsən, Parmenko, səfeh, evə getmək həvəsin yoxdu. O dey o ev, o da Mişkanın traktoru. Nə? Necə yanı hansı kənddi.

      Deyəsən axı bizim kənd deyil. Ba! Allah haqqı, deyəsən bizimki deyil. Burda selpo da var, bizdə yoxdu.

      Hələ hündür eyvanı da var. Deyəsən axı, Parmenko, biz malı burada yükləmişdik? Hm. Buraydı, buraydı. Ah, Parmen, Parmen! Fərsizsən sən, gör məni hara gətirdin? Gör bir hara gəlib çıxdıq. Parme-en? İndi biz səninlə, doğrudan da, evə gedəciyik. Döndər, dədə, döndər! Gör mən səni nə vaxtdan tanıyıram. Onda sən hələ ananın əmcəklərini dartışdırırdın… Bir az yeyin olaq… Səhərə evə çatarıq, düpbədüz… İndi isə biz, Parmeşa, öz yolumuznan. Bax belə… Düz yolumuznan. Olan işdi…

      Elçilər

      İvan Afrikanoviç bir papiros yandırdı, at isə eyvanın yanında dayanmayaraq geri döndü. O, böyük çalışqanlıq və üzüyolalıqla yüklü kirşəni dartırdı. İvan Afrikanoviç isə öz sevimli əsgər çastuşkasını oxuyurdu…

      Qıpqırmızı yekə ay meşənin üstündən asılmışdı. O, küknar ağaclarının başlarından sürüşür və

      cırıldayan tənha kirşəni izləyirdi.

      Gecəyə yaxın qar bərkimişdi. Hava donmuş nəm iyi verirdi.

      İvan Afrikanoviç susurdu. O ayılmış və yuxulayan xoruz kimi başını çiyninə sallamışdı. Bir az əvvəl öz səhvinə görə Parmendən bir balaca utanırdı, amma tezliklə günahını unutdu və hər şey öz yerinə qayıtdı.

      At yanında adamın olduğunu daim hiss edir və donmuş yolla aramla irəliləyirdi. Tala qurtardı.

      Sosnovka ilə onların arasında kirşəni ətürpədici sakitliklə qarşılayan balaca meşəlik də vardı. Amma İvan Afrikanoviçin heç tükü də tərpənmədi. Bayaqdan dil boğaza qoymayan İvan Afrikanoviç tam 6

      sakitləşmiş və biganələşmişdi. O, indi heç fikirləşmirdi də, eləcə nəfəs alır və dinşəyirdi. Hətta kirşənin cırıltısı, atın fınxırtısı da onu qımıldatmırdı.

      Bütün bu sakitlikdən onu kiminsə ayaq səsləri ayırdı. Kimsə lap yaxındaydı. İvan Afrikanoviç səksənib ayıldı.

      – Ey! – deyə İvan Afrikanoviç çağırdı. – Mişka sənsən?

      – Hə!

      – Deyirəm axı, kimsə qaçır. Nədi gecə qalmağa qoymadılar?

      Mişka acıqlı halda kirşəyə tullandı. At heç dayanmadı da. İvan Afrikanoviç bic nəzərlərlə Mişkaya baxdı. Mişka sırıqlısının boyunluğunu qaldırdı, tüstülətməyə başladı.

      – Bu gün kimə ilişmişdin? – Deyə İvan Afrikanoviç xəbər aldı. – Olmaya, çəkmədə gəzənə?

      – Qoy, tullansınlar e… üç hərfə…

      – Niyə balam?

      – “Zootexnik həyacanda!” Yox bir! – deyə Mişka kimisə cırnatmaq istədi. – Zırt-pırt, zıpırtış! Üzü yaxmalı ləçərlər, zamaskalı səfehlər. Belə intelligentlərdən çox görmüşük!

      – Heç demə, – deyə İvan Afrikanoviç tam ayıq şəkildə bildirdi, – möhkəm qızlardılar.

      İkisi də uzun müddət susdu. Gecəyə yaxın ay da saraldı və balacalaşdı. Kol-kos mürgüləyir, kirşə

      sürüşür, yorulmaq bilməyən Parmen də aramla addımlayır, İvan Afrikanoviçsə fikirləşir. Sosnovkaya qədər bir neçə xırda kənd var, yolun yarısı deməkdir, deməli, kəndə çatmağa yarım saat qalıb.

      İvan Afrikanoviç Mişkadan soruşdu:

      – Sən bizim Nyuşkanı tanıyırsan?

      – Hansı Nyuşkanı?

      – Necə yəni hansı, bizim sosnovkalını.

      – Nyuşka, Nyuşka… – Mişka yerə tüpürdü və o biri tərəfə çevrildi.

      – Sən bu çoxbilmişləri yadından çıxart, – İvan Afrikanoviç dedi. – Savadlı olmayanda nə olar? –

      Tüpür onlara və bitdi… Olan şeydi.

      – İvan Afrikanoviç, ay İvan Afrikanoviç, deyə Mişka dikəldi. – O şüşənin ağzını hələ açmamışam axı.

      – Hansı şüşənin?

      – Sən mənə uduzduğunun, – Mişka dedi və şüşəni şalvarının cibindən çıxardı. – İndi yaxşıca qızışarıq.

      – Başımıza СКАЧАТЬ