Olan işdi. Василий Иванович Белов
Чтение книги онлайн.

Читать онлайн книгу Olan işdi - Василий Иванович Белов страница 2

Название: Olan işdi

Автор: Василий Иванович Белов

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ böyür-başına fırlanırıq. Sən məni söymə, söymə, yaxşı? Bütün bunlar gör haradan başladı? Oradan ki, Parmeşa, biz səninlə səhər tezdən boş şüşələri təhvil verməyə apardıq.

      Yüklədik və apardıq. Satıcı mənə der: “İvan Afrikanoviç, boş şüşələri apar, əvəzində məhsul gətir.

      Amma, – der, – fakturanı itirmə, ha”. Drınov havaxt fakturanı itirdi? İvan Afrikanoviç bir dəfə də olsun fakturanı itirmiyib. “İnanmırsan Parmendən soruş, mən faktura itirməmişəm”. Biz səninlə şüşələri apardıq? Apardıq! Biz onu o ləçərə təhvil verdik? Verdik! Verdik və məhsulu təhvil aldıq! Bəs onda niyə içmiyək? Allah haqqı bizə içmək olar. Deməli sən eyvanın yanında dayanırsan, bizsə Mişkayla içəridə. Özü də ayı, adı da ayı. Ayıların ayısıdı. Bunu mən sənə deyirəm. Olan işdi. “İvan Afrikanoviç,

      – deyir, səninlə mərc gələrəm ki, bir boşqab çaxırı çörəklə birgə qaşıqlayıb içərəm.” Mənsə deyirəm:

      “Sən Mişa, sən gijqulusan, səfehsən. Axı kim çaxırı qaşıqnan içir. Axı bu səninçün balıq şorbası, ya toyuq supu deyil ki, qaşıqlıyasan”. – “O da əl çəkmir, mərc gələk deyir”. “Mərc gələk” deyirəm. Mən, Parmeşa, elə belə maraq üçün. İndi Mişka soruşur: “Nədən mərc gələk, nədən?” Mənsə deyirəm: “Əgər çaxırı tələsmədən, aramla qaşıqlasan, bir “alagöz”2 məndən, uduzsan, səndən”. O da qarovulçudan iri bir boşqab aldı, yarısına qədər çörək doğradı. “Tök, – deyir, boşqab böyükdü, şirəlidi”. Mən də çaxırın hamısını əmdərdim ora. Bütün rəhbərlik burdadı, hətta selponun sədri Vasili Trifonoviç də. Hamı səsini içinə salıb gözlüyür. Bir görüydün, Parmenuşka, bu donuz o boşqabı dibinə qədər necə qaşıqladı, hətta qaşığı da yaladı. Özü də qaşıqladıqca hırıldıyır. Düzdü, hələ bir papiros da çəkmək istədi, qəzetimi də əlimdən aldı. Sonra ağzı əyilən kimi oldu, stolun dalından dik atılıb çölə qaçdı. Selponun eyvanı da hündürdü axı. Elə oradanca içdiyini üzü aşağı fışqırdı. Sən özün gördün də o haramzadanı, orada dayanmışdın axı. Deməli, Mişka geri qayıdır, üzündə bir qram da qan qalmıyıb, amma hırıldıyır!

      Aramızda mübahisə yarandı. Fikirlər haçalandı: bir tərəf deyir ki, mərci mən uduzmuşam, o biri tərəf isə hesab edir ki, Mişka sözünün üstündə durmuyub. Sədrimiz Vasili Trifonoviç mənim tərəfimi saxladı: “Sən uddun, İvan Afrikanoviç, – deyir, – o, çaxırı qaşıqlıyıb içdi, amma qarnında saxlamadı”.

      Mən də Mişkaya deyirəm: “Eybi yoxdur! Gəl yarıbayarı qoyaq. Heç kim də inciməsin”. Nə oldu, Parmen? Niyə dayandın? Yaxşı, gəl mən də kampaniya xatirinə səninlə birgə dıjıldadım. Kampaniyaya həmişə qoşulmaq lazımdı, Parmeşa, həmişə… Duvvv! Parmen? Kimə deyirəm? Duvvv! Deməli, sən məni gözləmədin? Mən indi sənə göstərərəm. Duvvv! İndi İvan Afrikanoviçi yaxşı tanıyarsan! Buna bax e! Adam kimi durduğun yerdə dur! Şalvarımın düyməsi hanı?.. Hə, tapdım. Oxayyy!

      Biz çox gəzə bilmərik,

      Axşam yatana qədər.

      Sən burda qal əzizim

      1 Selpo – kənd istehlak cəmiyyəti

      2 Alagöz – burda araq nəzərdə tutulur

      4

      Varlı tapana qədər.

      Hə, indi gedə bilərik. Dərələrdən sel kimi, təpələrdən yel kimi…

      İvan Afrikanoviç əlcəyini geydi və selpo malları yüklənmiş taxta kirşəyə oturdu. Parmen ağır yükünü qarın üstüylə sürüməyə başladı, hərdən fınxırır, bəzən də qulaqlarını şəkləyib sahibinin dediklərinə qulaq asırdı.

      – Hə, dostum-qardaşım, Parmenko. Gördün də Mişkayla başımıza nə iş gəldi? Dartışdıq da, barışdıq da. O, kluba qızların yanına getdi. Selpoda qızlar çoxdu axı, bizim çörək sexində, poçtda olduğu kimi. Ona görə də getdi qızların yanına. Qızlar da ki, nə qız! Qəşəng, yoğunbaldır, kökdaban.

      Bizm kənddəki kimi yox e. Hamısını qamarlayıblar. Birinci sort qızlar ərdədir, yerdə ikinci, üçüncü sort qalıb. Olan şeydi. Deyirəm ki, Mişa, gəl gedək evə. Sözə baxmadı, getdi qızların yanına. Olan işdi, Parmeşa, biz də cavan olmuşuq. İndi hayımız gedib, vayımız qalıb. Olan şeydi… Necə bilirsən, Parmeşa, arvad bizə heç nə demiyəcək? Deyəcək, Parmeşa, deyəcək. Burası dəqiqdir. Arvadların işi–

      peşəsi danışmaqdır, Parmeşa, danışmaq və danlamaq. İşləri başlarından aşır. Uşaqları da bir çətən. Düz səkkiz dənə. Yoxsa doqquz? Yox, Parmen, deyəsən səkkizdi axı. Onu da saysaq… qarnındakını…

      Doqquz? Bəlkə də səkkiz? Deməli belə… Antoşka mənim ikincimdi. Tanka birincim. Vaska Anatoşkodan sonra olub, mayın birində, dəqiq yadımdadı. Vaskadan sonra Katyuşadı, Katyuşadan sonra Mişka. Deməli, Mişka. Dayan, dayan. Bəs Qrişka harda qaldı? Qrişka tamam yaddan çıxıb. O

      kimnən sonraydı? Deməli, Vaska Anatoşkadan sonraydı, mayın birində anadan olub, Vaskadan sonra Qrişka, Qrişkadan sonra… Hal aparsın onları, gör nə qədərdilər! Mişka, deməli, Katyuşadan sonradı, Mişkanın ardınca Volodya gəlir. Hələ Marusya da var. Cıpbılı. Deməli, o ikisinin arasında doğulub. Bəs Katyuşadan əvvəl kim idi? Təzədən başlıyaq: Anatoşka mənim ikincimdir, Tanya birincim, Vaska mayın birində pırtlıyıb, Qrişka… Eh, qoy o tərəfə getsinlər, əzəl-axır hamısı yekələcək…

      Biz çox gəzə bilmərik,

      Axşam yatana qədər…

      – Duvvv! Dayan, Parmenko. Burda elə eləməliyik ki, çaylağa dığırlanmıyaq.

      İvan Afrikanoviç kirşədən düşdü. O, elə cidd-cəhdlə kirşəni yönləndirir, yüyəni dartırdı ki, atın İvan Afrikanoviçə yazığı gəldi, addımlarını yavaşıtdı. Kim də olmasa, bu yolları Parmenko əzbərdən bilirdi…

      – Bax belə. Deyəsən, körpünü adladıq, – deyə İvan Afrikanoviç söyləndi. – İndi əsas odur ki, fakturanı salıb itirmiyək… Mən səni, Parmenka, bax bu boyda olandan tanıyıram. O zaman sən hələ

      ananın əmcəklərini əmirdin. Bircə beləydin. Anan da yadımdadı. Adı Puqovkaydı. Düymə kimi balaca və yumru. Yazığı kolbasaya verdilər. Elə olurdu ki, onunla bayramda saman gətirməyə gedirdim, köhnə tayalar tərəfə, yollar da sürüşkən, anansa kərtənkələ kimi gah qaçır, gah sürünür… Yazıq sözə

      baxan idi. Səninki kimi yox e. Ay səfeh, sən nə görmüsən ki, selpodan o tərəfə yük daşımamısan da.

      Səninki araq-çaxırı və rəhbərliyi daşımaqdı. Yaxşı əllərdəsən. Mən səni gör nə vaxtdan tanıyıram?

      Düzdü, СКАЧАТЬ