Cins və xarakter. Отто Вейнингер
Чтение книги онлайн.

Читать онлайн книгу Cins və xarakter - Отто Вейнингер страница 2

Название: Cins və xarakter

Автор: Отто Вейнингер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ bağlarla, oynaqlarla, dəri ilə, arteriya və sinir-lərlə saxlanmış olduğu halda da, tam əminliklə cinsiyyəti təyin etmək mümkün deyildir. Həmin şey döş qəfəsinə də, xaç sümüyə də, kəlləyə də aiddir. Bəs onda skeletin cinslər arasındakı kəskin fərqi, xüsusilə aydın nəzərə çarpdıran hissəsi haqqında, çanaq haqqında nə demək olar? Axı ümumi fikir belədir ki, çanaq bəzi hallarda doğuş aktı üçün uyğundur, bəzi hallarda da isə yox. Buna baxmayaraq, ça-naq da etibarlı meyar deyildir. Küçədəki insanları müşahi-də edən hər bir kəs asanlıqla bunu görə bilər ki, qadınlar-dakı kimi geniş çanaqlı çoxlu “kişi” olduğu kimi, dar kişi çanaqlı çoxlu “qadın” da vardır. Beləliklə, doğrudanmı, hər hansı cinsiyyət fərqləri mövcud deyildir? O halda kişi-lər və qadınlar arasında, ümumiyyətlə, heç bir fərq qoyma-maq daha məsləhət deyilmi?

      Bu çətinlikdən necə qurtarmaq olar. Köhnə görüş öm-rünü başa vurub və daha bizi qane etmir, ancaq biz onsuz heç cür ötüşə bilmirik. Miras qalmış anlayışlar məsələnin qənaətbəxş izahını verə bilmədiyi üçün onları daha dərin-dən araşdırmağı sınamalıyıq.

      I FƏSİL

      “KİŞİLƏR”

      VƏ “QADINLAR”

      Əksər canlı varlıqların ən ümumi təsnifatı, onların er-kəklərə və dişilərə, kişilərə və qadınlara bölünməsi gerçək faktları araşdırmağa heç cür imkan vermir. Çoxları bu an-layışların işə yaramadığını bu və ya digər ölçüdə aydın dərk edirlər. Bu məsələ ilə bağlı müəyyən bir aydınlıq əldə etmək bu əsərimin ən əsas hədəfidir.

      Araşdırdığım mövzu ilə bağlı hadisələri ən yeni dövr-də nəzərdən keçirmiş tədqiqatçılara tamamilə qoşulmaqla yanaşı, bunu qeyd etməyi özümə borc bilirəm ki, bu tədqi-qatın çıxış nöqtəsi kimi inkişaf tarixi (embriologiya) ilə mü-əyyən edilmiş insanın, bitkilərin və heyvanların ilkin emb-rional quruluşunda cinsiyyət fərqinin olmadığı faktını gö-türmüşəm. Belə ki, beş həftəlik insan rüşeymində onun sonra əldə edəcəyi cinsiyyətin əlamətlərini görmək hələ heç cür mümkün deyildir. Yalnız beş həftədən sonra bura-da başlayan proseslər hamiləliyin üçüncü ayının sonunda ilkin olaraq hər iki cins üçün ümumi quruluşun birtərəfli inkişafı ilə başa çatır. Özünün daha sonrakı gedişində isə bu proses hansısa müəyyən seksual istiqamətdə fərdiyyə-tin qazanılmasına gətirib çıxarır. Burada mən bu proses-lərin ayrı-ayrı detalları üzərində dayanmayacağam. Digər cinsiyyətin əlamətlərinin, heç olmasa hətta tamamilə tək cinsiyyətli bitki, heyvan və insan fərdlərində həmişə sax-lanması və heç vaxt tamamilə yoxa çıxmaması faktı, hətta ali orqanizmlər kateqoriyasına mənsub hər rüşeymin bu biseksual quruluşu ilə izah olunur. Cinsiyyətcə fərqlənmə heç vaxt tamamilə başa çatmır. Kişi cinsinin bütün xüsu-siyyətləri zəif, güclə seçiləcək halda olmuş olsa belə, qa-dınlarda da rast gəlinir; əksinə qadına məxsus əlamətlər çox formalaşmış şəkildə olmasa da, bütövlükdə kişidə də vardır. Belə hallarda, adətən, deyilir ki, onlar “rudimentar” haldadır.

      Fikrimizi təsdiqləmək üçün misal olaraq irəlidə də müstəsna maraq dairəmizdə olacaq insanı götürək. Əsl qadının da kişilərdə saqqalın çıxdığı oxşar yerlərində “la-nugo” adlandırılan piqmentlənməmiş yumşaq tüklər olur. Buna oxşar olaraq əsl kişinin də məmələrinin altında süd vəziləri kompleksləri – inkişafdan qalmış komplekslər olur. Cinsiyyət orqanları və onların ifrazat yollarının yer-ləşdiyi tractus urogenitalis (sidik yolları) adlanan sahədə bu hadisələr xüsusi diqqətlə tədqiq olunmuşdur. Bütün bunlar birmənalı şəkildə hər iki cinsiyyətin əlamətləri ara-sında rudimentar halda tam bir paralellik olduğunu göstə-rir. Bu embrioloji tapıntılar bəzi digər məlumatlarla qarşı-laşdırılaraq sistematik əlaqə şəklinə Hekkellə razılaşaraq cinslərə bölünməni “honoxorizm” adlandırsaq, o zaman canlı varlıqların müxtəlif sinif və növlərində bu honoxo-rizmin müxtəlif dərəcələrini aşkar etmiş olacağıq. Nəinki bitkilərin, eləcə də heyvanların müxtəlif növləri gələcəkdə qazanacağı cinsiyyətin əlamətlərinə hansı ölçüdə malik ol-masından asılı olaraq öz aralarında bir-birilərindən fərqlə-nəcəklər. Cinsi dimorfizm – bu daha geniş nöqteyi-nəzər-dən baxdıqda cinsi fərqliliyin ən yüksək dərəcəsi, deməli, ən güclü honoxorizmdir. Məsələn, “asellus aquaticus”un (su ulağı) bəzi növlərində belə bir xüsusiyyət müşahidə olunur: eyni bir növün erkək və dişiləri xarici görünüşcə bir-birindən iki tamamilə müxtəlif ailəyə və cinsə aid fərd-lərdən az fərqlənmirlər, hətta bəzən daha kəskin fərqlənir-lər. Onurğalılarda heç vaxt belə kəskin honoxorizm müşa-hidə olunmur, nəinki xərçəngkimilərdə yaxud həşəratlar-da. Onlarda erkəklə dişi arasında cinsi dimorfizm halında olduğu kimi kəskin fərqlənmə müşahidə olunmur. Burada daha çox sonsuz sayda qarışıq cinsi formalara, o cümlədən, “hemafroditizm”ə rast gəlinir. Balıqlarda isə hətta müs-təsna ikicinsiyyətli, normal hemofroditizmli bütöv ailələrə rast gəlirik. Ancaq qabaqcadan bunu qəbul etmək lazımdır ki, ən əhəmiyyətsiz qadınlıq qalıqlarına malik kəskin er-kəklər və tamamilə nəzərə çarpmayan kişiliyə malik kəs-kin dişilər və bu iki tipin arasında mərkəzdə bir cür he-mafrodit forma olmaqla bahəm bu üç nöqtə arasında heç dolmamış boşluq yoxdur. Bizi xüsusi olaraq insan maraq-landırır. Lakin ona tətbiq oluna bilən hər şey bəzi dəyişik-liklərlə cinsi yolla çoxalmaq qabiliyyətinə malik əksər canlı varlıqlar üçün də keçərlidir. İnsan haqqında isə tərəddüd-süz aşağıdakıları demək olar: kişi və qadın arasında sonsuz sayda “aralıq cinsi formalar” adlandırılan keçid dərəcələri vardır. Fizikada Boyl-Gey-Lüssak qanununa tabe olan (hə-qiqətdə isə heç bir qaz bu qanuna tabe olmur) ideal qazlar-dan danışılır ki, bu qanuna əsaslanaraq götürülmüş kon-kret halda ondan mümkün ola bilən bütün kənarlaşmalar müəyyən olunsun. Beləcə, biz də həqiqətdə mövcud olma-yan tipik cinsi formalar olaraq ideal kişi (K) və ideal qadını (Q) qəbul edə bilərik. Bu tipləri qəbul etmək nəinki müm-kün, həm də zəruridir. Nəinki hər bir “incəsənət obyekti”, həm də “elm obyekti” Platonun dediyi mənada tipdir, ide-yadır.

      Mütləq bərk və mütləq elastiki cismin xassələrini təd-qiq edərkən fizika çox yaxşı dərk edir ki, gerçəklikdə onun gəldiyi nəticələri tam təsdiq edəcək heç bir hal yoxdur. Cismin bu iki halı arasındakı empirik məlumatlar, aralıq mərhələlər fizika üçün tipik xassələrin tapılmasının yalnız çıxış nöqtəsidir, bu mərhələlər özləri isə əks istiqamətdə, yəni nəzəriyyədən praktikaya getdikdə bəzi qarışıq forma-lar kimi nəzərdən keçirilir və geniş müzakirə olunur. Eləcə də bunun kimi mükəmməl kişi və mükəmməl qadın ara-sında yalnız hər cür mümkün pillələr, onlara yalnız məlum yaxınlaşmalar mövcuddur, onların özləri isə real olaraq mövcud deyillər.

      Ona diqqət etmək lazımdır ki, burada söhbət təkcə sadəcə biseksual meyillənmədən yox, daim qüvvədə olan ikicinslilikdən gedir. Sonuncu isə bu vaxta qədər aparıl-mış tədqiqatlarda edildiyi kimi, yalnız təkcə orta СКАЧАТЬ