Ölü canlar. Николай Гоголь
Чтение книги онлайн.

Читать онлайн книгу Ölü canlar - Николай Гоголь страница 7

Название: Ölü canlar

Автор: Николай Гоголь

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8450-1-8

isbn:

СКАЧАТЬ Onlar səkkiz il idi ki evlənmişdilər, bununla belə hələ də onlar bir-birinə bir parça alma, ya konfet, ya da qoz ləpəsi gətirib, tam bir məhəbbət ifadə edən, riqqət dolu, incə bir səslə deyərdi: «Əzizim, o ağızcığazını arala, bu tikəni oraca qoyum». Məlum şeydir ki, bu sözdən sonra ağızcığaz çox zərif bir şəkildə açılardı. Anadan olduqları günü qeyd edərkən onlar bir-birinə hədiyyə – məsələn, dişqurdalayan qoymaq üçün rəngarəng xırdaca muncuqla işlənmiş balaca qın hazırlardılar. Çox vaxt da görərdin ki, divanda otururkən, birdən, heç də səbəbi məlum olmadığı halda, Manilov çəkdiyi çubuğunu, arvadı da, əgər əlində bir şey tikirsə onu, yerə qoyub dodaqlarını yorğun-yorğun bir-birinə yapışdıraraq uzun-uzadı öpüşərdilər, belə ki, onların dodağı bir-birindən ayrılana kimi bəlimdən eşilmiş balaca bir papirosu çəkib qurtarmaq olardı. Bir sözlə, necə deyirlər, onlar xoşbəxt idi. Əlbəttə, evdə, bu uzun-uzadı öpüşlərdən və muncuq hədiyyələrdən başqa bir çox başqa məşğuliyyətlər də olurdu, bununla əlaqədar olaraq bir çox şeylər haqqında sorğu-sual da eləmək mümkündü. Niyə, məsələn, mətbəxdə xörəklər pis hazırlanır? Niyə ərzaq anbarında bir şey yoxdur? Niyə ərzaq işlərinə baxan arvad oğrudur? Niyə xidmətçilər pintidir? Niyə nökərlər, qulluqçular həddindən artıq yatırlar, qalan vaxtlarını da boş-boşuna keçirirlər? Lakin bunlar gədə-güdə işi idi. Bunlarla məşğul olmaq Manilovaya yaraşmazdı, o yaxşı tərbiyə almışdı. Yaxşı tərbiyə də, məlumdur ki, pansionlarda verilir. Pansionlarda da, məlumdur ki, insan xeyirxahlığının bünövrəsini üç əsas şey təşkil edir, bunlar da: ailə həyatının xoşbəxt olması üçün zəruri hesab edilən fransız dili; arvadın ərə xoş dəqiqələr verməsi üçün lazım olan fortepiano; bir də ki, təsərrüfat işləri, yəni pul kisəsi və başqa hədiyyələr toxumaqdır. Lakin belə əməli üsullarda, xüsusilə indiki zamanda bəzi təkmilləşdirmələr və dəyişikliklər də olur ki, bu da ən çox pansion sahibəsinin özünün dərrakəsindən və qabiliyyətindən asılıdır. Görürsən ki, başqa bir pansionda sistem dəyişir: fortepiano qabağa keçir, sonra fransız dili gəlir, bundan sonra da təsərrüfat işləri. Bəzən də belə olur ki, təsərrüfat işi, yəni pul kisəsi və hədiyyələr toxumaq qabağa keçir, fransız dili bunun ardınca gəlir, ən axıra da fortepiano düşür. Bəli, iş üsulları cürbəcür olur. Bir şeyi də qeyd etmək pis olmazdı ki, Manilovun arvadı… Lakin etiraf edirəm ki, arvadlardan söhbət açmağa mən çox qorxuram, bir də ki, vaxt çatmışdır, mən qəhrəmanlarımızın yanına qayıtmalıyam, budur onlar bir neçə dəqiqədir ki, qonaq otağının qapısı ağzında durub, içəri girməyi bir-birindən xahiş edirlər.

      Çiçikov deyirdi:

      – İltifat buyurun, məndən ötrü bu qədər narahat olmayın, mən sonra keçərəm.

      Manilov da əli ilə qapını göstərərək deyirdi:

      – Yox, Pavel İvanoviç, yox, siz qonaqsınız.

      Çiçikov təkrar deyirdi:

      – Zəhmət çəkməyin, rica edirəm, zəhmət çəkməyin. Buyurun, keçin.

      – Yox, heç ola bilməz, mən razı ola bilmərəm ki, belə xoşməcaz, belə bilikli qonaq mənim dalımca keçsin.

      – Nə bilikli axı?.. Rica edirəm, keçin.

      – Yox, olmaz, buyurun siz keçin.

      – Niyə axı?

      Manilov xoş bir təbəssümlə dedi:

      – Elə ona görə!

      Axırda iki dost birdən, bir-birini bir az sıxışdıra-sıxışdıra yan-yanı içəri girdilər.

      Manilov dedi:

      – İcazə verin arvadımı sizə təqdim edim. Əzizim! Pavel İvanoviç gəlib!

      Çiçikov qapı ağzında Manilova buyur-buyur edərkən qadını görməmişdi. Manilovun arvadı pis deyildi, pis də geyinməmişdi, əynindəki solğun rəngli ipək kapot ona yaraşırdı. Manilov onu Çiçikovla tanış etmək istəyəndə, onun balaca, zərif əlləri stol üstünə cəld nəsə atdı və ucları naxışlı batist yaylığı götürüb əllərilə sıxdı. Oturduğu divandan qalxdı. Çiçikov yaxınlaşıb onun əlini məmnuniyyətlə öpdü. Manilovun arvadı bir az pəltəkləyərək dedi ki, sizin gəlməyiniz bizi çox sevindirdi, ərim elə gün olmurdu ki, sizi xatırlamasın.

      Manilov sözə qarışdı:

      – Bəli, o elə tez-tez məndən soruşurdu: «Sənin dostun axı niyə gəlmir?» Mən də ona deyirdim: «Dayan, əzizim, gələcək». Nəhayət siz də buyurub gəldiniz və öz gəlişinizlə bizi şərəfyab etdiniz. Sizin gəlişiniz bizə çox-çox ləzzət verdi… May günü… ürək şadlığı…

      Çiçikov sözün ürək şadlığı üstünə gəlib çıxdığını görüb özünü hətta bir az itirdi və nə böyük ad, nə də elə bir mühüm rütbə sahibi olmadığını təvazökarlıqla söylədi.

      Manilov yenə əvvəlki xoş təbəssümlə onun sözünü kəsdi:

      – Sizin böyük adınız da var, böyük rütbəniz də, bəli, var, hətta bundan artığı da var.

      Manilovun arvadı dilləndi:

      – Şəhərimiz xoşunuza gəldimi? Orada vaxtınızı xoş keçirdinizmi?

      Çiçikov:

      – Çox yaxşı şəhərdir, gözəl şəhərdir! – deyə cavab verdi. – Vaxtımı də çox xoş keçirdim: adamları çox xoşrəftar adamlardır.

      Yenə də Manilovun arvadı soruşdu:

      – Qubernatorumuz necə, könlünüzə yatdımı?

      Manilov əlavə etdi:

      – Qubernatorumuz son dərəcə möhtərəm və lütfkar bir adamdır, doğru demirəmmi?

      – Lap doğru deyirsiniz: son dərəcə möhtərəm bir adamdır. Vəzifəsini də çox yaxşı bilir, onun nədən ibarət olduğunu çox gözəl başa düşmüşdür! Belə adamlardan çox-çox olmasını arzu etmək lazımdır.

      Manilov gülümsəyərək əlavə etdi:

      – Necə də hər adamı qəbul edir, öz hərəkətlərində ədəb və nəzakət qaydalarına riayət edir, – Manilov bunu deyib, duyduğu ləzzətdən, qulaqlarının dibi azca qıdıqlanan erkək pişik kimi, gözlərini yumdu.

      Çiçikov sözünə davam etdi:

      – Çox yaxşı rəftarlı və lətif adamdır. Özü də necə məharətlidir! Mən hətta bunu heç güman etməzdim. Necə də ustalıqla naxış tikir! O naxış saldığı pul kisəsini mənə göstərdi: tək-tək xanım belə məharətlə naxış sala bilər.

      Manilov yenə də gözlərini bir az qıyaraq dedi:

      – Bəs СКАЧАТЬ