Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 8

Название: Azərbaycan şairi Nizami

Автор: Мамед Эмин Расулзаде

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynayacağı mənəvi rolun kiçik olmayacağı aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər?

      Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?!70

      Nizami azərbaycanlıların yalnız məmləkətçilik deyil, milli duyğularını da oyandıracaq bir şəxsiyyətdir. Bu şəxsiyyətlə təkcə azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir.

      Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz “gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən bir şairə hansı ağız “o, türk deyildir” deyə bilər?

      Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli olan hissiyyat idi. Hiss baxımından isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir.

      X

      NİZAMİYƏ BORCUMUZ

      Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddərat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnika vasitəsilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə, öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və milliyyətçi türklərin vəzifəsi!

      Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər, mövzu ilə bağlı qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilməməyimiz, nəticədə, istədiyimiz kamillik və dolğunluğa nail olmayıb, bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsində başlıca məqsəd türkdilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

      Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır.

      M.Ə.Rəsulzadə

      Buxarest, 10.VIII.1941

      BİRİNCİ BÖLÜM

      NİZAMİ KİMDİR?

      Mənəm sözə istiqamət verən,

      Ona ta qiyamət, qiyamət verən.

      Nizami

      I

      NİZAMİNİN TƏRCÜMEYİ-HALI

      Çöldən, dərədən bütün ərənlər,

      Lütf ilə mənə salam edərlər.

      Qalsam eyi, gər ila nəhayət,

      Qəbrim qılınır mənim ziyarət.

      Nizami

      Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanınmışdır71.

      Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası şairin özünün qeyd etdiyi kimi “Rəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil72. Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddin, künyəsi Əbu-Muhəmməddir.73

      Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci ildə (hicri 535-ci il) anadan olmuşdur.

      Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetimi”dir74. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.

      “Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.

      Bəzi təzkirələrdə qeyd olunduğu kimi Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisi oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda önəmli yer tutması da dediklərimizi təsdiq edir. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır75.

      Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red.) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur irfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etmişdir. Bundan əlavə şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır.

      Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin СКАЧАТЬ