İblis busəsi. Яшар Буньяд
Чтение книги онлайн.

Читать онлайн книгу İblis busəsi - Яшар Буньяд страница 7

Название: İblis busəsi

Автор: Яшар Буньяд

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ görə bilməmişdim. Mən isə o vaxt da, elə indi də düşünürəm ki, görəsən imkanlı bir məmur cılız, yarıcan oğlunu nəyə görə əsgərlikdən saxlatdırmayıb? Yıxılmasan bərkiməzsən deyimini sınaqdanmı keçirmək istəyib, bəlkə, “kimin uşağından artıqdır ki “ – fikirləşib? O doğurdan da, heç kimdən artıq deyildi! Heç olmasa sonradan bura düşdüyünü biləndə başqa hissəyə keçirtdirə də bilərdi. Deməli, qismət beləymiş. Ataların münaqişəsi, düşmənçiliyi kimisə qurbanlıq seçmişdi və bu qurbanlıq Qleb idi. Təkcə Qlebmi?..

      Bir olan Allah da şahiddir ki, mən onu xilas edə bilməzdim.

      Biz leytenantın əmrinə görə Qlebin yük torbasını, avtomatını götürüb xaraba kənddən uzaqlaşdıq; üzü yuxarı qalxdıqca başımız üstündə alışıb yanan günəşin çevrəsində halay quran quzğunlar, arxada uzanıb gedən ölüm dərəsində atıb getdiyimiz şıkara “qonaq” getməyə məqam gözləyirdilər…

* * *

      …Mədət bir müddət susdu. Sonra heyrətini gizlətmədən dedi:

      – Çox dəhşətli hadisədir. – Bir azdan əlavə etdi. – Sənin dostun isə bivec adama oxşuyur, vallah!

      – Sən elə düşünürsən? – Soruşdum.

      – Ayə, sən ona qardaşlıq etmisən, can yandırmısan, özünü oda atıb ölümün pəncəsindən almısan…  o isə, nə səni axtarıb, nə də ki, evini tanıtdırıb. Özü də deyirsən vəzifəli, imkanlı kişinin oğluymuş…  Belə də dostluq olar?

      Mən sadəlövhlüklə cavab verdim:

      – Yəqin iş-güc imkan vermib. Vaxtı olmub. Bəlkə də başında bir qəzyə var?

      – Biz qafqazlılar başqayıq, vallah! Sadəlövüy. Hamını özümüz kimi görürük…  Neçə il Saratovda yaşamısan, heç bir dəfə gəlib yanına? Ya da ki, çağırıb Moskvaya?

      İstədim yalan deyəm ki, hə, gəlib, çağırıb…  Sonra bir-iki gündür məni tanıyan Mədətin Andreyə qarşı sərt mövqe tutması özümü də çaşdırdı. İndi həmən sualları özüm özümə verdim ki, doğurdan da Andrey mənə qarşı niyə soyuq olub görəsən?

      – Yox, – dedim, – gəlməyib. Moskvaya dəvət edirdi, amma mən getmirdim.

      – Nə isə…  – Boş fincanları götürüb mətbəxə keçəndə, – yerin hazırdı, – dedi, – get dincəl…  Sabah gedib baxarıq, şto za druq?!..

      Səhər açılmaq bilmirdi, yoxsa mən dan yerinin vaxtından qabaq sökülməsini istəyirdim? Həmişə beləydi, bir yerə getməyə hazırlaşanda gözümü yumub rahatca yata bilmirdim, səhəri diri açırdım. İndi lap narahatam, özüm də bilmirdim niyə. Mədətin dediyindən yaxında olur, lap yaxında…  Moskva böyük şəhər də olsa, taparıq yəqin ki…

      Heç özümdə bilmirəm onunla görüşə niyə can atırdım. Elə bil hansısa qüvvə məni onun dalınca salıb, axtar deyir, axtar…  Görəsən o heç məni düşündümü? Axtardımı?.. Bəlkə də heç yadına düşməmişəm…

      Mədət “Opel” ini işə salandan iyirmi beş dəqiqə sonra beşmərtəbəli “Monolit” binanın qarşısında maşını saxlayıb pəncərəni açıb başını çölə çıxardı, binanın tinindəki yazıya baxıb dedi:

      – Hə, bura olmalıdır…  – Hər ehtimala qarşı, bir cibindən çıxartdığı ünvan yazılmış kağıza, bir də divardakı lövhəyə baxıb sözünü başıyla təsdiqlədi. Sonra binaya zəndlə baxıb nəsə hesablayıb əlavə etdi: – İkinci giriş…  Getdik.

      Sovet memarlığının gözəl nümunəsi olan bu bina elə giriş qapısından adamı heyran qoyurdu; hündür kalonlar, geniş vestebül, ağ mərmər pılləkənlər, enli metal çərçivəli lift, divar boyu pannolar, addımlarımızın bina boyu əks-səda verən tıqqıltısı…  Moskvanın çox binalarından seçilən bu möhtəşəm evdə mötəbər, adlı-sanlı kübar ailələrin yaşadığına şübhə etmədim.

      Andreygilin mənzili ikinci mərtəbədə yerləşdiyini qapının ağzındakı sakinlər barədə məlumat yazılan lövhədən öyrəndiyimizdən liftə minmədik. Amma mənzilin qapısına çatanda başa düşdük ki, təngənəfəs olduğumuz geniş və hündür pilləkən əvəzinə yuxarı liftlə daha tez qalxardıq.

      Mədət daima maşınla hərəkət etdiyindən pıllələr onu yordu, az qala ləhləyirdi. Yorulduğunu biruzə verməməkçin pilləkənin sürahəsinə söykənib dayandı. Sonra üzbəüz dayandığımız iri qırmızı qapını göztərib dedi:

      – Düyməni bas.

      Zəngin düyməsini basıb gözlədim. Açan olmadı. Bir də basdım, bir də…

      – Heç kim yoxdu…

      Mədət özünə gəlib qapıya yaxınlaşdı, sanki mən düyməni düz basmırammış kimi şəstlə məni süzüb zəngi ovcunun içiylə dalbadal bir neçə dəfə döyəclədi. Qapını açan olmadı.

      – Elə bil ev boşdur, – müəyyənliklə deyib gözlərimdəki “niyə” ni oxuduğundan təsdiqlədi. – Zəngin səsi gup-gup guppuldayır, eşitmirsən?

      Zəngin səsinə bir az qulaq verib başımı tərpətdim ki, hə, guppuldayır…

      Elə bu dəmdə vestibülün sol tərəfindəki mənzilin ağır dəmir qapısının kilidi iki dəfə şıqqıldadı, sonra bir də…  daha sonra qapıya təhlükəsizlik üçün vurulmuş qalın zəncir tarıma çəkilənə qədər aralandı. Boğuq, xırıltılı, lakin mülayim bir səs gəldi:

      – Cavan oğlanlar, sizə kim lazımdır?

      Mədət bir qarış aralı qapının alaqaranlığında solğun, çuxura düşmüş, sulanmış gözləri, qaraqançır olmuş damarlarını üzündəki dərin qırışlar belə gizlədə bilməyən ahıl, əldən düşmüş, lakin qanında olan aristokratlığını təsəvvür ediləcək qədər saxlayan qadını gördü. Rusca salam verib tələsik soruşdu ki, bilmir qonşuları hardadı?

      Moskvalılara xas olan marağını gizlətmədən soruşdu:

      – Siz onu hardan tanıyırsız?

      – Mənim əsgərlik dostumdur…  Andrey, – dedim, – Əfqanıstanda bir yerdə döyüşmüşük.

      Andreyin adını eşidəndə qadın bir az ürəkləndi, zənciri bir az da tarıma çəksə də qapını açmadı. Sonra dərindən ah çəkib nazık rəngsiz dodaqlarını qırışmış barmaqlarıyla ovuşdura-ovuşdura təəccüblə soruşdu:

      – Deməli bilmirsiz? Onlar…  çoxdan burda yaşamırlar…  Lap çoxdan…  Andryuşa əməliyyat olandan sonra…  unutmuşam…  hə, deyəsən İsrailə köçdülər…  Bilmirəm…  Arvadı yəhuduydi СКАЧАТЬ