İblis busəsi. Яшар Буньяд
Чтение книги онлайн.

Читать онлайн книгу İblis busəsi - Яшар Буньяд страница 3

Название: İblis busəsi

Автор: Яшар Буньяд

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ keçmişimdə itmiş yuxularımı xatırlamaq qəribə deyildimi? Bəlkə həyatım büsbütün yuxuymuş, elə indicə ayılacam və yuxum da bitəcək?!

      Bu yuxuya bənzəmirdi. Yuxu sonra olacaq – sonda. Kİmsə mənə demişdi ki, ən şirin yuxu, elə ölümdü, ölüm! Hər gün yatıb gördüyün, sonradan min yerə yozaraq özünə sərfəli çözümə saldığın cəfəngiyatla dolu yuxular insanı günbəgün yaxınlaşan ölümünə hazırlayır. Və insan öləndə də elə bilir yuxudadı, yuxusunu görüb qurtaran kimi – nə qədər qorxulu, dəhşətli olsa belə, ayılacaq, yenə necə əvvəlki qaydayla yaşamışdı eləcə də yaşayacaq. Lakin, o nə qədər acı olsa da, insan çabalayır, müsibətlərə qatlaşır, sürünə-sürünə yaşasa da, heç yuxu görməsə də hər səhər ayılmaq ümidiylə yatır, ölmək istəmir. Lap can verəndə də onu əbədi xöşbaxt edəcək şirin yuxudan qorxur, bir an belə çox yaşamaq üçün hər şeyini qurban verməyə hazır olur. Bəzən bir gilə acı dərmandan, bir iynədən də, ümid verən, bir anlıq belə toxdada biləcək sözdən də ömür umur aciz insan. Ölüm adlı şirin yuxu isə gələndə var-dövlətə gözucu da baxmaz. Gələr, götürər, aparar… Və bu elə bir yuxudur ki, onu heç bir münəccim yoza bilməz!

      Kəndimizdəki qəbirstanlıqda qalan boş yeri təsəvvür elədim; anamla nənəmin başdaşılarını aydınca gördüm.İlahi, mən indiyəcən buna heç fikir verməmişdim; anam da nənəm də başdaşındakı şəkillərindən ikisinin arasındakı o boş yerə baxırdılar – biri sağdan, biri soldan. Həsrətlə, səbirlə, lap yol gözləyənlər kimi.” Gəl, oğlum, gəl” deyirmiş kimi… Nə qədər baxdımsa da, aralıqdakı boşluqda öz daşımı görə bilmədim. Daşım yox idi, qeybə çəkilmişdi daşım. Atama qismət olmayan iki arşın torpaq həmişə boş qalacaqdı demək.

      Aşağı baxarkən, yox, elə körpü boyu gözləri, qolları bağlı addımlayarkən bu yolun nə qədər uzun və məşəqqətli, ağrılı olduğunu dərk etmişdim. Arxada qoyub gəldiyim yol…

      Dönəkmi?..

      Hə, deməli qəhvə, türksayağı…

      Svetlana Vladimirovnayla vətəndaş kəbiniylə yaşayan Mədət, Məryəmin rəfiqəsi Gülnarın dünənki zəngiylə məni qarşılamaq üçün Domadedovo aeroportuna gəlmişdi. Baqaj şöbəsində yüküm olmadığına sevindi. “ Baqaj gözləməkdən zəhləm gedir”-deyib əl çantamı əlimdən aldı. Bir xeyli piyada gedib pullu dayanacaqda saxladığı maşınına mindik. Yol boyu köhnə tanışlar kimi söhbətləşirdik.” Qəhrəman Moskva şəhərinə xoş gəlmisiz!” plakatını görəndə hələ Bakıda içimə dolan gərginlikdən azad olmaq istədim. Bacarmadım. Mədət deyəsən Brejnev barədə lətifə danışırdı. Zarafatın məğzini tam anlamadan üzümə süni təbəssüm qonsa da səssiz can verən Rasimin donuq gözləri yaddaşımdan silinmir, özümü dünyanın ən aciz və qorxaq adamı olduğumu düşündükcə varlığıma nifrət edirdim. Bu mən idim, özüm idim, amma elə bil içimdə başqa birisi də vardı, elə hey, “keçdi və getdi…  arxada qaldı… unut” deyirdi. Olarmı?..

      Maşının əyləcinə basanda fikirdən ayıldığımı, ilk tanışlıqdan sayqısızlıq edib onu dinləmədiyimi biruzə verməmək üçün dil ucu “bağışla” desəm də, Mədət mənim qəmgin və duyğulu olduğumu hiss etmişdi. Lütfkarlıqla gülümsünüb “ qalxaq evə” deyib maşından düşdü. Mən də arxasınca. Özümü heç vaxt belə narahat hiss etməmişdim.

      O, Sapyornaya küçəsindəki beşmərtəbəli “stalinka” da, iki otaqlı yaraşıqlı və zəngin mənzildə yaşayırdı. Otaqların klassik üslubda mebellə bəzədilməsi, divarlardan asılmış orjinal rəsm əsərləri onun yaxşı zövq sahibi olduğunu biruzə verirdi.İmkanları da öz yerində. Svetlanadan uşağı olmasa da, dediyinə görə Göyçayda arvadı və iki oğlu var.

      Gəldiyim gün mən duşdan çıxana kimi onun harasa zəng etdiyini, suyun şırıltısından aydın başa düşməsəm də mənim barədə ciddi söhbət etdiyini eşitmişdim. Gülnar, Moskvada iş məsələsində, köhnə dostumu tapmaqda mənə kömək edəcək bir adam varsa, o da Mədətdi demişdi axı. Artıq iki gün idi onun qonağıydım və hansısa işin qulpundan yapışıb başımı qarışdırmalıydım. Necə olmasa o iş adamıydı, ailəliydi. İstəmirdim əziyyət çəksin. Ona görə də soruşdum:

      – Moskvada bir əsgərlik dostum var. Mümkünsə…  onu tapmaqda mənə kömək edərsən? – Naümid soruşdum.

      Mədət zolaq-zolaq ev xalatında, qonaq otağının küncünə qoyulmuş bənövşəyi rəngli dəri divanda ayağını ayağının üstünə aşırıb “Arqumentı i faktı” qəzetini oxuyurdu. Bir neçə saniyə məni eşitmirmiş kimi dinməyib oxumağa davam etdi. Sonra, yüngülcə gülümsəyib çərçivəsi qızıl suyu ilə işlənmiş eynəyini çıxarıb qəzetlə birgə jurnal masasının üstünə qoydu.

      – Harasındadır Moskvanın? – soruşub gözlərini ovuşdurdu.

      – Mərkəzdə…  Ünvanı var…  məndədir…  Bu dəqiqə, – deyib, dəhlizdəki paltar şkafında asdığım pencəyimin döş cibindən sənədlərimi çıxardım. Pasportumun arasından qat kəsmiş kağızı ona uzatdım. – Bilirsən, Əfqanıstandan sonra Saratovda yaşamışam. Tez-tez zəngləşərdik. Sonra, birdən əlaqəmiz kəsildi…

      Mütaliədən ayırdığıma görə əsəbiləşəcəyini zənn edirdim. Əksinə, ona uzatdığım kağızdan gözünü çəkmədən: – Bu ki, bizim yanımızdadır? İki-üç dayanacaq mərkəzə sarı, Qorki küçəsinin tini… Gələndə düz qabağından keçdik… Səhər gedərik, taparıq dostunu…  – deyib, qımışdı.

      – Sağ ol, qardaş, – deyə təşəkkür etdim.

      – Dəyməz, canım, – deyib mətbəxə keçdi. – Gəlsənə bir qəhvə dəmləyim içək, həə? – soruşub, dilucu əlavə etdi. – Bəlkə sən… çay istəyirsən? Problem deyil… çay…

      Bizim kimi çaya meyilli deyil, qəhvə həvəskarı olduğunu başa düşdüm.

      – Yoox…  – tələsik cavab verdim. – Sən nə içsən…

      Yəqin bu cavabı da gözləyirdi:

      – Həə, deməli qəhvə. Təmiz türksayağı…

      Bunu elə təmtəraqla vurğuladı ki!

      Dediyinə görə, yaxın dostu Dmitri Mərakeşdən xüsusən onunçun gətirdiyi üyüdülmüş “arabika” dan iki çay qaşığı “turka” ya tökdükdən sonra üstünə soyuq su alıb dəmə qoydu.İstanbulda bir qəhvəçi əsl türk qəhvəsini necə dəmləməyin sirrini ona öyrədəndən sonra bu ləzzəti duya-duya, “turka” nın armuduya bənzər belinin divarları boyunca qara köpuyün qalxacağı anı intizarla gözləməkdən başqa mətbəxdən heç bir ləzzət almırdı. Mədət bir də məzəylə deyirdi ki, yataq otağından sonra qadınların tükənməyən fantaziyalarıyla baş-başa qalmaqları üçün düşünülmüş ən mükəmməl guşə – mətbəxdir. Bu guşədə kişilərə yer yoxdur!

СКАЧАТЬ