Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi. Hovard Zinn
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi - Hovard Zinn страница 5

Название: Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi

Автор: Hovard Zinn

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ qısqanclıq və qəzəb mühacirləri qaraların ağası olmağa hazırladı. Qara qulları gətirib işlətmək virciniyalılara çox təbii göründü. Axı Amerikadakı digər koloniyalar bunu uzun zamandan bəri edirdilər.

      1619-cu ildə Afridakan bir milyon qara Cənubi Amerika və Karib adalarındakı portuqal və ispan koloniyalarına aid mədənlər və şəkər qamışı tarlalarında qul olaraq işlədilmək üçün gətirildi. Əslində qul ticarəti Kolumbdan 50 il əvvəl on minlərlə afrikalı öz torpaqlarından aparılıb Portuqaliyada satılanda başlamışdı. Buna görə də 1619-cu ildə ilk iyirmi qara Ceymstauna gətirilərək mühacirlərə satılarkən ağlar əslində çox əvvəldən afrikalıları kölələşdirməyi düşünürdülər.

      Afrikalıların çarəsizliyi qul olmalarını asanlaşdırırdı. Hindular öz torpaqlarında, ağlar isə yeni bir qitədə idilər. İngilis mədəniyyətini də özləri ilə bərabər gətirmişdilər. Qaralar isə öz torpaqlarından və mədəniyyətlərindən qoparılmışdılar. Dil, geyim-keçim, adət-ənənə və ailə həyatı kimi ağlara lazımsız görünən mədəni miraslarının yavaş-yavaş yox edildiyi yeni bir həyat tərzində yaşamağa zorlanmışdılar. Yalnız fövqəlbəşəri bir iradə ilə mədəni miraslarının qalıntılarına sahib çıxa bilərdilər.

      Afrika mədəniyyəti Avropa mədəniyyətindən daha aşağı bir mədəniyyət idi və buna görə də onu yox etmək dahamı asandır? Afrika mədəniyyəti öz daxilində Avropa mədəniyyəti qədər inkişaf etmişdi. Afrika mədəniyyəti altında 100 milyon insan yaşayırdı. Böyük şəhərlər qurmuş və dəmir alətlərdən istifadə etmişdilər. Əkinçilik, toxuma, dulusçuluq və heykəltəraşlıqda ixtisaslaşmışdılar. XVI əsrdə Afrikaya gedən avropalılar Timbuktu və Mali krallıqlarından təsirlənmişdilər. Avropa dövlətlərində müasirləşmə prosesi gedərkən Afrika dövlətləri olduqca təkmil və sabit idi.

      Əslində Afrikada da quldarlıq sistemi var idi və avropalılar bunu özlərinə haqq qazandırmaq üçün istifadə etdilər. Afrikadakı qulların həyat şəraiti daha ağır olsa da, Amerikadakılardan daha çox haqqa sahib idilər. Amerikadakı quldarlıq iki səbəbə görə tarixdəki ən qəddar quldarlıq sistemidir. İlkin olaraq Amerikadakı quldarlıq sistemi sərhədsiz bir qazanc məqsədilə qurulmuşdu. Həmçinin ağları ağa, qaraları isə qul olaraq görən irqçi bir nifrətdən qaynaqlanırdı. Bu səbəbdən Amerikadakı quldarlıq sistemində qullarla insan kimi davranılmırdı.

      Bu qeyri-insani rəftar Afrikada başlamışdı. Əsir alınan qullar bir-birilərinə zəncirlərlə bağlanaraq sahilə doğru kilometrlərlə getməyə məcbur edilirdilər. Hər beş əsir quldən ikisi bu yürüş zamanı ölürdü. Sağ qalanlar isə çatdırılacaqları yerə aparılmaq üçün hərracda satılanadək qəfəsdə saxlanılırdılar.

      Sonra qul gəmilərinin göyərtələrinə yüklənirdilər. Tabutdan çox da böyük olmayan qaranlıq bölmələrdə bir-birlərinə zəncirlənirdilər. Bəziləri bu pis şəraitdə havasızlıqdan ölürdü, bəziləri isə bu zülmdən qurtulmaq üçün özünü dənizə atırdı. Gəmilərdə okeanın o tayına göndərilən afrikalıların üçdə birinin yolda öldüyü güman edilir. Fəqət qul ticarəti sərfəli iş idi və tacirlər qaraları balıq kimi anbarlarda toplamaqda davam edirdilər.

      Əvvəllər ən böyük qul taciri hollandlar idi. Sonradan isə bu ticarəti ingilislər öz boyunlarına götürdü. Yeni İngiltərədəki bəzi amerikalılar da bu ticarətə qoşuldu. 1637-ci ildə ilk Amerikan qul gəmisi Massaçusetsdən yola düşdü. Gəminin anbarları təxminən yarım metr genişliyində və iki metr uzunluğunda dəmir qəfəslərə bölünmüşdü.

      1800-cü ilə qədər 10-15 milyona qədər afrikalı Amerikaya gətirilmişdi. Bizim müasir mədəniyyətin başlanğıcı saydığımız bir dövrdə Afrika təxminən 50 milyon insanını quldarlıq yolu ilə itirdi.

      Quldarlıq Amerikan koloniyalarında Ceymstaundakı mühacirlərin ümidsiz işçi axtarışları ilə başladı. Hindulardan istifadə edə bilmədilər və ağları da qulləşdirmək çətin olacaqdı. Fəqət gözünü qazanc ehtirası bürümüş insan tacirləri sayəsində artıqlaması ilə qara mövcud idi. Tutulduqdan sonra gördükləri dəhşətli rəftar afrikalıları olduqca çarəsiz vəziyyətə saldı. Bütün bunlar afrikalıların kölələşdirilməsinə yol açdı.

      Qorxu və İrqçilik

      Görəsən Amerikadakı bütün qaralar qul idi? Bəlkə də ağ mühacirlər bəzi qaraları qul yox, xidmətçi kimi qəbul etmişdilər. Çünki ağ nökərlər3 də var idi. Bəs onlarla qaralara nisbətdə daha fərqli rəftar edirdilər?

      Virciniyada baş vermiş bir hadisə ağ və qaralara olan rəftarın çox fərqli olduğunu göstərir. 1640-cı ildə altı ağ və bir qara xidmətçi qaçmağa cəhd etdi, amma tutuldular. Emanuel adlı qara məhkəmə qərarı ilə otuz dəfə qamçılandı. Həmçinin bir yanağı közərmiş dəmirlə damğalandı, ayaqları qandallı vəziyyətdə bir ildən çox işləmək cəzası verildi. Tutulan ağların cəzaları isə çox daha yüngül idi.

      Bu qeyri-bərabər rəftar irqçilik idi, hərəkətlərdə və duyğularda özünü göstərirdi. Ağlar özlərini qaralardan üstün görür və onları alçaldırdılar. Qaralara bir-birinə etdiklərindən daha çox sərt və zalımcasına münasibət göstərirdilər. Bəs bu irqçilik “təbii” idi? Ağlar qeyri-ixtiyari olaraqmı qaraları sevmir və onlara pis rəftar edirdilər? Ya da irqçilik əslində aradan götürülməsi mümkün olan müəyyən şəraitin nəticəsi idi?

      Bu sualları cavablandırmağın bir yolu Amerika koloniyalarında yaşayan bəzi ağların qaralara bərabər gözlə baxıb-baxmadığını öyrənməkdir və sübutlar bunun baş verdiyini göstərir. Ağlar və qaralar düşmən olaraq gördükləri eyni ağaya sahib olduqları və eyni problemlərlə qarşılaşdıqları zaman bir-birləri ilə bərabər rəftar edirdilər.

      Quldarlığın Amerika koloniyalarında təşəkkül tapmasını izah etmək üçün “təbii” irqçilikdən danışmağa ehtiyac yoxdur. İşçi qüvvəsinə olan tələbat bunu izah etmək üçün tutarlı bir səbəbdir. Koloniyalara gələn ağların sayı tarladakı işçi ehtiyacını qarşılamaq üçün kifayət etmirdi və buna görə də mühacirlər bu ehtiyacı qarşılamaq üçün quldarlığa yönəldi. İşçiyə tələbat artmaqda idi. 1700-cü ildə Virciniya əhalisinin on ikidə birini qullar təşkil edirdi, 1763-cü ildə qullarin sayı 170 000-ə, yəni əhalinin yarısına bərabər oldu.

      Başlanğıcdan etibarən qara qadın və kişilər kölələşdirilməyə müqavimət göstərdilər. Müqavimətləri ilə – bəlkə yalnız özlərinə və bacı-qardaşlarına olsa da – bir insan olaraq şərəfli olduqlarını göstərdilər. Əksər vaxtlarda işi yavaşlatmaq və gizlicə ağların mülklərinə zərər vermək kimi müəyyənləşdirilməsi və cəzalandırılması çətin metodlara baş vururdular. Bir müqavimət şəkli də qaçmaq idi. Afrikadan təzə gələn və hələ öz kəndlərindəki həyatı saxlamağa çalışan qullar toplucaqaçaraq vəhşi təbiətdə kiçik icmalar4 qurmağa səy göstərirdilər. Amerikada doğulub kölələşdirilənlər isə daha çox tək qaçıb azadlıqlarına СКАЧАТЬ



<p>3</p>

İlk zamanlarda İngiltərədən Amerikaya insanları qulluqçu kimi gətirirdilər və onlara şərti olaraq “ağ qul” deyilsə də, rəsmi statusları “servant” idi. “Servant” sözünün Azərbaycan dilində qarşılığı kimi nökər sözündən istifadə edəcəyik.Lakin bu bilinməlidir ki, koloniyalarda nökərların rəsmi statusu qara qullar ilə bizim başa düşdüyümüz müasir xidmətçilərin arasında idi. Nökərları tacirlər İngiltərədən öz pulları ilə gətirir və Amerikada bir ailəyə satırdılar. Bu borcun müqabilində isə nökərlar 7-4 illik müddətə pulsuz olaraq öz ağaları üçün çalışmalı idilər və 7-4 ildən sonra onlara pay torpaqla bərabər azadlıq da verilirdi. Qara qullardan fərqli olaraq ağa nökərı öldürə bilməzdi.

<p>4</p>

Qaçaq qullar meşələrdə gizlin və əsasən də, bataqlıqlarla əhatələnmiş quru hissələrdə özlərinə məskən salırdılar ki, bu da “Maroon” adlanırdı. İspancadan “cimarrón”, yəni “fərari, qaçaq, dağların üstündə yaşayan” anlamını verir (cima-zirvə, üst).