Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi. Hovard Zinn
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi - Hovard Zinn страница 3

Название: Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi

Автор: Hovard Zinn

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Dieqo kimi qulluqçu işləyən azyaşlı oğlan uşaqları yemək bişirir və göyərtəni yuyurdu, onların ən əhəmiyyətli vəzifələri isə vaxtı demək idi. Gəmidə saat olmurdu ona görə də onlar “ampolleta” – kiçik şüşə – adlanan otuz dəqiqəyə dolan qum saatlarından istifadə edirdilər. Bütün qum bitən kimi qulluqçu onu tərsinə çevirirdi və göyərtənin arxasına doğru qaçaraq zəngi çalıb dua oxuyurdu. Bu isə növbəti yarım saatın keçdiyini ifadə edirdi. Qulluqçular hər biri iş gününün müxtəlif yarım saatını ifadə edən on altı duanı əzbərləməli idi. Bu da onlardan biridir:

      “Tanrının yer üzünə gəldiyi saat müqəddəsdir,

      Müqəddəs Məryəm- Ona uşaq verən,

      Və Müqəddəs Con-Onun dəyərini qoruyan,

      Qarovul keçir,

      Qum saatı dolur,

      Bizim yaxşı səyahətimiz olacaq,

      Əgər Tanrı istəsə.”

      Mənbə: Hoose, Phillip. We Were There, Too!: Young People in U.S History. New York: Farrar Straus Giroux, 2001.

      Kolumbun Hekayəsini Danışmaq

      Bartolome de Las Kasas sayəsində Kolumb Karib adalarına gələndən sonra nələrin baş verdiyini bilirik. Las Kasas ispanların Kubanı ələ keçirməsinə kömək edən gənc bir rahib idi. Bir müddət hinduları qul kimi işlətdiyi bir tarlası da vardı. Sonradan tarlasından imtina etdi və ispanların hindulara etdiyi zülmlərdən bəhs etməyə başladı.

      Las Kasas Kolumbun gündəliyini köçürtdü və “Yerlilərin Tarixi” adlı bir kitab ərsəyə gətirdi. Kitabda yerli tayfalar və onların adətləri ilə birgə ispanların yerli hindularla necə rəftar etdikləri də əks etdirilib:

      “… Yeni doğulmuş uşaqlar isə çox işlədilən və əksər zamanlarda ac olan analarının onları əmizdirmək üçün kifayət qədər südü olmadığından tez ölürdülər. Mən Kubada olanda üç ayda 7000 körpə öldü. Bəzən analar sırf çarəsizlikdən öz körpələrini boğurdular… Beləliklə, hədsiz işlədilən kişilər mədənlərdə, qadınlar isə işlədikləri zaman öldüyü üçün körpələr də qida çatışmazlığından ölürdü… İnsanlığa sığmayan bu hərəkətləri öz gözlərimlə görürdüm və indi bunları qələmə alarkən belə dəhşətə gəlirəm…”

      O illər avropalıların Amerikada tarixinin hələ başlanğıcıydı və bu tarix torpaqların ələ keçirilməsi, quldarlıq və qətliamlarla dolacaqdı. Fəqət illər boyu uşaqlara tədris edilən tarix kitabları bu qətliamlardan yox, qəhrəmanlıqlarla dolu fərqli bir macəradan bəhs edirdi. Hekayənin gənclərə tədris metodu artıq dəyişməkdədir.

      Kolumb və hinduların hekayəsi bizə tarixin necə yazıldığını göstərir. Kolumb haqqında yazan ən məşhur tarixçilərdən biri olan Semuyel Eliot Morison onun yolunu izləyərək Atlantik okeanı qət etdi. 1954-cü ildə “Dənizçi Xristofor Kolumb” adı altında məşhur bir kitab ərsəyə gətirdi. Morison Kolumb və onun kimilərinin hinduların “tam mənada soyqırımına” səbəb olduğunu dedi. Soyqırım məqsədli şəkildə bir etnik və mədəni qrupun məhv edilməsi deməkdir. Morison törədilən əməllərə bu ifadəni uyğun görmüşdü.

      Morison Kolumb haqqında yalan danışmamışdı. Kitabında kütləvi qətliamlardan bəhs etsə də, bu mövzulara az toxunaraq diqqəti başqa hadisələrə yönəltdi. Soyqırımı digər məlumatların içində gizləyərək, sanki, kütləvi qətliamların əslində çox da əhəmiyyətli olmadığını vurğulamağa çalışırdı. Soyqırımı hekayənin kiçik bir hissəsi kimi göstərərək Kolumb haqqında daha fərqli düşünməyə əngəl oldu. Kitabın sonunda qısaca Kolumbun böyük bir insan olduğunu deyən Morisona görə onun ən vacib xüsusiyyəti dənizçiliyi idi.

      Bir tarixçi bir çox məlumat arasından nəyi daxil edəcəyini, nəyi etməyəcəyini və nəyin hekayənin sujet xəttində əsas yer tutacağını seçməyə məcburdur. Hər tarixçinin öz düşüncələri onun dəsti-xəttini formalaşdırır. Yazılan tarix isə oxucuların baxış və düşüncələrinə təsir edir. Morisonunku kimi Kolumb və onun kimilərini böyük dənizçilər və səyyah kimi göstərən, soyqırıma, demək olar ki, toxunmayan bir tarix bu insanların etdiklərinin, sanki, haqq olduğuna eyham vurur.

      Əsasən, yazaraq və ya oxuyaraq tarixlə maraqlanan insanlar fəth və qətliam kimi dəhşətli şeyləri inkişafın bir parçası olaraq görməyə vərdiş ediblər. Çünki bu insanların çoxu tarixə fatehlərin və liderlərin hekayəsi kimi baxır. Keçmişə bu nöqteyi-nəzərdən baxanda isə tarixin dövlətlər və ya millətlərdən bəhs etdiyini görürük.Bu tarixin aktyorları krallar, prezidentlər və generallardır. Yaxşı bəs işçilər, əkinçilər, qaradərililər, qadınlar və uşaqlara nə oldu? Onlar tarix yaratmırlarmı?

      Hər ölkənin tarixi fəth edənlər və fəth edilənlər, ağalar və qullar, güclülər və zəiflər arasında amansız mübarizədən bəhs edir. Tarix yazmaq hər zaman bir qrupun tərəfini saxlamaqdır. Məsələn, mən Amerikanın kəşfinə aravakların gözündən baxmağı üstün tuturam. ABŞ konstitusiyasının tarixini qulların, Vətəndaş Müharibəsini isə Nyu-Yorkda yaşayan irlandların gözündən yazacağam.

      Tarixin bizə gələcək üçün yeni alternativlər fikirləşməkdə kömək edəcəyinə inanıram. Bunu həyata keçirməyin yolu da gizli qalmış səhifələri görməyimizlə mümkündür. Bəlkə də, gələcəyimiz əsrlər boyu davam edən müharibələrdən çox, keçmişin yaxşılıq və cəsarət dolu anlarında gizlənib. Bu isə elə mənim Ko-lumb və aravakların qarşılaşması ilə başlayan Amerika Birləşmiş Ştatları tarixinə yanaşma tərzimdir.

      Daha Çox Yığıncaq, Daha Çox Münaqişə

      Kolumb və aravaklar faciəsi dəfələrlə təkrarlandı. İspan fatehləri Hernan Kortes və Fransisko Pizarro-biri Meksikada yaşayan astekləri, digəri isə Cənubi Amerikadakı inkləri qırdı. İngilis mühacirlər də Virciniya və Massaçusetsə çatdıqda eyni şeyi qarşılaşdıqları hindulara edirdilər.

      Virciniyadakı Ceymstoun – Amerikadakı ilk ingilis məskəni-hindu qəbilə başçısı Pouhatanın idarə etdiyi ərazidə salınmışdı. Pouhatan öz ərazisində məskunlaşan ingilisləri təqib etsə də, hücum etmirdi. 1607-ci ildə Ceymstoun liderlərindən Con Smit ilə danışdı. Bizə gəlib çatan mətn tam olaraq Pouhatanın sözləri olmaya bilər, ancaq göründüyü qədərilə bu mətn sonradan digər hinduların dedikləri və yazdıqlarına olduqca oxşardır. Biz bu mətndə ağ adamlar onların ərazisinə girəndə Pouhatanın nə düşündüyünü görə bilərik:

      “… Müharibə ilə sülh arasındakı fərqi ölkədəki hansısa birindən daha yaxşı bilirəm. Niyə sevgi ilə əldə edə biləcəyiniz bir şeyi güc yolu ilə almağa cəhd edirsiniz? Niyə sizə qida verəni yox edirsiniz? Müharibə edərək nə əldə edə bilərsiniz? Niyə bizi qısqanırsınız? Biz silahsızıq və dostca yaxınlaşsanız, istədiklərinizi sizə verməyə hazırıq və bilmədiyiniz üçün də zənn etdiyiniz qədər sadə deyil: ağlardan qaçıb meşədə, soyuqda yatmaq, palıd qozası СКАЧАТЬ