80 gün dünya ətrafında. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу 80 gün dünya ətrafında - Жюль Верн страница 6

Название: 80 gün dünya ətrafında

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244502

isbn:

СКАЧАТЬ nəsə var.

      – Ola bilər, amma mən bu barədə heç nə bilmirəm, müsyö Fiks.

      Bu söhbətdən sonra Paspartu ilə xəfiyyə göyərtədə tez-tez qarşılaşırdılar. Fiks lakeydən mümkün olduğu qədər çox məlumat almağa çalışırdı.

      «Monqolustan» sürətlə irəliləyərək oktyabrın 13-də Mokaya, 14-də isə Ədənin şimal-qərbindəki Stimer-Poynt limanına çatdı. Gəmi yanacaq ehtiyatı götürmək üçün limanda dörd saat dayanmalı idi. Lakin Fileas Foq narahat deyildi: çünki belə fasilələri əvvəlcədən nəzərə almışdı. Üstəlik, hərəkət cədvəlinə görə, gəmi Ədənə oktyabrın 15-də səhər çatmalı olduğu halda, oktyabrın 14-də gecə gəlib çıxmışdı. Bu isə Foqa əlavə 15 saat qazandırmışdı.

      Pasporta növbəti viza möhürünü vurdurmaq üçün cənab Foqla lakeyi gəmidən düşdülər. Fiks gizlincə onları təqib etməyə başladı. Möhür vurulduqdan sonra cənab Foq yenə gəmiyə minib öz kayutuna çəkildi. Paspartu isə sahildə dayanıb ətrafa maraqla tamaşa eləyirdi. Burada hər millətdən adama rast gəlmək olardı: hindlilər, ərəblər, farslar, yəhudilər, avropalılar…

      Axşam saat 6-da «Monqolustan» gəmisi suyu köpükləndirə-köpükləndirə yerindən tərpəndi və çox keçmədən Hind okeanına çıxdı. Ədəndən Bombeyə getmək üçün 168 saat vaxt lazım gəlirdi. Yüngül şimal-qərb küləyi əsirdi. Gəminin yelkənlərini açmışdılar. Yaxşı geyimli cənablar və xanımlar göyərtədə yeyib-içir, mahnı oxuyur, rəqs edirdilər.

      Oktyabrın 20-də günorta vaxtı uzaqdan Hindistan sahilləri göründü. Halbuki gəminin Bombeyə oktyabrın 22-də çatması nəzərdə tutulmuşdu. Beləliklə, cənab Foq iki gün əlavə vaxt qazanmış oldu.

      10

      Hamıya məlumdur ki, Hindistanın ümumi sahəsi bir milyon dörd yüz min kvadrat mildir. Bu ölkədə 180 milyon insan məskunlaşıb. Britaniya hökumətinin tabeliyində olan Hindistana, əslində, tam nəzarət etmək mümkün deyil. Onun yalnız yarısı İngiltərənin mütləq hakimiyyəti altındadır. İngilis nəzarətini Kəlkətədə general-qubernator, Mədrəsə, Bombey və Benqaliyada qubernator, Aqrada isə vitse-qubernatorlar həyata keçirirlər. Qalan torpaqlar müstəqilliyini qoruyub saxlayan racaların[20] əlindədir. Bununla belə, ingilis hakimiyyəti bütün ölkədə əhalinin etnik tərkibinə, həyat tərzinə öz təsirini göstərib. Məsələn, əvvəllər bir yerdən başqa yerə yalnız atla, ikitəkərli arabalarda, kəcavədə, ya da hambalların belində getmək mümkün idi. İndi isə Hind və Qanq çaylarında buxarlı gəmilər üzür, bütün ölkəni əhatə eləyən dəmiryolu xətti ilə sürətli qatarlar hərəkət eləyirdi.

      Beləliklə, axşam saat 5-in yarısında «Monqolustan» gəmisi Bombey sahilinə çatdı. Buradan Kəlkətəyə gedən qatar isə düz saat 8-də yola düşəcəkdi. Foq gəmidən düşdü, lakeyinə bəzi göstərişlər verib tapşırdı ki, saat 8-ə qalmış vağzalda olsun. Özü isə gömrük məntəqəsinə tərəf üz tutdu.

      Bombeyin görməli yerləri – nəhəng kitabxanası, qalaları, məscidləri, sinaqoqları[21], kilsələri, pambıq bazarı cənab Foqun diqqətini cəlb eləmədi. O, gömrük məntəqəsindən çıxıb tələsmədən vağzala tərəf addımlamağa başladı.

      Bəs həmin vaxt cənab Fiks nə işlə məşğul idi? O, gəmidən düşəndən sonra birbaş Bombeyin polis rəisinin yanına cumdu. Rəisə polis xəfiyyəsi olduğunu, bura vacib tapşırıqla gəldiyini dedi. Sonra da Londondan həbs qərarının göndərilib-göndərilmədiyini soruşdu. Cavab müsbət deyildi. İşi belə görən xəfiyyə polis rəisini dilə tutmağa çalışdı ki, o özü Foqun həbs qərarını imzalasın. Lakin rəis razılıq vermədi. Beləcə, Fiksin gözləməkdən başqa çarəsi qalmadı. Eyni zamanda qərara gəldi ki, bir dəqiqə də olsa, gözünü cənab Foqdan ayırmasın. O, Paspartudan öyrənmişdi ki, ağası Bombeydə bir xeyli ləngiyəcək. «Yəqin, bu müddət ərzində Londondan həbs qərarını da göndərərlər», – Fiks öz-özünə mızıldandı.

      Foq Paspartuya tapşırmışdı ki, ona yenidən corab və köynək alsın. Lakey bundan belə başa düşdü ki, onların səyahəti Bombeydə də başa çatmayacaq.

      Paspartu alış-verişdən sonra Bombeyin küçələrini dolaşmaq qərarına gəldi. Həmin gün yerli əhali bayram keçirirdi. Ətrafda rəqs edən kim, mahnı oxuyan kim, akrobatlıq eləyən kim… Paspartu bütün bunlara maraqla tamaşa eləyə-eləyə gəlib Malabar Hill təpəsindəki möhtəşəm paqodaya[22] çatdı. «Bura qədər gəlmişkən məbədin içinə baxmaq pis olmaz», – ürəyində dedi. Ancaq lakeyin bu marağı az qala onun özünə və cənab Foqa baha başa gələcəkdi.

      Paspartu iki şeydən xəbərsiz idi: əvvəla, xristianların hindu məbədinə girməsi qadağandı, ikincisi, ora daxil olanlar mütləq ayaqqabılarını çıxarıb bayırda qoymalı idilər. Bu qadağalara əməl etməyənlər isə cəzalandırılırdı.

      Bütün bunlardan bixəbər Paspartu binaya girib brahman[23] məbədlərinə xas bər-bəzəklərə, parıltılı əşyalara heyranlıqla tamaşa eləməyə başladı. Necə oldusa, zavallı lakey birdən-birə özünü müqəddəs döşəmə daşlarının üstündə gördü. Gözlərindən qəzəb qığılcımları yağan üç kahin ayaqqabılarını corab qarışıq çıxararaq onu şapalaqlamağa başladılar. Ancaq Paspartu güclü və zirək oğlan idi, cəld yerdən sıçrayıb qalxdı, kahinlərdən birini təpik, o birini yumruqla dəf edib qaçmağa başladı. Üçüncü kahin onun arxasınca düşsə də, çata bilmədi.

      Saat 8-ə 5 dəqiqə qalmış Paspartu ayaqyalın-başıaçıq özünü vağzala yetirdi. Aldığı corab-köynəkləri kahinlərlə dalaşdığı vaxt salıb itirmişdi.

      Cənab Foqu bundan sonra da təqib eləmək qərarına gələn Fiks vağzalda idi. O, bir kənarda gizlənib Paspartunun başına gələnlərlə bağlı ağasına danışdıqlarını dinlədi.

      – Ümid eləyirəm ki, bu bir daha təkrarlanmayacaq, – cənab Foq lakeyə qulaq asıb qurtardıqdan sonra soyuqqanlıqla dedi və qatara tərəf addımladı.

      Xəcalətindən qıpqırmızı qızarmış zavallı Paspartu da onun ardınca getdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со СКАЧАТЬ



<p>20</p>

Raca – Hindistanda hökmdar, knyaz titulu

<p>21</p>

Sinaqoq – yəhudilərin dini məbədi, ibadətgah

<p>22</p>

Paqoda – induizm və ya buddizm məbədi; ibadətgah

<p>23</p>

Brahmanlar – e.ə. X–IX əsrlərdə Hindistanda qədim veda dininin dəyişikliyə uğraması nəticəsində yaranmış dinin kahinləri; Hindistanda ali kasta