80 gün dünya ətrafında. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу 80 gün dünya ətrafında - Жюль Верн страница 2

Название: 80 gün dünya ətrafında

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244502

isbn:

СКАЧАТЬ Biz qarətçini tapacağıq. Artıq polis idarəsi ən çevik və bacarıqlı xəfiyyələrini Avropanın, Asiyanın, Amerikanın bütün əsas liman şəhərlərinə göndərib.

      Haqqında danışılan hadisə üç gün əvvəl baş vermişdi. Sentyabrın 29-da İngiltərə bankının xəzinəsindən nə az, nə çox, düz 55 min funt-sterlinq[8] oğurlanmışdı. İngiltərə bankı oğrunu tutan xəfiyyəyə iki min funt-sterlinq və oğurlanmış pulun beş faizi məbləğində mükafat vəd eləmişdi.

      Qəzetlərin yazdığına görə, oğru kriminal dairələrə xas zahiri görünüşə malik deyilmiş. O, səliqəli geyinibmiş və əsl centlmen təsiri bağışlayırmış. Oğrunun əlamətləri təcili şəkildə bütün xəfiyyələrə çatdırılmışdı.

      Bank inzibatçısı Ralf onu da qeyd elədi ki, mükafatın məbləğinin yüksək olması xəfiyyələrin oğrunu tezliklə ələ keçirəcəyini deməyə əsas verir. Lakin Stüart məsələyə onun qədər nikbinliklə yanaşmırdı.

      – Məncə, oğrunun qaçmaq şansı çoxdur, – o dedi.

      Centlmenlər söhbətə artıq vist oynaya-oynaya davam eləyirdilər.

      – Yaxşı, bəs, sizcə, o harada gizlənə bilər? – Ralf soruşdu.

      – Bilmək olmaz, dünya böyükdür, – Stüart dilləndi.

      – Bəli, nə vaxtsa dünya böyük idi… – bunu deyən cənab Foq idi.

      – Necə yəni, nə vaxtsa? – Stüart etiraz elədi.

      – Mən də cənab Foqla razıyam, – Ralf dedi. – İndi dünyanı yüz il əvvəlkinə nisbətdə on dəfə daha tez dövrə vurmaq olar. Yəni üç aya!

      – Yox, cəmi səksən günə! – Fileas Foq qətiyyətlə dilləndi.

      – Cənablar, – bankir Selliven sözə qarışdı, – əslində, aparılan hesablamalara görə, bu, mümkündür. Ancaq bir şərtlə ki, Rotalla Allahabad arasındakı Böyük Hind Dəmiryolu xətti açıq olsun[9]. Gəlin hesablayaq: Londondan Süveyşədək qatarla və gəmi ilə yeddi günə getmək olar. Süveyşdən Bombeyə gəmi ilə on üç gün, oradan Kəlkətəyə qatarla üç gün çəkir. Kəlkətədən Honqkonqa gəmi ilə on üç günlük yoldur. Honqkonqdan Yokohamaya gəmi ilə altı günə, oradan isə San-Fransiskoya iyirmi iki günə çatmaq mümkündür. San-Fransiskodan Nyu-Yorka qatarla getmək üçün yeddi gün, oradan Liverpula gəmi ilə, Londona isə qatarla vur-tut doqquz gün tələb olunur. Beləliklə, cəmi səksən günə səyahət tamamlanır!

      – Elədir ki var, – Stüart dedi. – Lakin, çox güman ki, bu hesablamanı aparanlar hava şəraitini, gəmi qəzalarını, dəmiryolu relslərinin sıradan çıxmasını nəzərə almayıblar.

      – Hamısı nəzərə alınıb, – Foq dedi.

      – Yaxşı, bəs hinduların qatarlara hücumu necə? – Stüart istehza ilə soruşdu.

      – Dedim axı, hər şey nəzərə alınıb, – Foq bu sözləri sakit səslə təkrarlayandan sonra əlindəki kartları açıb göstərdi və ortaya iki kozır[10] atdı.

      – Nəzəri cəhətdən, bəlkə də, siz haqlısınız, – Stüart yerdəki bütün kartları toplayıb dedi, – amma praktikada…

      – Praktiki olaraq da haqlıyam, cənab Stüart, – Foq dilləndi.

      – Sizin bunu praktikada necə həyata keçirdiyinizi öz gözlərimlə görmək istərdim.

      – Buyurun, birlikdə sınaqdan keçirək, – Foq dedi.

      – İşim-gücüm qurtarmışdı, – Stüart istehza ilə güldü. – Lakin dörd min funtdan mərc gələ bilərəm ki, bu, mümkün deyil!

      – Tamamilə mümkündür.

      – Onda sizə bunu reallaşdırmağı təklif edirəm!

      – Səksən günə dünyanı dövr eləməyi?

      – Bəli.

      – Məmnuniyyətlə.

      – Nə vaxt?

      – Elə bu saat.

      – Bu ki ağılsızlıqdır! – Stüart əsəbiləşdi. Cənab Foqun hazırcavablığı onu özündən çıxarmışdı. Bir az fikirləşəndən sonra isə dilləndi: – Yaxşı, qoy siz deyən olsun. Mən dörd min funt qoyuram.

      – Əzizim Stüart, özünüzü ələ alın, bu ki ciddi söhbət deyil, – bankir Fallenten dözməyib söhbətə qarışdı.

      – Mən mərc gəlirəmsə, deməli, ciddidir, – Stüart pörtmüş halda dilləndi.

      – Razıyam! – Foq dedi. – Mənim Berinq qardaşlarının bankında iyirmi min funtum var.

      – Bu ki yarım milyon frank deməkdir! – Selliven qışqırdı. – Siz bu qədər pulu təhlükəyə atırsınız? Yox, yəqin, zarafat eləyirsiniz.

      – Əsl ingilis belə ciddi məsələlərdə heç vaxt zarafat eləməz. Mən iyirmi min funtdan mərc gəlirəm ki, səksən günə, bəlkə, bir az da tez dünyanı dövr eləyəcəyəm. Mərci kim kəsəcək?

      – Biz! – vist masasının arxasındakılar bir ağızdan dilləndilər.

      – Yaxşı, – Foq dedi. – Duvra gedən qatar saat 20:45-də yola düşür. Mən o qatara yetişməliyəm.

      – Elə bu axşam? – Stüart təəccüblə soruşdu.

      – Bəli, məhz indi.

      Sonra Foq cib təqviminə baxıb dedi:

      – Beləliklə, mən oktyabrın 2-i çərşənbə günü yola düşürəm. Əgər dekabrın 21-i şənbə günü saat 20:45-ə kimi Londona qayıtmasam, Berinq qardaşlarının bankındakı 20 min funt-sterlinq qanuni şəkildə sizə çatacaq, cənablar.

      Mərc kəsildi və altı şəxsin imzası ilə rəsmiləşdirildi. Foq soyuqqanlılığını qoruyub saxlayırdı, qalanları isə, əksinə, çox həyəcanlı görünürdülər.

      Saat 7-ni vurdu. Foqa məsləhət gördülər ki, oyunu dayandırsın və səyahətə hazırlaşsın.

      – Mən həmişə hazıram, – cənab Foq tövrünü pozmadan dilləndi.

      4

      Fileas Foq saat 19:25-də «Reform» klubundan çıxıb evə yollandı. O, evə girəndə saatın əqrəbləri СКАЧАТЬ



<p>8</p>

Funt-sterlinq və ya funt – Böyük Britaniyada pul vahidi

<p>9</p>

Sözügedən dəmiryolu xətti əsərdəki hadisələrin cərəyan etdiyi tarixdən bir qədər əvvəl – 1870-ci ildə istismara verilsə də, həmin vaxt hələ tam şəkildə fəaliyyət göstərmirdi.

<p>10</p>

Kozır – kart oyununda oyunçulara ən yüksək xal qazandıran kartlar