Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof
Чтение книги онлайн.

Читать онлайн книгу Nilsin vəhşi qazlarla səyahəti - Selma Lagerlof страница 9

Название: Nilsin vəhşi qazlarla səyahəti

Автор: Selma Lagerlof

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ erkək qaz Morten yaxşı əhval-ruhiyyədə idi. Burada heç bir problem yoxdur. O dedi. Hər şey yaxşı olacaq. Bircə indi tələs və sahildən daşıya biləcəyin qədər özünlə ot və zir-zibil yığ.

      Oğlan bir qucaq quru ot yığdıqdan sonra erkək qaz dimdiyi ilə onun yaxasından yapışdı, onu qaldırdı və buzun üzərinə atdı. Orada vəhşi qazlar hamısı dimdiklərini qoltuqlarının altına salıb yatmışdılar.

      İndi isə gətirdiyin quru ot mənim altıma döşə, elə et ki, üstündə dayana bilim və donmayım. Sən mənə yardım et, mən də sənə. Erkək qaz dedi.

      Oğlan onun dediyi kimi elədi. Oğlan işini görüb qurtardıqdan sonra erkək qaz Morten yenə də onu dimdiyi ilə götürüb qanadının arasına aldı. -Məncə sənə orada rahat və isti olacaq. Erkək qaz belə deyib onun üstünü qanadı ilə örtdü.

      Oğlan elə məmnun qalmışdı ki, deməyə bir söz də tapa bilmədi. Onun yeri çox yumşaq və rahat idi. Amma necə dəhşət yorulmuşdu o… bir göz qırpımındaca yuxuya getdi.

      GECƏ

      Buz çox zaman xəyanətkardır və ona güvənmək olmaz. Bu gerçək bir faktdır. Gecənin bir aləmində Vomb gölünün artıq nazilmiş buzu çatladı. Bir iri parça qopdu və sahilə tərəf yön aldı. Elə alındı ki, buraların daimi sakini cənab tülkü Smirre bu qopan buz parçasını gördü. Smirre bu vəhşi qazların Vomb gölünün sahillərinə enməsini hələ axşam çağından görmüşdü. O zaman onlardan heç olmasa birini oğurlamaq onun ağlının ucundan da keçmirdi. Amma indi o birbaşa buzun üzərinə doğru addımladı.

      Smirre buzlara bir xeyli yaxın olanda onun caynaqları buzu qaşıdı və qazları yuxudan oyatdı. Onlar qanad çalıb uçmağa hazır vəziyyətə gəldilər. Amma Smirre onlardan daha cəld biri idi. Sanki güllə dəymiş kimi o qabağa sıçradı, qazlardan birinin qanadından tutub yenidən sahilə doğru yön aldı.

      Amma bu gecə vəhşi qazlar buz üzərində yalnız deyildilər, çünki onların arasında bir insan övladı da vardı- hər nə qədər balaca olsa da. Erkək qaz qanadlarını yana açıb çabalayanda oğlan yuxudan oyandı. O yumbalanıb buzun üzərinə düşmüşdü və indi də karıxmış halda orada oturmuşdu. Dördayaqlı balaca bir itin ağzında qaz buzun üzəri ilə qaçmağını görəndə o baş verənlərin səbəbini hələ dərk edə bilmirdi.

      Bir anın içində oğlan heç nə düşünmədən qazı xilas etmək üçün həmin itə tərəf götürüldü. O yəqin ki ev qazının onun arxasınca dediklərini eşitdi:

      – Ehtiyatlı ol Tumbietot. Amma oğlan bu balaca küçükdən qorxmaq üçün heç bir əsas görmürdü ona görə də cəsarətlə irəli atıldı.

      Smirrenin apardığı vəhşi qaz oğlanın taxta ayaqqablarının buz üzərindəki taqqıltılarını eşitdi, amma sanki buna inana bilmədi. Nədir, yoxsa bu körpə məni bu amansız tülkünün caynağından xilas edə biləcəyini düşünür? Amma bu ümidsizliyə baxmayaraq o da qanad çalıb qaqqıldamağa başldı. Adama elə gəlirdi sanki o gülür.

      Yəqin ki, bu dəqiqə buzun üzərindən soyuq gölə yıxılacaq. Vəhşi qaz düşündü.

      Hava hər nə qədər qaranlıq olsa da oğlan diqqətlə çatları, yarıqları nəzərdən keçirir, addımını hara atacağına fikir verirdi. O çox ehtiyatlı idi. Bunun səbəbi isə o idi ki, hazırda o cırtdanlara məxsus gözəl görmə qabiliyyətinə sahib idi. O zil qaranlıqda belə qarşısındakı hər şeyi aydın seçə bilirdi. O sanki gündüzmüş kimi, həm sahili həm də gölü apaydın görürdü.

      Tülkü Smirre gölün üzərində qaçandan sonra buz qurtardı və o torpağa ayaq basdı. Onun fikri qənimətini yuxarıdakı təpəyə doğru qaldırmaq idi. Bu anda oğlan qışqırdı:

      – O qazı burax get!

      Smirre onu çağıranın kim olduğunu bilmirdi, bunun üçün heç vaxt sərf etməyə də dəyməzdi. Buna görə də o geri çevrilmədi və addımlarını daha da yeyinlətdi.

      Tülkü meşəyə doğru yönəldi, oğlan da onu gözləyə biləcək risk haqqında düşünmədən onun arxasınca qaçdı. Geriyə qayıtmaq nədir, əksinə vəhşi qazlar tərəfindən necə böyük nifrətlə qarşılandığı gəlib keçdi göz önündən, o istəyirdi onlara sübut etsin ki, insan övladı heç də aşağılıq biri deyil, o yaranmışların ən alisidir və yüksək düşüncəyə sahibdir.

      O dəfələrlə həmin itin üstünə qışqırdı ki, qazı atıb getsin. -Sən necə bir itsən ki, bir böyük qazı oğurlayıb gedirsən, buna görə də heç utanmırsan? Onu bu dəqiqə burax. Yoxsa görəcəksən başına nə oyun gətirəcəm. Sənə demirəm burax onu. Yoxsa sənin sahibinə deyəcəm sən necə pis, alçaq hərəkət etmisən.

      Smirre başa düşəndə ki, oğlan onu qorxunc itlə səhv salıb bu onu o qədər əyləndirdi ki, az qala qazı ağzından yerə salacaqdı. Smirre tarlalardakı siçovullarla, xırda gəmiricilərlə qidalanmaqdan xoşlanmırdı. Onlar ona bəs etmirdi. Ona görə də o oğruya çevrilib ətraf evlərdən, fermalardan qazlar, ördəklər oğurlayıb yeyərdi. Yaxşı bilirdi ki, bu ərazidə hamı qorxudan ondan tük salır. Amma uşaq vaxtından bu cür axmaq söz eşitməmişdi.

      Oğlan o qədər sürətli qaçırdı ki, qalın palıd ağacları da sanki onun qarşısından əks istiqamətə doğru qaçırdılar. Və yavaş-yavaş o Smirreni haqlayırdı. Nəhayət o tülküyə o qədər yaxınlaşdı ki, əlini atıb onun quyruğundan tuta bildi. -Indi mən qazı sənin əlindən alacam. O tülkünün quyruğunu bacardığı qədər möhkəm sıxmışdı. Amma nə qədər etsə də Smirreni tutub saxlamağa onun gücü yetmirdi. Tülkü onu özü ilə sürüyüb aparmağa başladı.

      Amma indi Smirre artıq onu izləyən varlığın necə zərərsiz biri olduğunu başa düşmüşdü. O dayandı qazı ağzından yerə saldı, qabaq pəncələrini onun üzərinə qoydu ki, tərpənə bilməsin, uça bilməsin. Elə onun boğazını dişləyib yemək istəyirdi ki, istədi bir az oğlanla məzələnsin.

      – Tez elə də, nə gözləyirsən. Çünki bu dəqiqə dişləyib onu yeyəcəm. Get mənim sahibimə de ki, mən özümü pis aparıram.

      Əlbəttə ki, bayaqdan təqib etdiyi itin belə qaba caynaqlarının və belə xışıltılı, kobud səsinin olması oğlanı təəcübləndirdi. Amma indi artıq tülkü onunla məzələndiyi üçün oğlan çox əsəbləşmişdi, onun üçün artıq qorxu anlayışı yox idi. O tülkünün quyruğundan daha da möhkəm yapışdı, o biri əli ilə isə qarağat kolundan tutdu. Və tülki çənəsini açıb qazı dişləmək istəyən anda bütün qüvvəsi ilə onun quyruğunu dartdı. Smirre elə təcübləndi ki, müqavimət göstərmədi. Belədə oğlan onu bir neçə addım geri çəkə bildi, bundan istifadə edən qaz isə qaçıb canını qurtardı. O qanad çalıb yüksəyə uçmağa cəhd etdi. Qanadlarından biri elə pis zədələnmişdi ki, o demək olar ki, ondan istifadə edə bilmirdi. Bundan əlavə meşənin zil qaranlığında o heç nə görə bilmədiyindən kor kimi idi. Bu səbəbdən o heç bir halda oğlana kömək edə bilməzdi. O birtəhər budaqlardan hündürə sıçrayıb, СКАЧАТЬ