Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof
Чтение книги онлайн.

Читать онлайн книгу Nilsin vəhşi qazlarla səyahəti - Selma Lagerlof страница 11

Название: Nilsin vəhşi qazlarla səyahəti

Автор: Selma Lagerlof

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ vaxtı yox idi, çünki artıq göldən qayıdan ilk qaz budaqların altı ilə asta sürətlə uçurdu. Bugün bəxti heç gətirmirdi, amma Smirre yenə də onun geri qayıtmasına şad idi və o yay kimi gərilib var gücü ilə qazı tutmaq üçün havaya tullandı. Amma tülki vaxtı və istiqaməti düzgün hesablaya bilmədyinindən qazın lap yaxınlığına tullandı, ona toxuna bilmədi. Sonra ikinci qaz gəldi, sonra üçüncü, sonra dördüncü…Beləcə bütün qaz dəstəsi sonda həmin o qoca boz və ağ, parıldayan lələkli qaz olmaqla gəlib onun başının üzərindən uçub keçdilər. onların hər biri həm asta sürətlə həm də alçaqdan uçurdular. Gəlib ona lap yaxınlaşanda isə sanki “ məni tuta bilməzsən”, məni tuta bilməzsən” deyərcəsinə ona çox yaxın uçurdular. Smirre onların arxasınca qaçırdı, bir neçə metr hündürlüyə tullanırdı, amma sona kimi də onlardan heç olmasa birini də tuta bilmədi.

      Bu Smirrenin indiyə kimi yaşadığı ən dəhşətli gün idi. Vəhşi qazlar onun başının üzərindən səyahət etməyə davam edirdilər. Onlar gəlib gedirdilər, bir müddər sonra yenə eyni şey təkrarlanırdı. Bütün günü meşənin başına hərlənən, alman tarlalarında, yaşıl çəmənlərində yeyib yağlanan, kökələn, dadlı vəhşi qazlar. Onlara hətta bir neçə dəfə toxunmuşdu da. Amma heç bir halda öz boş qarnını onların hesabına doyura bilməmişdi.

      Qış hələ yerini yaza tam verməmişdi və Smirrenin yadında yaxınlara kimi gecə-gündüz boş, sərgərdan gəzib-dolaşmağı yadına düşdü, o zaman tülkü boş-boş gəzirdi, qarşısına ovlamaq üçün bir dovşan da çıxmırdı. Siçovullar isə donmuş torpağın altındakı yuvalarında gizlənmişdilər. Toyuqları da fermerlər hinlərə salıb qapılarını bağlamışdılar. Amma qışın aclığı bugünkü səhv hesablamalar qədər çətin gəlmirdi tülküyə. Bu gün onun üçün çox uğursuz keçirdi.

      Smirre heç də cavan tülkü deyildi. Bir neçə dəfə itlər onun dalınca düşmüşdülər, bir neçə dəfə də güllə vıyıltısını düz qulağının dibində hiss eləmişdi. Ovçu tulaları onu təqib edərkən onlardan gizlənib həyəcanla ölümünü gözlədiyi anlar da olmuşdur, öldürülmək təhlükəsi də yaşamışdır bir neçə dəfə. Amma indiyədək yaşadığı heç nə, heç nə bu günkü məyusluqla müqaisə edilə bilinməzdi. Bu gün tülkü hər dəfə vəhşi qazlardan birini buraxanda ölçüyəgəlməz bir məyusluq yaşamışdır.

      Səhər yenidən təqib başlayanda Smirre elə həvəsli görsənirdi ki, qazlar onun bu canfəşanlığını yenidən görəndə təəcübləndilər. Smirre öz yerini biruzə verməyi sevirdi. Onun dərisi parlaq qırmızı rəngdə, sinəsi ağ, burnu qara idi. Özü də şələquyruq idi. Təqibdən sonra tülkünün dərisi rəngini dəyişmişdi, özü qan-tər içində idi. Gözlərinə qaranlıq çökmüşdü. Geniş açılmış ağzından dili eşiyə çıxıb sallanırdı. Ağzından köpük gəlirdi.

      Hətta gunorta vaxtı Smirre elə yorulub əldən düşdü ki, tərpənməyə taqəti qalmadı. Onun gözünə uçan yağlı, dadlı vəhşi qazlardan savayı heç nə görsənmirdi. O yer üzərində gördüyü hər bir kölgəyə hoppanırdı. Hətta bir neçə dəfə yazıq kəpənəklər onun qurbanına çevrildilər.

      Vəhşi qazlar isə ara vermədən elə hey uçuşurdular. Bütün günü Smirrenin əzabı beləcə davam etdi. Onlar Smirrenin bu halına heç acımırdılar. Smirre isə əldən düşmüş, ac-yalavac və məyus halda hələ də hoppanırdı. Onlar yenə yaxından uçur Smirreyə acıq verirdilər, onlar başa düşürdülər də tülkü daha onları görə bilmir, yalnız onların gölgələrinin arxasınca havaya atılır.

      Smirre tamam taqətdən düşüb quru yarpaqların üzərinə zəif və gücsüz halda çökəndə az qala ruhu bədənindən çıxacaqdı. Hə, bax bu zaman qazlar onunla məzələnməyi saxladılar.

      –Hə, cənab Smirre, indi sən bilirsən Kebnekeysdən olan Akkaya yaxın gələnin aqibəti necə olur. Qazlar ona qışqırdılar. Bununla da onlar onu rahat buraxdılar.

      ÜÇÜNCÜ BÖLÜM

      NILSIN FERMAYA MÖHTƏŞƏM SƏYAHƏTI

      Elə bu ərəfədə Skonedə çox söz söhbət yaradan, müzakirələrə səbəb olan, hətta qəzet səhifələrinə belə çıxan hadisələr baş verirdi. Çoxları baş verənlərə inanmaqda çətinlik çəkirdi, çünki bunun uydurma olduğunu sanırdılar, bu axı izahedilməz bir durum idi.

      Hər şey belə idi: Bir dişi dələni Vomb gölünün sahillərində qoz ağacın altında tutdular və onu yaxınlıqdakı fermerin evinə gətirdilər. Bu xəzli quyruğu olan gözəl, balaca heyvanın seyrinə böyüklü-kiçikli ətrafda yaşayan hər kəs yığışmışdı. Dələnin ağıllı seyr edən gözləri, balaca xal-xal ayaqları vardı. İnsanlar bütün yayı onun çevik hərəkətlərinə, məharətlə qoz sındırıb yeməyinə, çıxartdığı müxtəlif oyunlara tamaşa edib əylənirdilər. Onlar çox tez bir zaman dələ üçün qəfəs düzəltdilər, daha doğrusu köhnə qəfəsi təmir edib içərisinə bir yekə yük maşını təkəri qoydular. Bu balaca evin qapısı da pəncərəsi də vardı və dələ oranı həm yataq həm də yemək otağı kimi istifadə etməli idi. Daha sonra isə insanlar dələ üçün ora bir qucaq quru yarpaq atdılar, bir çanaq süd və bir neçə qoz qoydular. Silindirvari təkəri dələ oyuncaq kimi istifadə etməli idi, o ora dırmaşa, təkərin başına dövrə vura və istədiyi oyunları oynaya bilərdi.

      İnsanlar bütün bunları etdikdən sonra dişi dələnin özünü rahat, öz evindəki kimi hiss edəcəyini sansanlar da o heç də halından məmnun görünmürdü. Əvəzində dişi dələ qəfəsində qəmgin və dinməz-söyləməz otururdu. Bu durum isə insanları təəcübləndirirdi. Ara-sıra isə o bağırır, sanki ağrı içində imiş kimi səslər çıxarırdı. O verilən yeməyə toxunmurdu, qoyulan təkərin başına isə bircə dəfə də olsun dövrə vurmamışdı.

      –Ola bilsin qorxur, ona görə özünü belə aparır, fermerler bu durumu izah etdilər. sanah bir az da sakitləşsin, görəcəksiniz, həm yeyəcək, həm də oynamağa başlayacaq.

      Bu ərəfədə fermanın qadın sakinləri isə bayram tədarükü görürdülər, balaca dişi dələnin tutulduğu elə həmin gün onlar bayram piroqunu hazırlamaqla məşğul idilər. nəsə onların bu gün biş-düşdə bəxtləri heç gətirmirdi, ya xəmir gəlmirdi,ya da nəsə çatmırdı. Beləcə onlar gün batandan xeyli keçmişə kimi işləməyə məcbur oldular.

      Təbii olaraq bu gün mətbəxtdə iş başdan aşırdı, get-gəl çox idi, heçkəs başını qaldırıb bir anlıq da olsun dələ haqqında düşünmək hayında deyildi. Amma fermada bir qoca qarı vardı, o piroq bişirmə prosesinə kömək etmək üçün həddən artıq yaşlı idi. Bunu o özü də yaxşı başa düşürdü, amma heç bir halda ümumi kütlədən geri qalmaq istəmirdi. Hamı kimi o da mətbəxtdə olmaq istəyirdi. Həmin gün o özünü çox məyus hiss edirdi, bu səbəbdən də o yatmağa getmədi və qonaq otağında pəncərənin qarşısında oturub həyəti seyr etməyə başladı.

      İçəri çox isti olduğundan onlar mətbəxin qapısını açıq saxlamışdılar. Qapıdan keçən günəş şüaları fermanın həyətini də işıqlandırırdı. СКАЧАТЬ