Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 24

Название: Avropa. Türklər. Böyük Çöl

Автор: Murad Acı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243734 

isbn:

СКАЧАТЬ dağları ilə əlaqələndirirlər. Bu, sual doğurur, ona görə ki əfsanələrdə Hindistanda yaxşı tanınan Himalay haqqında söz deyilmir, uzaq şimalda yerləşən ölkədən bəhs edilir. Altay isə Hindistandan uzaq şimalda yerləşir, o, qədim dövrdən Himalayla yanaşı, Şərqin mədəni mərkəzi olmuşdur. Bundan savayı, Altayda dəmir əridir və ondan xaç düzəldirdilər, Tibetdə isə qara metalişləmənin qədim izlərinə rast gəlinməmişdir.

      15

      Rusiya akademik elmi isə inadkarcasına, tarixdən heç bir yazılı sübut gətirmədən skifləri İran xalqlarına aid edir. Bütün arxeoloji tapıntıların bu fikrin əleyhinə olmasına məhəl qoymadan yalnız Herodota istinad edirlər. Lakin skif abidələrinin öyrənilməsi göstərir ki, “naməlum yazılar” adlandırılan yazıların üstündəki dolaşıq işarələri ornament kimi qəbul etsələr də, o başqa bir şey yox, türklərin run yazılarıdır. Ayrı-ayrı söz və ifadələr çox dəqiq oxunur. Bu (eyni zamanda Herodot tərəfindən təsvir edilən çöl xalqslarının adət və ənənələri) deməyə imkan verir ki, skiflər başqa yazıya və başqa mədəniyyətə malik iranlılar deyil, məhz türklərdir.

      16

      Görünür, burada dəqiqləşdirici izahata ehtiyac var. XII əsrdə sərhəd indiki kimi ciddi xətt təşkil etmirdi. Bu, qonşuların da eyni qədər marağı olduğu, kifayət qədər geniş bir ərazi idi (münasibət, mübadilə və sülh zonası). Moskva, Oka çayları və onlara bitişik sahələr slavyanlar buraya gəlməmişdən əvvəl belə ərazilər idi, ona görə də türk abidələri fin-uqor abidələri ilə qonşuluqda yerləşirdi. Bu, təbiidir; məsələn, Nijni Novqorod əvvəllər türkcə Bulqar adlanırdı və qədimdən öz yarmarkaları ilə məşhur idi. Bulqar yarmarkasına Avropadan, İrandan tacirlər gəlirdilər.

      17

      “Kala” – türk dilində “qala” deməkdir, lakin daşdan hörülən qala yox, torpaq qala

      18

      Qədim slavyan dili – cənubi və şərqi slavyanların dini kitablarının dili

      19

      Origen – Origen Adamant [185 (İsgəndəriyyə)–254 (Tir)] – yunan xristian ilahiyyatçısı, filosofu və alimi

      20

      Qeysəriyyəli Yevsevi – Yevsevi Pamfil [263 (Fələstin)–339 (Qeysəriyyə)] – romalı tarixçi, ilk dövr xristian ilahiyyatçılarından biri; kilsə tarixinin atası sayılır.

      21

      “Skifiya” – yunanlarda: özündə tarixi və ya etnoqrafık cizgidən çox, coğrafi əlamət daşıyan ümumiləşdirilmiş sözdür. Onlar Qara dənizdən şimalda yerləşən ərazini və bu ərazidə məskunlaşan xalqları belə adlandırırdılar. Yunanlar öz “cəhalətləri ucbatından” (N.M.Karamzinin ifadəsi) eyni kökdən olan (!) tayfaları yox, yerdə qalan bütün Avropanın (Qərbi və Şərqi) əhalisini skif və keltlər adlandırırdılar.

      22

      Nestor – XI–XII əsr rus tarixçisi və publisisti. Kiyev-Peçora lavrasının rahibi olduğu güman edilir. Bəzi tədqiqatçıların fikrincə, “Ötən illərin dastanı”nın birinci redaksiyasının müəllifidir.

      23

      Vladimir Vsevolodoviç Monomax (1053–1125) – böyük Kiyev knyazı, sərkərdə, yazıçı

      24

      İqumen – kişi monastırının başçısı

      25

      Xolmqard və Novqorodun eyni şəhər olduğu rus elmi tərəfindən qəbul edilmir. Görünür, onun öz izahı var. Lakin inad edərək heç kəs özünə zəhmət verib demir ki, bəs Xolmqard hara yoxa çıxdı? Yuxarı Dneprin ərazisinin ələ keçirilməsi üçün varyaqlara meydan rolunu oynayan şəhər necə yox oldu? Heç bir şəhərsalma bacarığı olmayan slavyanlar Novqorodu necə tikdilər?

      26

      Rəsmi Rusiya elmi iddia edir ki, məhz bu yetmiş ildə rus xalqı formalaşıb (?!). Qəribədir və ağlasığmazdır.

      27

      Getman – keçmişdə Ukraynada kazak qoşunları başçısı, hakim

      28

      Əlbəttə, cəmiyyəti daxildən parçalanmış Ukraynanın çıxılmaz vəziyyətdə olduğunu göstərən digər tarixi dəlillər də var. Lakin bu, ayrıca bir kitabın mövzusudur.

      29

      Malorossiya – Ukraynanın keçmiş adı

      30

      Velikorossiya – Rusiya

      31

      Xəlvətcə dinlənilən söhbətdən: “Sən bilirsən, moskallar “pıvo” sözünü necə tələffüz edirlər?” ‒ “Necə?” – “Pi-i-vo!” – “Nifrət edirəm”.

      32

      Opriçnina – İvan Qroznının padşahlığı dövründə: dövlətin, bilavasitə padşahın idarəsində olan və güclü mərkəzi hakimiyyət yaratmaq uğrunda mübarizədə onun üçün dayaq təşkil edən hissəsi

      33

      Lakin istisna deyildir ki, şəhərin adı “kıya” və yaxud da “kiya” sözündən götürülmüşdür. Türk dilində, görürsünüz, yenə də türk dilində, bu söz “məhdudlaşdıran”, “sərhəddə yerləşən” mənasını daşıyır. Yəqin ki, bu söz şəhərin dəqiq adını göstərirdi; V əsrdə o, çay üzərində yerləşir, sərhəd və gömrük funksiyasını daşıyırdı. O, türk ölkəsi olan Dəşti Qıpçağın şimal qapısı idi və ölkənin xaqanlığından biri də “kənarda” və ya “kənarında yerləşən” mənasını ifadə edən Ukrayna xaqanlığı idi. Maraqlıdır, “Kiy” toponiminə tez-tez rast gəlinir; məsələn, Xəzər dövləti ilə Böyük Bulqariyanın arasında yerləşən şəhər də belə adlanır, o da sərhəd funksiyasını daşıyır və indi orada Kiyevskaya stanitsası yerləşir. Bəs Ağ dənizdə, Solovets monastırı yaxınlığında yerləşən ad? O da Kiy adlanır. Onun da sərhəd funksiyası vardır. Monastırı, məlumdur ki, türklər tikmişlər.

      34

СКАЧАТЬ