Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 23

Название: Avropa. Türklər. Böyük Çöl

Автор: Murad Acı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243734 

isbn:

СКАЧАТЬ xırdalığına qədər eynidir. Ona görə ki eyni xalqa mənsubdur.

      Radzivil salnaməsindən şəkil. Sülh əlaməti kimi təqdim olunan fincan görürük. Fin-can o zaman da türklərdə «çaron» adlanırdı. Belə fincanlara qədim Altayın qaya rəsmlərində tez-tez rast gəlinir.

      Bu gün kazaklar rus adlandırılır; onlar öz əcdadlarından üz döndərib, lakin bu onların tarixlərini və geyimlərini də “rus” adlandırmağa ixtiyar verirmi?

      Qədim Kiyevin şəkilləri həm də onunla maraqlıdır ki, orada ruslar da təsvir olunub. Bu ən maraqlısıdır! Şəklə əlavə edilmiş adamların paltarı Avropa geyimidir. Onların xarici görünüşü bambaşqadır. Ruslar həyatda bax belə idilər!

      Salnamə səhifələrinə sonradan çəkilmiş adamın əlində təsvir olunmuş şeypur da qıpçaq şeypuru deyil. Qıpçaqlar öz nəfəsli alətlərini əymir, düz hazırlayırdılar. Qıpçaq şeypurundan biri 1153-cü ilin şəklinə düşüb. Həmin qədim şeypurlar indi də Altayda, Xakasiyada, Qırğızıstanda, Karpatda (qutsullarda), bir sözlə, Çöl xalqının nəsilləri qaldığı hər yerdə səslənir.

      Hətta miniatürlədən birində ustalıqla təsvir edilmiş dəfn səhnəsi sual doğurur: doğrudanmı, rus və slavyanlar ölünü tabutda, türbələrdə basdırırdılar? Bunlar ki qıpçaq adətidir. Qəbrin dibinə isə türklərin müqəddəs ağacı olan küknar yarpaqları döşəyirdilər.

      Dəfn adət-ənənələri çox mühafizəkardır, onlar nadir hallarda dəyişir. Nə vaxtsa qıpçaqlar öz həmtayfalarının nəşini qədim Şərq adəti üzrə odda yandırırdılar. Sonra ondan imtina etdilər, taxta türbələr tikməyə başladılar. Çin mənbələrində deyilir ki, Avropa ərazisində ilk dəfə tabutdan xəzərlər istifadə etməyə başlayıblar. Lakin köhnə adəti saxlamaq xatirinə onlar qəbrə, tabutun altına kül və ya ağ əhəng tökürdülər…

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      * Müəllif burada F.İ.Tyutçevin “Умом Россию не понять…” (Ağılla Rusiyanı anlamaq olmaz) misrasından söz oyunu kimi istifadə edir (red.).

      2

      Maykov – Apollon Nikolayeviç Maykov (1821–1897) – rus şairi, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü

      3

      Səhifələrin yuxarı hissələrində verilən portretlərin altındakı yazılarda N.A.Baskakovun “Türk mənşəli rus soyadları” əsərindən (M., 1993.) sitat gətirilir.

      4

      Əhməd ibn Fədlan – X əsrin birinci yarısında yaşamış ərəb səyyahı və yazıçısı. 921–923-cü illərdə xəlifə əl-Müqtədir (908–932) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdaddan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək məsafə qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. Bu qeydlərdə səfirin Volqa – Xəzər və Şimal xalqları ilə bağlı xeyli məlumatına rast gəlmək olar. Əhməd ibn Fədlan 922-ci ildə Vоlqanın sоl sahilində yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də, Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir.

      5

      Bu, Kiçik Asiyanın və Konstantinopolun qaytarılmasını istəyən yunanların böyük ustalıqla Rusiyanı Türkiyə ilə münasibətləri gərginləşdirməyə sövq etdiyi və rus-türk müharibəsinin qızğın dövrü idi. Rusların əli ilə onlar türklərə qarşı vuruşurdular. Bu, yunanların parlaq qələbəsi, Rusiyanın isə tam məğlubiyyəti idi.

      6

      494-cü il I Roma Məclisindən başlayaraq Qərb kilsəsi türklərə qarşı gizli müharibə aparmağa başladı. İdeoloji təcavüz VII əsrdə papa Böyük Qriqorinin dövründə formalaşdı və papanın proqramına daxil edildi və sonrakı üç əsr ərzində həyata keçirildi. Orta əsrlərdə, yəni inkvizisiya zamanı onda keyfiyyət dəyişikliyi baş verdi, bu vaxt türk mədəniyyəti izlərinin kütləvi surətdə məhv edılməsi başa çatdı: kitablar yandırıldı, məbədlər məhv edildi, kütləvi qırğınlar baş verdi. Rusiyada bu dövr Romanovlar sülaləsi ilə bağlıdır.

      7

      İndikindən fərqli olaraq babalarımız “Altay” deyəndə başqa ərazini nəzərdə tuturdular. Bu, demək olar ki, şərqdə Baykal və Baykalın arxa tərəfi, qərbdə Pamirə qədər ərazidir. Öz kitabımda mən bunu qədim Altay adlandıracağam.

      8

      Məhz türk arxeologiyasının! Baxmayaraq ki tapdıqlarının müəyyən hissəsini irandilli skiflərə aid edib, bu heç nəyi dəyişmir. Tədqiqatçının taktikasını başa düşmək olar. Pantürkizmlə mübarizə dövründə Altayda tədqiqatı davam etdirmək üçün alimin başqa yolu yox idi.s

      9

      Kürə – dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı

      10

      Çesuça – kətan kimi toxunan sıx ipək parça

      11

      Armyak – СКАЧАТЬ