Название: Avropa. Türklər. Böyük Çöl
Автор: Murad Acı
Издательство: Altun Kitab
isbn: 9789952243734
isbn:
1120-ci il. Torklar[38] və berendeylər[39] Rusa hücum çəkirlər və qaçırlar. Ənənəvi şəklə qorxmuş meymun əlavə edilib.
1127-ci il. Mstislav Polotska qoşun yollayır. Onun oğlu İzyaslav knyaz Bryaçislavı əsir götürür. Qədim miniatürə siçan tutan pişik şəkli əlavə olunub…
Radzivil salnaməsinin səhifələrinə əlavə çəkilmiş şəkillər
“Rus” salnaməsi bax budur, o, düz hədəfə vururdu. Şəkillər ictimai rəyə təsir göstərirdi: adamlar savadsız idilər, ya da türkcə oxuya bilmirdilər; onlar mətnə yox, şəkillərə reaksiya verirdilər. Qorxaq meymunla siçan tutmuş pişik, əlbəttə ki, tarixi həqiqətlər baxımından salnaməni irəli aparmadı, lakin aydın və cəsarətli rəmzlər öz işini görürdü.
Mstislavın ölümündən sonra salnaməçilikdə Ezop dilindən[40] imtina etdilər, amma qıpçaq kitab ənənəsindən yox[41]; məsələn, şəhərciyi yenə də qüllə şəklində təsvir edirdilər, ancaq onu hansısa rəmz, şəhərin gələcək gerbi fərqləndirirdi. Döyüşçüləri yenə də əllərində əyri Şərq qılıncları olan süvari kimi təsvir edirdilər, lakin onların yanında əllərində uzunsaplı baltalarla silahlanmış piyadalar da olurdu.
Sonra isə salnamənin səhifələrində heyvanların yerinə insanlar göründü. Çox ifadəli adamcıqlar. Onlar sanki sirli surətdə susur, elə bil sezilmirlər, amma hadisələrin iştirakçısıdırlar. Rusda baş verən hadisələrin gözəgörünməz ilham verənləri, siyasi teatrın pərdələri arxasında gizlənən rejissorları, ideoloqları olan ruslar belədirlər, həm də hər yerdə belədirlər. Onlar özgə xalqın içində müstəmləkə hakimləridir: sanki həmin xalqın yanındadırlar, amma onunla bir yerdə deyillər.
Radzivil salnaməsindəki şəkillərin çoxlu sirləri var. Bəzən məlum olmur kim kimdir. Rəssamı sanki rus və qıpçaq döyüşçülərinin xarici görünüşlərindəki fərqlər, öz şəkillərinin bəzi detalları maraqlandırmayıb. Döyüşçülər, heç olmasa, rənginə, geyiminə görə bir-birindən fərqlənməlidirlər, axı düşməndirlər, müxtəlif mədəniyyətin nümayəndələridirlər. Lakin bu yoxdur! Hamısı oxşardır. Uyğunsuzluqdur? Deyəsən, elədir. Lakin… türk kurqanlarındakı qazıntılar türkün xarici görünüşü, onun silahı, atının yüyəni haqqında təsəvvürün yaranması üçün kifayət qədər arxeoloji material verir. Çöldə yaşayan döyüşçünün xarıci görünüşü haqqında məlumat hələ salnamə səhifələrində görünməmişdən xeyli əvvəl bəlli idi. Rus döyüşçüsünün obrazı da arxeoloqlara məlumdur. Onları hər kəs müqayisə edə, düzgün nəticəni isə hətta uşaq da çıxara bilər.
Qədim Rusiyada yaşamış çöl xalqları üzrə tanınmış mütəxəssis olan professor S.A.Pletnyova qeyd edir: “Kişi qəbirlərinin əksəriyyətində ölü ilə qəbrə atını (yüyənlə birlikdə) və silahını da qoyurdular. Adətən, bu əşyaların ancaq metal hissəsi bizə gəlib çatır: dəmir dəhnə, metal üzəngi, qarınaltı toqqanın dəmir hissəsi, dəmir ox ucluqları, qılınc tiyələri. Bundan başqa, demək olar ki, hər qəbirdə biz kiçik bıçaqlara və çaxmaqdaşına rast gəlirik. Bütün adıçəkilən əşyalar ölçü və formalarına görə inanılmaz dərəcədə oxşardır. Bu oxşarlıqlar Uraldan Avropa düzənliklərinə qədər bütün köçərilərə xas idi. Belə əşyaların formalarında dəyişikliklər eyni vaxtda baş verirdi. Bütün bunlar nəticə çıxarmağa imkan verir ki, poloveslərin əksər qış çadır şəhərciklərində (digər çöl sakinləri kimi) özlərinin ənənəvi çöl üsulları və meyarları olan dəmirçi istehsalı geniş yayılmışdı”.
Həqiqətən də, çöl sakinlərinin öz xarici görünüşləri, “ənənəvi çöl üsulları və meyarları ilə” öz məişətləri var idi. Bu nəticələr Pletnyova tərəfindən çox dəqiq arqumentlərlə izah edilib, onunla mübahisə etmək mümkün deyil. Böyük Çöldə, həqiqətən, bütün digər mədəniyyətlərdən fərqli olan, özünəməxsus mədəniyyət hökm sürürdü.
Əlbəttə, digər rus alimləri də bu mədəniyyətin cizgilərini göstərmişlər; məsələn, professor S.İ.Rudenko Altayın bir sıra kurqanlarını əla araşdırmış, bəzi tapıntılarda çoxluq təşkil edən ornamentlər haqqında əsl elmi poema yazmışdır.
Radzivil salnaməsindən şəkil. Maraqlıdır, həm ruslar, həm də qıpçaqlar eyni cür təsvir edilmişlər. Fərq yalnız ondadır ki, qıpçaqların bayrağına xaç çəkilmişdir.
İşgüzar türklər, demə, öz qılınclarını, nizələrini, dəbilqələrini, zirehlərini, at yüyənlərini elə-belə bəzəmirmişlər. Ornament əşyanın bu və ya digər nəslin üzvü olan sahibinə məxsusluğu haqqında, bir növ, damğa idi. Bununla nəslin vahidliyi qeyd edilirdi. Türklərdə hətta ornamentlər belə standartlaşdırılırdı. Ona görə ki ornamentlər məlumat daşıyıcıları idi!
Həddindən artıq diqqətli müşahidəçi olan çuvaş alimi A.A.Trofimov bu məlumatı xüsusi tərzdə və bacarıqla oxuyub izah etmişdir. O müəyyənləşdirmişdir ki, ornamentlərdə babalarımız, əsasən, sözləri və kəlmələri şifrləyirmişlər. Rəssamın ustalığı ona imkan verirdi ki, run yazılarına təmtəraqlı şəkil versin. Ukraynalıların, kazakların, çuvaşların tikmələrini tədqiq edən Trofimov gözlənilməz nəticəyə gəldi ki, ornamentlər hələ qədim dövrdə şəxsin vizit kartı rolunu oynayırdı. Bu naxışlar təkcə gözəllikləri ilə fərqlənmirdi, onlarda yalnız özününkülərə tanış olan gözəllik, yəni gizli yazı var idi!
XIX əsrə qədər çuvaş qadınlarının oxumağı və tikməyi bacardıqları «run» naxışlı tikmələr. Bu sənət qıpçaqların yayıldlğı yerlərdə – Ukraynada, Bolqarıstanda və digər yerlərdə hələ də qalır.
Bax budur türk ornamentinin əsas vəzifəsi: o özündə “özününkünü” “yad”dan fərqləndirə bilmək üçün işarələr daşıyır.
Türk mədəniyyəti haqqında yerli-yataqlı məlumat əldə etdikdən sonra görmək olur ki, Kiyev salnamələri miniatürlərində türklər daha çox təsvir ediliblər. Slavyan və ruslar orada, demək olar, yoxdurlar. Onları çox asan fərqləndirmək olar. Pletnyova, Rudenko və digər alimlər, düzü, türkləri türk adlandırmasalar da, sübut etdilər ki, ruslarda silah, geyim, ümumiyyətlə, hər şey başqa cür idi!
Arxeoloqlar slavyanların yaşadıqları məskənlərdə türklərdə olduğu kimi dəmirçilik sənəti mərkəzlərinə rast gəlmədilər. Hərçənd akademik Rıbakov öz kitablarında rus ustasının düzəltdiyi qılınc haqqında fəxrlə danışırdı. O guya Svyatoslava məxsus idi. Düzdür, onun üzərində bir tanış detal var: qılıncın tiyəsi üzərində СКАЧАТЬ
38
39
40
41
Əsassız danışmayaq deyə xatırladaq ki, “kniqa” (yəni kitab) sözü türk sözüdür, qıpçaqlara çinlilərdən keçmişdir, hərfi mənası “kağız bükülüsü” və ya “əlyazmada” deməkdir.