Yalama. Ариф Алиев
Чтение книги онлайн.

Читать онлайн книгу Yalama - Ариф Алиев страница 6

Название: Yalama

Автор: Ариф Алиев

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243086 

isbn:

СКАЧАТЬ çıxarmışdılar. Podpolkovnik Qasımbəyovun rəhbərliyi altında vuruşan Gəncə piyada alayının taboru Goranboyda Yenikəndi, Qaraçinarı, Xarxapurtu götürmüşdü. Cəbrayılda polkovnik şahzadə Xosrov Mirzə Qacarın bölükləri Ermənistandan gələn qüvvələrin qarşısını kəsmişdi. Bizsə Ağdamda ilişib qalmışdıq. Əslində, Əsgəranın üstünə yeriməməyimizin yağışdan da ciddi səbəbi var idi: əlavə qüvvələrin yetişməsini gözləyirdik. Əsgəran qalası ermənilər üçün o dərəcədə böyük əhəmiyyət kəsb edirdi ki, oranı dörd min nəfərlik dəstə qoruyurdu. Dəstəyə təcrübəli və inadkar komandir, Dilican ermənisi Dəli Qazar başçılıq edirdi. Bu qala onlara da, bizə də hava-su kimi lazım idi. Onsuz Dağlıq Qarabağa əlimiz çatmırdı, Şuşa, Xankəndiqarışıq bir çox şəhərlərimizin-kəndlərimizin taleyi tükdən asılı idi, çoxundan heç xəbər tuta bilmirdik. Bu yerlərdə böyük nüfuzu olan Salah bəyin topladığı Ağdam partizanları Əsgəran yolunu açmağa bir neçə dəfə cəhd göstərmişdilər, gücləri çatmamışdı.

      Amma yağışa baxmayaraq biz də kazarmalarda oturmamışdıq. Əsgəran yolunun kəşfiyyatını aparırdıq. Dəqiqləşdirmişdik ki, qalanın ətrafında bütün yüksəklikləri ermənilər ələ keçiriblər, bir neçə yerdə pulemyotlar qoyublar, ancaq topları yoxdur. Dəli Qazar Əsgəranın qarşısında, Daşbaşıdan tutmuş Naxçıvanikə qədər 14-15 verstlik bir məsafədə güclü müdafiə xətti qurmuşdu. Səlimov hərbi nazirdən xahiş etmişdi ki, orduda olan zirehli avtomobillərdən birini təcili Ağdama göndərsin. Top təhlükəsi olmadığı şəraitdə zirehli avtomobil çox karımıza gələrdi. Doktor Mirhaşımov 50 çarpayılıq xəstəxana, evakuasiya məntəqəsi yaradırdı, həkim, şəfqət bacıları axtarırdı, dərman, sarğı materialları toplayırdı. Bu gün yeməkxanada doktor sevincdən gözləri yaşarmış halda dedi ki, Gəncədə müsəlman gimnaziyasının 8-ci sinif şagirdləri sanitar dəstəsi təşkil ediblər, Ağdama yola düşməyə hazırlaşırlar.

      Axşama daha bir xoş xəbər aldıq. Xankəndi qarnizonunun korneti cəbhə xəttini gizlin keçib Şuşadan, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovdan məktub gətirmişdi. Məktubda nə yazıldığını bilmirdim, amma əsas o idi ki, Şuşada sakitlik hökm sürürdü. Deməli, Zəngəzur tərəfdən gələn erməni qoşunu hərbçilərimizin və partizanlarımızın müqavimətini qırıb Qarabağ üsyançıları ilə birləşə bilməmişdi. Yoxsa, ilk növbədə, Şuşanı hədəf götürərdilər.

      Kiçik zabitlər qərargah yerləşən binanın qabağında talvarın altına yığışıb Səlimovun yanında olan kornetin çıxmasını gözləyirdilər. Yağış artıq kəsmişdi, damların, ağacların suyu süzülürdü. Havaya hopmuş nəmişlik adamın sümüklərini gizildədirdi. Solomon əllərini əllərinə sürtdü:

      – İndi bir çəllək «Xvankara» içərdim. Elə bil qarnında ocaq qalayırlar, səni içəridən qızdırmağa başlayır…

      Hamı udqundu, amma heç kim cavab vermədi.

      Nəhayət, binadan ortaboylu, arıq bir kornet çıxdı və bizim əhatəmizə düşüb sual dolu baxışlarımızla üzləşəndə inildədi:

      – A kişilər, insafınız olsun, əvvəl, heç olmasa, bir stəkan çay verin…

      Biz onu az qala qucağımızda yeməkxanaya apardıq.

      Həmin axşam kornet çox maraqlı şeylər danışdı. Ən yaddaqalanı isə Xankəndi uğrunda döyüş oldu, çünki özü bu döyüşdə iştirak etmişdi.

      – Bayram günü alçalı qovurmaynan plovdan, şəkərbura-paxlavadan yeyib, kəlləni atıb yatmışdıq. Gecənin bir vaxtı səsə oyandım. Əvvəl elə bildim, vəziyyət xarabdır. Mənim beləliyimə baxmayın, yemək gələndə masadan qoparmaq olmur, sonra əziyyətini çəkirəm. Gördüm, yox, kişnəyən qarnım deyil, bayırda atlardır. Amma yuxum qaçmışdı. Durub həyətə çıxmaq istədim ki, bir az gəzişim, yüngülləşim. Bu vaxt uzaqdan atışma səsləri eşidildi. Həyəcan siqnalı verildi. Ermənilər toplarımız yerləşən məntəqəyə gözlənilmədən hücum etmişdilər. Gözlənilmədən deyirəm, çünki bir neçə saat əvvəl bizimlə bir yerdə Novruzu bayram edirdilər. Hətta keşiş şəhərin hörmətli ermənilərini başına yığıb qarnizon rəisi Əmənulla xan Qacarı təbrikə gəlmişdi. Nə isə… Düşmənə ələ keçirdiyi mövqedə möhkəmlənməyə, topların ağzını kazarmalara tərəf çevirməyə imkan vermək olmazdı. Süvarilərimiz bir həmlə ilə mövqeni geri aldılar. Ermənilər topçularımızı qırmışdılar, amma biz də orada qala bilməzdik. Bir tərəfdən qaranlıq, o biri tərəfdən qatı duman ermənilərin manevrlərini görməyə imkan vermirdi. Topların açarlarını çıxarıb özümüzlə götürdük və kazarmalara doğru çəkildik. General-mayor Qacarın əmri ilə piyadaların cinahlarında müdafiə mövqeyi tutduq. Yarım saat keçməmiş ermənilərin dörd tərəfdən güclü hücumu başladı. Düşmən sayca çox idi, bizi sıxışdırırdı. Yavaş-yavaş səhər açılır, duman çəkilirdi, amma qarışıqlıq yaranmışdı və bu qarışıqlıqda ermənilərin harada, bizimkilərin harada olduğunu dəqiq müəyyənləşdirmək çətindi, bəzən özün-özününkülərin atəşi altına düşürdün. Patronu qurtaranlar süngülərini taxırdılar, çox yerdə əlbəyaxa döyüş gedirdi. Belə şəraitdə süvarilər üstünlük əldə edirlər. Erməni atlıları isə bizdən az deyildilər. Bu vaxt erməni əsgərlərinin ön dəstəsinin yaxınlıqdakı kazarmaya soxulduqlarını və oradan darta-darta üç silahsız əsgərimizi çıxardıqlarını gördüm. Onları divara dirədilər. Erməni komandiri atdan endi və qılıncını çəkib irəli yeridi, ona nəsə deyən, görünür, mane olmaq istəyənlərə əhəmiyyət vermədi. Qan beynimə sıçradı. Nə olacağını fikirləşmədən atın başını çəkdim. Zabit üçüncü əsgərimizi də çapmağa imkan tapmamış qılıncı onun təpəsinə endirdim və çaparaq yanından keçdim. Arxadan ermənicə «Aleksan spanum», «komandir spanum» qışqırıqlarını eşitdim.

      – «Spanum» nədir? – deyə içərişəhərli Cəbrayıl bəy soruşdu. Kornetin əvəzinə Cavaxetiyada böyümüş Parmen cavab verdi:

      – «Spanum» – öldürüldü, cəhənnəmə göndərildi! Yəni moklulia[8]!

      Kornet təəccüblə gürcü zabitinə baxdı, təsdiq əlaməti olaraq başını tərpədib sözünə davam etdi:

      – Bəxtimdən dalımca atılan güllələr məni tutmadı, vıyıltı ilə yanımdan, başımın üstündən keçdi. Vəfalı atım məni bu qovğadan da çıxardı, ancaq özünü yaraladılar. Ermənilərin arasına çaxnaşma düşdü. Onlar Aleksanın meyitini atına çullayıb ruhlanmış döyüşçülərimizin həmlələri qarşısında geri çəkilməyə başladılar. Gecə 2-də başlayan döyüş səhər 6-da bitdi. Ətraf tam işıqlaşanda dəhşətli mənzərənin şahidi olduq. Xankəndi qarnizonundan yarısı qalmışdı. Ermənilərin itkiləri xeyli artıq idi.

      – İndi Xankəndi bizdədir? Burda müxtəlif şayiələr gəzir… – kornet sözünü bitirən kimi mən hamımızı maraqlandıran sualı verdim. Hər deyilənə inanmasaq da, iki gündə camaatdan eşitdiyimiz ziddiyyətli xəbərlər ürəyimizə şübhə xalı salmışdı.

      – Bizdə СКАЧАТЬ



<p>8</p>

Cürcücə: «Öldürüldü».