Yalama. Ариф Алиев
Чтение книги онлайн.

Читать онлайн книгу Yalama - Ариф Алиев страница 5

Название: Yalama

Автор: Ариф Алиев

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243086 

isbn:

СКАЧАТЬ xüsusi hərbi dəstə göndərməyi qərara alıb. Dəstəyə 5-ci Bakı alayının, 1-ci Tatar süvari alayının, 2-ci artilleriya briqadasının, yüngül artilleriya divizionunun hissələri, 4-cü Quba alayının bir bölüyü, parlament mühafizəçilərinin iki eskadronu daxildir. Gəncədən və Ağdamdan bizə əlavə qüvvələr qoşulacaq. Saat 10-da kazarmalardan çıxırıq, 11-də dəmir yolu ilə Yevlaxa yollanırıq. O vaxta qədər bütün silahlar vaqonlara yüklənməlidir. Bütün komandirlər, təsərrüfat hissə müdirləri tapşırığın maksimum dəqiqliklə yerinə yetirilməsini təmin etməlidirlər. Lazımi təlimatlar ümumi qərargahdan birbaşa hərbi hissələrə göndəriləcək…

      Səhər saat 11-də biz tam hazır vəziyyətdə Bakı vağzalından Qarabağa yola düşdük. Axşama Yevlax stansiyasına çatdıq, oradan Ağdama üz tutduq. Təxminən 90 kilometrlik yolu iki günə keçdik. Elə həmin gün, martın 26-da general Səlimovun qərargahı da Ağdama yetişdi.

      II. Əsgəran keçidi

      «Daxili işlər naziri M.Vəkilova.

      …Qoşunun ləng irəliləməsindən narahatıq, bu, Xankəndi və Şuşa üçün faciə ilə nəticələnə bilər… Zəngəzur və Qarabağ erməniləri artıq birləşiblər. Bircə gün gecikən kömək artıq kömək olmayacaq…

Qarabağın general-qubernatoruX.Sultanov,parlament üzvü Q.Əliverdiyev.31 mart 1920-ci il».

      Qarabağın yazı başqa aləmdir! Mən bu yerlərdə ancaq bir dəfə, ötən il payızın axırı – bu qışın əvvəlində olmuşdum. Onda da ermənilər Zəngəzurda qiyam qaldırmışdılar. Soyuqdan ayaqlarını hiss etməyəndə, barmağın tətiyə yapışıb qopmayanda gözəllik gözünə görsənmir. Amma indi hər addımda təbiət adamın üzünə gülür. Dağlar qarnını günə verir, keçəl ormanların başına tük gəlir, torpaq kürədən çıxmış əppək kimi buğlanır, sən də kürəyini xan çinara söykəyib gələcək günlər haqqında düşüncələrin canına gətirdiyi istilikdən ləzzət alırsan. Hətta havadakı barıt qoxusu, ara-sıra uzaqdan eşidilən top səsləri də fantaziyalarını zəhərləyə bilmir. Bizim, Quba tərəfin dağları, düzənləri də, sözsüz, gözəldir. Amma buranın təbiətində bir yumşaqlıq, genişlik, şirinlik, romantika var. Yüksəkliklər sərt, zirvələr bizdəki qədər sivri deyil, qadın dizi kimi yupyumrudur. Deyəsən, fərqi tapmışam! Bizim dağlarımız – bəydirlər, Qarabağın dağları – gəlin. Qarabağ – Azərbaycanın gəlinidir! Hansı qeyrətli kişi gəlinini yada verər?

      Bu yerlərin insanları da xaraktercə biz tərəflərdəkilərə nisbətən daha həlimdirlər. Neçə illərdir qanın-qadanın içərisindədirlər, hərəsinin min dərdi var, amma yenə göz-gözə sataşanda gülümsəyirlər. Həm də bizimkilərdən varlı yaşayırlar. Müharibə olmasa, lap yaxşı dolanarlar. Özüm şahidiyəm.

      Qarabağa, oradan Zəngəzura keçən səfərimizdə mənim xidmət etdiyim bölmə 4-cü Quba alayından 1-ci Cavanşir alayının, bir növ, müvəqqəti tabeliyinə verilmişdi. Quba alayı Dığ əməliyyatına cəlb olunmamışdı, Cavanşir alayını isə ciddi döyüşlərdən əvvəl təcili komplektləşdirmək lazım idi. Biz Gorus istiqamətində, Keçəldağ ətrafında vuruşurduq. Döyüşlər səngiyəndən, hərbi əməliyyatların dayandırılması haqqında Tiflis razılaşması[6] imzalanandan sonra əsas qüvvələr Zəngəzurdan çıxarıldı. Bizim hissəni isə dərhal Qubaya qaytarmadılar, əmin-amanlığa nəzarət etmək üçün yenə də müvəqqəti Qaryaginə[7] göndərdilər.

      Ağdamdan Qaryaginə 60 verstlik yol qıvrıla-qıvrıla ermənilər yaşayan kəndlərin arasından keçirdi. Yalnız bu yaxınlarda – müsəlmanlarla düşmənçilik aparan ermənilər Azərbaycan hökumətinə tabe etdirildikdən sonra onu işə salmaq mümkün olmuşdu.

      Dəstənin Qaryaginə gəlişi bütün Cəbrayıl qəzasının camaatı üçün toy-bayram idi. Əhali hökumətin və ordunun ona yiyə durduğunu, xalqın dinc həyatının keşiyində dayandığını görüb sevinirdi. Adamlar taxıl kisələri, qovurma küpləri, motal torbalar yüklənmiş arabalarla qarşımıza çıxır, ayaqlarımızın altında qoyun kəsirdilər. Əsgərlərin şux görkəmlərinə, nizamlı sıra ilə addımlamasına baxan yerli partizanlar onları da orduya yazmağı xahiş edirdilər. Gəlişimizdən xəbər tutmuş Hadrut erməniləri əl-ayağa düşmüşdülər, hətta hamımızı bir yerdə qonaq çağırmışdılar.

      Hadrut çar vaxtı rusların sərhəd briqadasının dayanacaq yeri olmuşdu. Rus sərhədçiləri buraları tərk edəndə silah-sursatlarını, bütün avadanlıqlarını ermənilərə qoyub getmişdilər. Hadrutdakı iri, rahat kazarmalar kimi kazarmaları heç Ağdamda da görməzdin. Şəhərin bir üstünlüyü də var ki, çox zəngin diyarda yerləşir. Bu diyar – Qarabağın çörək anbarıdır: nəinki vadilər, dağların döşü belə zəmilərdir, mal-qaranın sayı-hesabı bilinmir. Sonuncu payız isə xüsusilə bərəkətli olmuşdu, həm də nisbətən sakit keçmişdi, əhali bol məhsul götürmüşdü. Ancaq gündüzlər tarlaya çıxmaq təhlükəli olduğu üçün adamlar çox vaxt əkin-biçinə gecələr getməyə məcbur olurdular. Ağsaqqalların dediyinə görə, yerli ermənilərdən müsəlmanlara elə də böyük xətər dəyməzdi, əsas nifaq salanlar Ermənistandan gəlib dağ kəndlərində ara qarışdıran emissarlar idi. Bəziləri də özünü «general» adlandırırdı. Bu payız erməni «general» larının başı Zəngəzura qarışmışdı. İlk növbədə, oranı müsəlmanlardan təmizləməyə çalışırdılar. Nəticədə Cəbrayıl qəzasında gərginlik xeyli azalmışdı. Di gəl Qaryagindən tutmuş Arazqırağına qədər müsəlman kəndləri Zəngəzurdan axışan türk və kürd qaçqınları ilə dolmuşdu.

      Kürd qaçqınlarının vəziyyəti xüsusilə ağır idi. Andranikin qoşunları Zəngəzurun mərkəzi şəhəri sayılan Gorusun üst tərəfindəki kürd kəndlərinə divan tutmuşdu. Yaba və dəyənəklərlə müdafiə olunan kəndlilər nə qədər bərk dayansalar da, təpədən-dırnağa silahlı düşmənin qabağında tab gətirə bilməmişdilər. Andranik camaatı çapıb-talamışdı, evlərə od vurmuşdu, qırdığını qırmışdı, sağ qalanlar qaçıb dağ yolları ilə Cəbrayıla pənah gətirmişdilər, oradan ətrafa yayılmışdılar. Yerli əhali qaçqınlara pal-paltar verir, onları evlərinə aparır, yemək-içməklə təmin edirdi. Hökumət bacardığı yardımı göstərirdi. Amma kürd kişiləri ərzaq yox, intiqam almağa silah istəyirdilər. Hətta bir neçə gənc orduya yazılmaq üçün bizim hərbi hissəyə gəlib çıxmışdı. Həmin gün mən hissədə növbətçi zabit idim. Gənclərin halına nə qədər yansam, onları çox yaxşı başa düşsəm də, özüm səfərbərlik məsələsini həll edə bilməzdim. Ona görə dedim ki, belə işlərə biz baxmırıq, eşitdiyimə görə, Ağdamda kürd batalyonları yaradılır, ora gedib qərargaha müraciət etməlidirlər.

      Sonra elə oldu ki, özümüz Qaryagində və Cəbrayılda kiçik dəstələr saxlayıb Ağdama qayıtmaq əmri aldıq. Səfərbərlik üçün müraciət edən kürdlər bizə qoşuldular. Aralarında 19-20 yaşlarında bir qız da var idi. Çox gözəl və qəmgin gözləri olan bu qızın ikigünlük yolda heç kim səsini СКАЧАТЬ



<p>6</p>

Azərbaycan və Ermənistan hökumətləri arasında bu razılaşma 1919-cu il noyabrın 23-də Tiflisdə imzalanıb.

<p>7</p>

Füzuli şəhərinin keçmiş adı