Yalama. Ариф Алиев
Чтение книги онлайн.

Читать онлайн книгу Yalama - Ариф Алиев страница 3

Название: Yalama

Автор: Ариф Алиев

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243086 

isbn:

СКАЧАТЬ görək, gedək, bayramı bir yerdə keçirək, gedək, parada da baxaq…» Axır, saqqızımı oğurladı, boğçamı yığdım…

      Anam belədir: dilinə gətirməz ki, özünün də ürəyindən olub.

      – …Dayın axşam vağzaldan yola saldı. Dedi, Səftərə zəng vurub tapşıracam, qarşılasın. Arvadın and-aman elədi ki, bircə Ağaəli bilməsin, sürprizdi-nədi, ondan hazırlamışam. Bütün gecəni qatarın taqqa-tukundan yata bilmədim. Səhər tezdən də Səftər bizi vağzaldan götürüb evə gətirdi… Nə idi o sürpriz, a qızım?

      Nərgiz başını aşağı salıb kəlağayısının saçaqlarını didişdirdi. Mən masanın altından onun ayağını basdım və mövzunu dəyişdim:

      – Dayım necədir? Mənə sözü-zadı olmadı?

      – Yox, dedi, arada özümüz telefonla danışırıq. Dayın, maşallah, yaxşıdır. Yaşı 55-i ötüb, ancaq çox qıvraqdır. O yazığın da arvadı ağır xəstədir, illərdir, müalicəyə aparıb-gətirir, xeyri yoxdur. Özü də gəlmək istəyirdi, mən gəldim deyə qalası oldu. Eşidirsən məni, a bala? Elə bil fikrin başqa yerdədir?

      Yenə söhbəti çevirdim:

      – Səftər müəllimgil hanı?

      – Uşaqları da götürüb məktəbə gediblər. Novruz bayramı keçirirlər. Gələrlər indilərdə. Sənin fikrin hardadır, ay oğul?

      Anam gəlininə baxdı (Nərgiz qızarıb üzünü çevirdi) və ayağa qalxdı:

      – Yaxşı, mən bir az yatım. Qatarın səsi başıma düşüb, beynim küyüldəyir. Səni görməmiş gözümə yuxu getmədi. Sizsə, istəyirsiniz, gedin, gəzin. Əsl yaz havasıdır. Arvadına bu saat təmiz havada çox olmaq lazımdır.

      Biz səssizcə evdən çıxdıq və yolu keçdik. Bayaqdan tək qalmaq istəyirdik, indisə sanki danışmağa söz tapmırdıq. Mehmanxanalarla, çayxana və restoranlarla əhatələnmiş Quru bağda[5] həyat qaynayırdı. Paradın əhvali-ruhiyyəsi hələ duyulurdu, hərbi geyimdə olduğum üçün qarşıma çıxanlardan çoxu məni salamlayırdı. Bundan açıq-aşkar qürur duyan Nərgiz qoluma sığındı:

      – Təsəvvür edirəm, hamilə qadınla yol gedən zabit kənardan necə qəribə görsənir.

      – Nə demək istəyirsən?

      – Demək istəyirəm, yəqin, planlarını pozmuşam ki, belə qaşqabaqlısan. Mən gəlməsəydim, sən də onlar kimi indi birini tapıb kefdə idin.

      Nisbətən xəlvət yerdəki skamyada iki zabit iki sarışın qızla şirin-şirin söhbət edirdi.

      – Buna deyərlər ki, qara məni basınca, mən qaranı basım. O nə hoqqa idi?

      – Əslində, başqa şey qışqıracaqdım, Ağam, dilimdən bu çıxdı.

      Təklikdə Nərgiz mənə «Ağam» deyirdi. Bir dəfə anam eşitmişdi, adımı qısaltması acığına gəlmişdi.

      – Nə qışqıracaqdın?

      – Gələn paradda bilərsən.

      Hirslə qolumu Nərgizin əlindən çəkdim:

      – Bu vəziyyətdə yola çıxırsan, məsləhətləşmirsən də!

      Nərgiz təzədən qoluma girdi.

      – Niyə məsləhətləşmirəm? Məsələn, mən faytonla gəlməyin tərəfdarı idim. Bilirəm ki, anan qatarın nə səsini, nə iyini götürür. Özü razı olmadı, dedi, bu boyda yolu sənə silkələnmək olmaz, mən də qulaq asdım. Narahat olma, özümü quş kimi hiss edirəm. Səni görmək üçün lap qaça-qaça da gələrdim, Ağam.

      – Bəs o?

      – O da mənimlə qaçacaqdı.

      Səsimi azca qaldırdım:

      – Hər şeyi zarafata salma! İki ildir, uşaq həsrətindəyik.

      – Yavaş, eşidir. Böyüyəndə anasının üstünə qışqırdığın üçün səndən heyfini çıxacaq.

      – Qələt eləyəcək, dartıb qulaqlarını uzadaram, – dedim. Papağının altından uzun qulaqları görsənən, bir əlini bələkdən çıxarıb mənə barmaq silkələyən uşağı təsəvvürümə gətirdim və güldüm.

      Nərgiz də güldü:

      – Bax bu, başqa məsələ. Yığışdır qaşqabağını.

      Biz parkda gəzir, yorulanda oturur, sonra yenə gəzirdik, gələcək övladımız (Nərgiz üçün fərqi yox idi, mənsə oğlan istəyirdim) haqqında danışırdıq. Onu necə sevəcəyimizi, bəsləyəcəyimizi təsəvvürümüzə gətirirdik. Mən hətta oğlumuza ad fikirləşməyi təklif etdim. Nərgiz qəti razı olmadı:

      – Uşağa doğulmamış ad qoymazlar, düşər-düşməzi olar.

      Biz müsəlman kişiləri niyə beləyik? Arvadımıza məhəbbətimizi, nəvazişimizi uşaq vasitəsilə bildiririk, birbaşa deməyə utanırıq. Hətta başqasının yanında onun adını da çəkmirik, «uşaqların anası» deyirik. Bax indi də mənim içim sevgi sözləri ilə dolu idi. Nərgizlə yanaşı addımlaya-addımlaya onları ürəyimdə təkrar edirdim. Amma birini də dilimə gətirə bilmirdim. Sadəcə, tez-tez qolunu sıxırdım.

* * *

      Ertəsi gün anamla və Nərgizlə sağollaşıb Salyan kazarmasına qayıtdım. Yolüstü poçtdan dayıma zəng etdim, dedim ki, Səftər müəllim onları yola salacaq, səhər qatar ağzına bir adam göndərsin.

      Axşam 5-ci Bakı alayı Novruz bayramı münasibətilə banket təşkil etmişdi. Paradda iştirak edən bütün zabitlər oraya dəvət almışdı. Hərbiyyə nazirinin, ümumi qərargah rəisinin, 2-ci diviziya komandirinin, xarici qonaqların da gəlişi gözlənirdi.

      Saat səkkizdə biz kazarmanın zabitlər üçün yeməkxanasına toplaşmışdıq. Nazirin göstərişi ilə bayram günlərində ordunun ərzaq təchizatını yaxşılaşdırmaq üçün adambaşı gündəlik əlavə 40 rubl pul ayrılmışdı, odur ki heç nədən korluğumuz yox idi, masaların üstü yeməklə, çərəzlərlə doldurulmuşdu. Bir neçə yerdə nəlbəkilərdə səməni qoyulmuşdu. Amma heç kim əyləşmirdi. Hamı əsas qonağı gözləyirdi.

      Qonaq gecikirdi. İçəri qələbəlik olduğundan biz – Bakı alayından praporşik Mehrəli Hüseynov, podporuçik Parmen Dauşvili, pulemyotçuların komandiri ştabs-kapitan Cəbrayıl bəy Əliyev, Tatar alayından rotmistr Gəray bəy Vəkilov, poruçik Osman ağa Gülməmmədov, rotmistr Yura Qayıbov, 2-ci artilleriya briqadasından podporuçik Solomon Çicavadze və mən – binanın yan tərəfində dayanıb söhbət edir, zarafatlaşırdıq. Hava gözəl, kefimiz kök idi. Dünənə qədər СКАЧАТЬ



<p>5</p>

Hazırda Fəvvarələr meydanı