Название: İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Автор: Eşli Vans
Издательство: Altun Kitab
isbn: 9789952243376
isbn:
Mask yayın əvvəlində Silikon Vadisində təcrübə keçməyə başlamışdı. Gündüzlər Pinnacle Research institutunda çalışırdı. Los-Gatosda yerləşən institut güclü alimlər komandasından ibarət startapdı. Onlar elektrikli və hibrid nəqliyyat vasitələri üçün inqilabi sayıla biləcək superkondensatorları yanacaq mənbələri kimi araşdırırdılar. Bəzən araşdırmaları konseptual səviyyədə daha ekzotik sahələrə çevrilirdi. Mask superkondensatorların “Ulduz savaşları’’ (ing. Star Wars, Georg Lucas-ın kultlaşmış fantastik filmi – İ.N.) və başqa futurustik filmlərın ən yaxşı ənənələrini özündə birləşdirən lazer silahları istehsal etmək haqda saatlarla danışa bilirdi. Lazer silahlarının güclü energetik yüklə atəş etməsi mümkündü. Nişançı superkondensatorları patron darağı kimi dəyişərək atışa davam edəcəkdi. Superkondensatorlar raketlərin güc qaynaqları kimi də istifadə oluna bilərdi. Onlar batareyalardan fərqli olaraq uçuş zamanı yüklərə daha dayanıqlı və daha uzunömürlü idilər. Orada çalışmaq Maskın çox xoşuna gəlmişdi, universitetdəki proqramına görə eksperimentlər keçirir, öz fantaziyalarına dalırdı.
Axşamlar isə Mask kompüter oyunları hazırlayan Palo-Altodakı Rocket Science Games startapına gedirdi. Şirkət daha çox informasiya sığsın deyə oyunları kartriclərdən CD-lərə köçürdərək yeni səviyyəyə çıxmağa çalışırdı. CD-lər oyunlara Hollivud tərzi nəqletmə şəkli və keyfiyyət gətirəcəkdi. Bunun üçün istedadlı mühəndis və kino xadimlərindən ibarət qarışıq bir komanda yığılmışdı. Burada sonralar Apple-da iPhone və iPad kimi cihazların yaradıcılarından Toni Fadel, habelə QuickTime multimedia platformasının qurucuları çalışırdılar. Şirkətdə “Ulduz savaşları’’ üçün xüsusi effektlər hazırlayan Industrial Light & Magic çalışanları və LucasArts Entertainment-də oyunlar yazan gənclər də vardı. “Rocket Science’’ Maska Silikon Vadisinin gələcəkdə ona nə təklif edəcəyini anlamağa şərait yaratdı. Onlar gündə 24 saat çalışırdılar. Maskın saat 17-də ikinci işinə gəlməsinə kimsə təəccüb etmirdi. Şirkətin qurucularından avstraliyalı mühəndis Piter Barrett o günləri belə xatırlayır: “Biz İlonu işə sadə, aşağı dərəcəli kodlar yazmaq üçün götürmüşdük. Özünə güvənirdi və soyuqqanlı idi. Bir müddət sonra kimsə ona tapşırıq vermədi və o artıq öz istədiyi işi görürdü’’.
Mask müxtəlif kompüter oyunları üçün coystik drayverləri və mauslar üzərində çalışırdı. Bu proqramlar printeri kompüterə “tanıtmaq’’ üçün istifadə etdiklərimizə bənzəyir. Onları yazmaq iyrənc və maraqsız işdir. Proqram yazmağı özü öyrənmiş Mask kifayət qədər yaxşı mütəxəssisdi və daha iddialı işlər istəyirdi. Ovaxtkı günlər Maskın yaddaşında belə qalıb: “Mən bərabər zamanlı funksiyaların necə yerinə yetirildiyini anlamağa çalışırdım. Bunun sayəsində eyni anda həm CD-dən video izləmək, həm də oyun oynamaq mümkün olacaqdı. O zamanlar sadəcə birini etmək mümkündü. Assemblerdə proqram yazmaq heç də asan deyildi’’. Həqiqətən də eləydi. Kompüterin əsas mikroprosessoruna komanda verməklə Mask maşının çalışması üçün həm də bütün digər funksiyaları idarə etməli idi. Apple QuickTime-ın aparıcı mühəndisi Bryus Lik Maskın gecələr çalışmasına heyrandı: “Tükənməz enerjisi vardı. İndikilərin ona çatmasına çox var. Kompüter hakeri idi, çətin işləri çözmək onu ürkütmürdü’’.
Silikon Vadisində Mask imkan və iddialarına cavab verən iş tapdı. İki il dalbadal yay aylarını burada keçirtdi. Pensilvaniya universitetinin 2 ixtisas üzrə diplomunu alan kimi Amerikanın qərbinə qaçdı. Əvvəlcə Stanford universitetində materialşünaslıq və fizika sahəsində elmlər doktoru dərəcəsi alacaq, Pinnacle-da başladığı superkondensatorlar üzərində araşdırmalarını davam etdirəcəkdi. Ancaq Stanfordda yalnız iki gün qala bildi – internet durmadan onu özünə çəkirdi. “Ümumdünya hörümçək toru”nu birlikdə fəth etmək üçün Kimbalı da Silikon Vadisinə səslədi.
İnternet biznesinın gələcəyini Mask hələ təcrübə keçərkən sezməyə başlamışdı. Startap şirkətlərindən birinin ofisinə Yellow Pages-dən (şirkətlərin telefon və adreslərinin məlumat kitabçası – İ.N.) bir satıcı gəlmişdi. Ziyarətçi qalın masaüstü kitablar yerinə “onlayn reyestr’’ ideyasını satmaq istəyirdi. Satıcı hazırlıqlı biri deyildi, internetin nə olduğunu yaxşı bilmir, istədiyin adresi şəbəkədə tapmaq yolları haqda fikirləri zəifdi. Bu mövzü Maskı düşünməyə sövq etdi, Kimbala zəng edərək şirkətlərə internetə çıxış üçün yardım ideyasını söylədi.
Kimbal İlonun “Bu oğlanlar heç özləri də bilmirlər nə danışırlar. Bəlkə, özümüz bu işlə məşğul olaq?’’ dediyini xatırlayır. 1995-ci ildi, iki qardaş Global Link Information Network adlı startapı açmaq üzrə idilər. Daha sonra şirkətin adı Zip2 olaraq dəyişdiriləcəkdi.
Zip2-nin ideyası dahiyanə idi. 1995-ci ildə kiçik müəssisələr internetin onlara nə verəcəyini anlamırdı. Onlar internet dünyasına necə girəcəkləri haqda heç bir fikrə sahib deyildilər. Öz saytlarının olmasının dəyərini də anlamırdılar. Maskla qardaşı ümid edirdilər ki, restoran, mağaza, bərbərxana və başqalarını internetdə özlərini tanıtma vaxtının gəldiyinə inandıracaqlar. Zip2 xəritəyə bağlı bir onlayn biznes-kataloq olmalıydı. Mask deyirdi ki, hər kəs yaxındakı “pizza”çının adresini bilməyə və oranın yolunu tapmağa çətinlik çəkməməlidir. Bu gün bundan təbii heç nə ola bilməz. Amma o vaxt heç kim belə bir xidməti xəyal belə edə bilmirdi.
Qardaşlar Zip2-ni Palo-Altodakı Şerman avenyu, 430 nömrəli adresdə təsis etdilər. Onlar 70 m2-lik bir ofis kirayələyib mebel aldılar. Üçmərtəbəli binanın qəribəlikləri vardı. Lifti yoxdu, kanalizasiya xətti isə tez-tez tutulurdu. Çalışanlardan biri buranın iş yeri kimi zay yer olduğunu deyir. Mask sürətli internet üçün Rey Jirar adlı bir sahibkarla müqavilə imzalayır. Onun ofisi bir mərtəbə aşağıdaydı. Jirarın dediyinə görə, Mask divarı dəlmiş, internet-porvayder üçün alt mərtəbədən yuxarı ethernet-kabel çəkmişdi. Onun sözlərinə görə, Mask aylıq abunə haqqını bir neçə dəfə gecikdirsə də, əsla borclu qalmazdı.
Mask proqramlar yazır, daha ünsiyyətcil Kimbal isə qapı-qapı dolaşaraq müştərilərin sayını artırmağa çalışırdı. San-Fransisko körfəzində yerləşən bütün şirkətlərin adı və telefon nömrələrinin toplandığı məlumat bazasını Mask ucuz bir lisenziya ilə satın aldı. Daha sonra o, Natveq şirkəti ilə kontakta keçdi. Bu şirkət ilk GPS naviqatorlarda istifadə olunan digital xəritə və marşrutlara yüzlərlə milyon dollar xərcləmişdi. Mask bu şirkətlə uğurlu danışıqlar apardı. Kimbalın sözlərinə görə, Natveq öz texnologiyasını СКАЧАТЬ