Название: İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Автор: Eşli Vans
Издательство: Altun Kitab
isbn: 9789952243376
isbn:
Anlaşma pozulunca Zip2 çətin vəziyyətə düşdü. Qazancları azalmağa başlamışdı. Mask hələ də birbaşa istehlakçıya çıxmaq istəyir, Prudian isə “bunun üçün əlavə sərmayə lazım olacaqdı” deyə ehtiyat edirdi. Bazara Microsoft da girdi; şəhər və avtomobil yolları xəritələri ilə bağlı startaplar yağışdan sonra göbələk kimi çoxalırdı. Zip2-nin qurucuları rəqiblərinə yeniləcəklər deyə qorxur və əndişə içindəydilər. 1999-cu ilin fevral ayında PC istehsal edən Compaq Zip2 üçün gözlənilmədən nağd 307 milyon dollar təklif etdi. Şirkətin keçmiş əməkdaşı Ed Ho bu təklif haqda “Sanki cənnətdən bizə pul göndərmişdilər’’ deyir. Zip2-nin idarə heyəti təklifi qəbul etdi, Palo-Altoda böyük bir restoran tutub möhtəşəm bir banket verdi. Mohr Davidov qoyduğu ilkin sərmayənin 20 dəfə artığını qazandı. İlon 22 milyon, Kimbal isə 15 milyon dollar aldılar. Mask Compaq şirkəti ilə işə davam etməyi ağlının ucundan belə keçirtmədi. Prudian belə deyir: “Zip2-nin satılması dəqiqləşən kimi İlon növbəti layihəsinə başladı’’. İndən belə Mask şirkətləri üzərində nəzarəti əlində saxlamaq və CEO kimi qalmaq üçün mübarizə aparacaqdı. Kimbal o günləri belə xatırlayır: “Biz dəhşətə gəlmişdik, düşünürdük ki, onlar nə elədiklərini bilirlər. Amma yanılmışdıq. Bizim şirkəti aldıqdan sonra bilmirdilər nə etsinlər, onlar adicə sərmayədardılar. Bir-birimizlə yaxşı anlaşırdıq, lakin şirkət hədəfini itirdi’’.
İllər sonra Mask Zip2 ilə bağlı olub-bitənləri ətraflı düşündükdən sonra anladı ki, əməkdaşlarına qarşı daha yaxşı davrana bilərmiş: “Mən əvvəllər buna bənzər şirkət idarə etməmişdim. Mən heç vaxt heç kimə rəhbərlik etməmişdim. Öz-özümə soruşdum: “Komandanın işinə nə təsir edir?’’ İlk təbii təxminim bu idi ki, başqası da özünü mənim kimi aparardı. Amma mən yanılırdım. Başqası sənin kimi düşünə bilməz, çünki o səndə olan məlumat və bilgiyə sahib deyil. Əgər mən öz oxşarımla danışır, ona bildiyimin ancaq yarısını verirəmsə, mənim gələcəyim nəticəyə oxşarımın da gəlməsini gözləmək imkansız bir şeydir. İşi yanındakı adamların gözü ilə də görməyə çalışmalısan”.
Bəzən elə olurdu ki, çalışanlar axşam evə gedir, səhər gələndə isə Maskın görülən işləri onlardan xəbərsiz dəyişdirdiyinin şahidi olurdular. Zip2-də çox yaxşı proqramçılar olduğunu söyləyən Mask deyir: “Amma mən onlardan daha yaxşı kod yazdığımı düşünürdüm. Ona görə də yaxınlaşıb nəyisə dəyişdirməyi özümə borc bilirdim. Oturub əməkdaşın bunu edəcəyini gözləmək istəmir, kodu öz əlimlə dəyişdirirdim. O zaman sürət beş dəfə artırdı. Bir dəfə gənclərdən biri yazı taxtasında kvant mexanikasından bir düstur yazdı. Mən də ona “Bunu necə belə yaza bilərsən?’’ deyib səhvini düzəltdim. O hadisədən sonra mənə nifrət eləməyə başladı. Sonra anladım ki, düsturu düzəltsəm də, onun qəlbini qırmışam. İşlər belə görülməz”.
“.com’’un xəyalpərəst adamı Mask çalışqandı, ancaq bəxti də gətirdi. O, gözəl bir ideya irəli sürdü və onu real xidmətə çevirə bildi. Və qasırğanın içindən böyük miqdarda nağd pulla çıxdı. Yolu heç də asan olmamışdı. Mask liderliyə can atırdı, amma insanlar bunu şübhə ilə qarşılamışdılar. Maska görə, onlar haqsız idilər, haqlı olduğunu sübut etmək isə daha dramatik hadisələrə səbəb olacaqdı.
5. Paypal-ın xaç atasi
Zip2-nin satışı İlona yeni bir inam verdi. Mask sevdiyi kompüter oyunlarının personajları kimi bir sonrakı “level’’ə keçmişdi. O, Silikon Vadisi “səviyyəsini’’ keçib hər kəsin bir zamanlar olmaq istədiyi adam – “.com’’ milyonçusu olmuşdu. Onun növbəti işi artan iddialarına uyğun bir şey olmalı idi. Ona görə də Mask böyük maddi potensialı olan fəaliyyət sahəsi axtarırdı. Buradakı çatışmazlıqları isə internet vasitəsilə həll etmək istəyirdi. Mask xəyalən Bank of Nova Scotia-da keçdiyi təcrübə vaxtlarına gedir, o dövrdə çıxartdığı əsas nəticəni xatırlayırdı – bankirlər varlı olduqları qədər də sarsaqdırlar. Bu da Mask üçün geniş fürsətlər demək idi.
1990-cı illərin əvvəlində bankda strateji inkişaf şöbəsində çalışdığı zaman Mask üçüncü dünya ölkələrinin borclarını araşdırmışdı. Nə qədər ağır olsa da, onu “az inkişaf etmiş ölkələrin borcu’’ adlandırırdılar və Bank of Nova Scotia-da bu qəbildən milyardlarla dollar pul vardı. O illərdə yaşadıqları defoltlar sonrası Cənubi Amerika və b. ölkələr bankları yığılan borcları qismən silməyə məcbur edirdilər. Müdiri Maskı təcrübə qazanmaq üçün bankın avuarlarında[9] qurdalanaraq borcun real həcmini araşdırmağı tapşırmışdı.
Araşdırma əsnasında Maskın qarşısına çıxan bir şey ona göydəndüşmə kommersiya fürsəti kimi göründü. Amerika Birləşmiş Ştatları Breydi (Brady) istiqrazı vasitəsilə inkişaf etməkdə olan ölkələrin bəzilərinin borc yükünü azaltmağa çalışırdı. Amerika hökuməti bu yolla Braziliya və Argentinanın borclarını restrukturlaşdırmışdı. Buradakı bir birja oyunu Maskın diqqətini çəkdi. Bu oyunu Mask belə xatırlayır: “Yardım dəyərini hesabladım, bu, bir dollar üçün 50 sent civarında idi, baxmayaraq ki həqiqi borc 25 sentdən hesablanırdı. Bu, inanılmaz bir fürsət idi və kimsə də bunu görmürdü’’. Mask soyuqqanlılığını pozmadan bazardakı əsas treyderlərdən biri olan Goldman Sach-a zəng edərək qarmaq atdı və 25 sentdən nə qədər Braziliya borcu ala biləcəyini soruşdu. Cavabları “Sizə nə qədər lazımdır?’’ oldu. Mask da “10 milyard dollar’’ kimi ağlasığmaz, havadan bir rəqəm dedi. Treyder bunun mümkün olduğunu söyləyəndə Mask telefonu qapadıb “Onların başları xarab olub, axı bu şəkildə pulları iki dəfə artırmaq olar. Axı hər şeyi Sem dayı (ing. Uncle Sam – Amerikanın simvolik adı – İ.N.) ödəyir’’ dedi’’. Hər şey çox sadə idi.
Mask o zaman bütün yayı saatı 14 dollardan çalışmış, müdirlərin qəhvə aparatından istifadə etdiyi üçün danlanmış və artıq çoxlu pul qazanmaq üçün özünü göstərmək vaxtının gəldiyini düşünmüşdü. Qaçaraq müdirin otağına girmiş və ona gördüyü parlaq СКАЧАТЬ
9