93-cü il. Виктор Мари Гюго
Чтение книги онлайн.

Читать онлайн книгу 93-cü il - Виктор Мари Гюго страница 6

Название: 93-cü il

Автор: Виктор Мари Гюго

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243918 

isbn:

СКАЧАТЬ taleyi məlum deyil. Heç şübhəsiz, o, əsl sərkərdədir, hərb işini yaxşı bilir. İndi bu adam Vandeyadadır.

      – Onu qanundankənar elan etmək, başına qiymət qoymaq, onu tutan adama çoxlu pul vəd etmək lazımdır. Özü də əsginasla deyil, qızılla.

      – Edilib.

      – Onu gilyotinə göndərmək lazımdır.

      – Göndəriləcək.

      – Kim göndərəcək?

      – Siz.

      – Mən?

      – Bəli. İctimai qurtuluş komitəsi sizi geniş səlahiyyətlə Vandeyada öz nümayəndəsi təyin edir.

      – Razıyam, – Simurden dedi. – Mən bu vəzifəni qəbul edirəm. De Lantenak amansızdır, mən də amansız olacağam. Mən respublikanı ondan xilas edəcəyəm. Mən kimin yanında nümayəndə təyin olunuram?

      – De Lantenakın əleyhinə göndərilmiş cəza dəstəsinin komandirinin yanında, – Robespyer cavab verdi. – Ancaq sizi xəbərdar etməliyəm ki, o, zadəgandır. Siz gənc bir oğlanla işləməli olacaqsınız və ondan iki dəfə böyük olduğunuz üçün onu asanlıqla öz təsiriniz altına sala bilərsiniz. Ona yol göstərmək, eyni zamanda onunla hesablaşmaq lazımdır. Anlaşıldığına görə, o, istedadlı zabitdir, ancaq bir nöqsanı var ki, ürəyiyumşaqdır. O, döyüşdə möhkəm, döyüşdən sonra isə güzəştə gedəndir. O, rahibləri himayəsi altına alır, zadəganların arvadlarını və qızlarını xilas edir, əsirlərə və keşişlərə azadlıq verir.

      – Bu, böyük səhvdir, – Simurden pıçıldadı.

      Marat ona tərəf döndü.

      – Vətəndaş Simurden, siz monarxistlərin generalını sərbəst buraxan respublikaçı sərkərdəyə qarşı necə hərəkət edərdiniz?

      – Mən onu güllələmək əmrini verər, yaxud gilyotinə göndərərdim.

      Marat sözünə davam etdi:

      – Belə olan surətdə mən Robespyerin fikrinə şərik oluram. İctimai qurtuluş komitəsi vətəndaş Simurdeni fövqəladə səlahiyyətlə sahil ordusu cəza dəstəsinin komandirinə göz qoymaq üçün komissar sifəti ilə göndərir.

      Danton:

      – Vətəndaş Simurden, taleyi sizə tapşırılan gənc komandirin soyadı Qovendir.

      Simurdenin rəngi ağardı:

      – Qoven!

      Onun sifətinin qəfildən ağarması Maratın gözündən qaçmadı.

      – Vikont Qoven! – Simurden fikirli-fikirli təkrar etdi.

      Araya sükut çökdü.

      – Vətəndaş Simurden, göstərilən şərtlərlə komandir Qovenin yanında komissar təyin olunmağınızı qəbul edirsinizmi? – Marat soruşdu.

      Rəngi getdikcə daha çox ağaran Simurden:

      – Edirəm, – deyə cavab verdi.

      – Daha gecikmək olmaz, – Robespyer dedi. – Sizə külli-ixtiyar verilir. Siz Qoveni general da edə bilərsiniz, edam kürsüsünə də göndərə bilərsiniz. Təyin olunmağınız haqqında əmri sabah saat 3-də alacaqsınız. Nə vaxt yola düşürsünüz?

      – Sabah saat 4-də, – Simurden cavab verdi.

      14

      Tovuz quşu küçəsində Danton və Robespyerlə görüşünün ikinci günü Marat Konventə yollandı.

      Hər dəfə Marat Konventə girəndə salonda pıçıldaşmağa başlayırdılar. Marat özünü elə göstərirdi ki, guya heç nə eşitmir.

      O, asta addımlarla Monto və Şaboya tərəf getdi. Başları qızğın müzakirəyə qarışdığından onlar Maratı görmürdülər. Şabo deyirdi:

      – Simurden adlı bir keşiş sahil ordusunun cəza dəstəsinə komandanlıq edən vikont Qovenin yanına təyin edilib və böyük səlahiyyət alıb. İndi əsas məsələ odur ki, zadəgana hiylə işlətməyə, keşişə isə xain çıxmağa imkan verməyək.

      – Bundan asan nə ola bilər?! – Monto dedi. – Hiylənin, xəyanətin qarşısını yalnız ölümlə almaq olar.

      Onların bir addımlığında olan Marat söhbətə müdaxilə etdi:

      – Mən də elə bunu etməyə gəlmişəm.

      Şabo və Monto eyni anda ona tərəf döndülər.

      – Qulaq asın! – Marat az qala pıçıltıyla dedi. – Mən çox mühüm bir iş üçün gəlmişəm. Gərək üçümüzdən biri elə günü bu gün bir dekret layihəsini Konventə təklif etsin. Elə bir dekret ki, orda əsir qiyamçının qaçmasına imkan verən hər bir kəsə ölüm cəzası nəzərdə tutulsun.

      – Belə bir dekret var, aprelin axırlarında qəbul edilib, – Şabo bic-bic gülümsədi. – Ona görə də Konventə lüzum yoxdur. İctimai qurtuluş komitəsi kifayətdir.

      Ertəsi gün İctimai qurtuluş komitəsi tərəfindən Vandeyanın bütün şəhərlərinə və kəndlərinə əmr göndərildi ki, əsir götürülən qiyamçıların qaçmasına hər hansı bir yardım göstərən şəxsə ölüm cəzası vermək haqqındakı dekretə ciddi surətdə əməl olunsun.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Markitant – XVIII-XIX əsrlərdə orduda yeyinti şeyləri satan

СКАЧАТЬ