93-cü il. Виктор Мари Гюго
Чтение книги онлайн.

Читать онлайн книгу 93-cü il - Виктор Мари Гюго страница 4

Название: 93-cü il

Автор: Виктор Мари Гюго

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243918 

isbn:

СКАЧАТЬ adınız nədir? – markiz soruşdu.

      – Adım Telmarşdır, ancaq məni «Səfil» deyə çağırırlar. Başqa bir ləqəbim də var – «Qoca». Çünki mən heç vaxt gənc olmamışam.

      – Siz məni xilas edirsiniz.

      – Monsenyor, yalnız… – Telmarşın səsi sərtləşdi: – …bir şərtlə ki, bura pis iş görməyə gəlməmisiniz.

      – Mən yaxşı iş üçün gəlmişəm, – markiz cavab verdi.

      – Çox yaxşı. İndi yataq.

      Onlar bir-birinə sığınaraq dəniz yosunlarının üstündə yatdılar.

      9

      O, yuxudan ayılanda hava işıqlaşırdı. Dilənçi qazmanın çıxışında əlindəki dəyənəyə söykənib dayanmışdı.

      – Monsenyor, Tanisdəki zəng qülləsində indicə saat 4-ü vurdu, – dilənçi dedi. – Başqa səs eşidilmir, demək, fermada sakitlikdir. Göy mundirlilər ya gediblər, ya da yatırlar. Təhlükə az-çox sovuşub. Daha ayrılsaq yaxşıdır.

      Az sonra markiz meşədən çıxıb daş xaç olan yolayrıcına tərəf döndü. Kağız hələ də yerində idi. Yenə, özü də bu dəfə daha diqqətlə oxudu. Yalnız bu zaman əmrin altında kiçik, güclə sezilən hərflərlə cəza dəstəsinin rəisi Qovenin də adının yazıldığını və imzasının olduğunu görə bildi.

      – Qoven! – dərin düşüncəyə dalmış halda bir neçə dəfə təkrar etdi.

      Yuxarıda – Erb-en-Peyl ferması tərəfdə qəfil səs-küy eşidildi. Orada nə baş verirdi? Tərəddüd içində olduğu vaxt bir dəstə adamın çığıra-çığıra meşəyə tərəf yüyürdüyünü gördü.

      – Lantenak! Lantenak! Markiz de Lantenak!

      Onu axtarırdılar.

      Markiz şlyapasını başına qoyub irəliyə doğru addımladı.

      – Mən sizin axtardığınız adamam… – dedi. – Mən kral ordusunun general-leytenantı markiz de Lantenakam.

      Əlləri ilə meşin pencəyinin yaxasını dartıb sinəsini açdı.

      Bu vaxt hər yerdən səslər eşidildi:

      – Yaşasın Lantenak! Yaşasın general!

      Şlyapalar sevinclə havaya atıldı. Adamlar onu görən kimi diz çökdülər. Bir nəfər yaraşıqlı oğlan dəstədən ayrılıb iri addımlarla markizə doğru gəldi. Şlyapasını yerə atıb əlindəki qılıncı ona uzadaraq dedi:

      – Biz sizi axtarırdıq. Baş komandanın qılıncı budur. Bu adamlar sizin tabeliyinizdədir. Mən onların komandiri idim. Adım Qavardır. İndi siz əmr edin, general.

      Hamı bir nəfər kimi ayağa qalxdı. Onların sevinc dolu hayqırtıları meşəyə yayıldı:

      – Yaşasın kral! Yaşasın bizim markiz! Yaşasın Lantenak!

      Markiz Qavara tərəf döndü:

      – Neçə nəfərsiniz?

      – Yeddi min.

      – Eşitdiyimə görə, fermadakılar, qəsəbə sakinləri göy mundirliləri yaxşı qəbul ediblər.

      – Elədir ki var, general. Onun üçün də fermanı yandırdıq.

      – Qəsəbəni də yandırdınız?

      – Yox, monsenyor.

      – Onu da yandırın.

      – Göylər özlərini müdafiə etmək istədilər, lakin onlar cəmisi yüz əlli nəfər idi, biz isə yeddi min. Bayraqlarının üstünə: «Qırmızıpapaq batalyonu» yazılmışdı.

      – Demək, yırtıcılardı.

      – Yaralılarla necə davranaq, general?

      – Yaralıları, əsirləri güllələyin.

      – Aralarında iki qadın var.

      – Qadınları da güllələyin.

      – Üç uşaq da var.

      – Uşaqları özünüzlə götürün. Sonra baxarıq.

      10

      Dilənçi Telmarş Krollona tərəf gedirdi. Meşənin yaxınlığında Erb-en-Peyl fermasının üstündən tüstü qalxdığını gördü. Telmarş yorulsa da, nə baş verdiyini bilmək istəyirdi. Yolunu dəyişib fermaya doğru getməyə başladı. Yaxınlaşanda gördüyü mənzərədən heyrətə düşdü, bir anlıq donub-qaldı. Erb-en-Peyl tamamilə yanıb xarabalığa dönmüşdü. Fermanın darvazasına yaxınlaşıb həyətə baxanda daha dəhşətli mənzərənin şahidi oldu. Burada insan adına kimsə qalmamışdı, hamını amansızlıqla öldürmüş, silahını, ayaqqabılarını çıxarıb aparmışdılar. Bu zaman qocanın gözü alçaq hasarın tinindən çıxan dörd ayağa sataşdı. Telmarş yaxına getdi. İki nəfər güllələnmiş qadın yanaşı uzadılmışdı. Telmarş onların üzərinə əyildi. Geyimindən birinin markitant olduğunu təxmin etmək olardı. Əynində kəndli paltarı olan digər qadının isə nəfəsi gedib-gəlirdi.

      Telmarş dikəlib qışqırmağa başladı:

      – Burada bir kimsə yoxdurmu?

      Kimsə zorla eşidilən səslə:

      – Sənsənmi, Qoca? – dedi.

      Xarabalığın içindən iki kəndli çıxdı. Onlar qırğından gizlənməyə macal tapa bilmişdilər. Hələ də titrəyə-titrəyə Telmarşa yaxınlaşdılar. Qoca yaralı qadını göstərdi.

      – Nədir, sağdır? – kəndlilərdən biri soruşdu.

      Telmarş başı ilə təsdiqlədi.

      – Bu qadının üç uşağı var idi, – kəndlilərdən biri dedi. – Analarını öldürdülər, uşaqları isə apardılar. Ancaq o ölməyib, eləmi? İstəsən, qazmana aparmaq üçün sənə kömək eləyə bilərik.

      Telmarş yenə başını tərpətdi. Kəndlilər budaqlardan tezcə xərək düzəltdilər. Qadını onun üstünə uzadıb Telmarşın meşədəki qazmasına aparmağa başladılar.

      Yolda kəndlilər vuruşmadan sonra ucaboy bir qocanın fermaya gələrək: «Öldürün! Yandırın! Aman verməyin!» – deyə əmr verdiyini söylədilər.

      – Onun markiz olduğunu deyirlər: cənab de Lantenak.

СКАЧАТЬ