Название: Oliver Tvistin macəraları
Автор: Чарльз Диккенс
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241396
isbn:
Oliver ömründə ilk dəfə idi ki, ona ünvanlanan xeyir-dua eşidirdi. O, bu xeyir-duanı heç vaxt unutmadı.
Oliver Londona yollanır
Oliver çəpərlərə qısıla-qısıla qaçaraq gəlib böyük yola çıxdı. O qorxurdu ki, onu təqib edib tutarlar.
Nəhayət, dincəlmək üçün bir dirəyin yanında oturdu. Dirəyin üstünə iri hərflərlə yazılmışdı ki, buradan Londona yetmiş mil məsafə var. Bu yazı onda qəribə fikir oyatdı. London!.. Əzəmətli, böyük şəhər!.. Mister Bambl onu orada tapa bilməz…
Onun bağlamasında bir parça çörək, cod köynək və iki cüt corab vardı. Bundan əlavə, cibində bir penni pulu vardı. Bu pulu bir dəfn mərasimindən sonra ona ağası bəxşiş vermişdi. Çünki o dəfndə Oliver xüsusilə fərqlənmişdi. O, bu pulla uzun yolu necə gedəcəyini düşündü.
Həmin gün Oliver iyirmi mil getdi. Bu müddətdə quru çörək qabığından və yolüstü evlərdən xahişlə alıb içdiyi sudan başqa dilinə bir şey dəymədi.
Qaranlıq düşəndə yol kənarındakı biçənəyə döndü. Ot tayalarının birinə girib yatmağı qət etdi. Külək çöldə yaman bərk vıyıldayırdı. Oliver üşüyürdü. O, ac və yorğun idi.
Səhər qalxanda soyuqdan bədəni qurumuşdu. Bir yandan da aclıq onu əldən salmışdı. Gün ərzində on iki mil gedə bildi. Qıçları sızıldayırdı. Oliver o gecəni də soyuq bir yerdə keçirdi. Səhər ayaqlarını güclə sürüyürdü.
Oliver kəndlərdə vurulmuş iri lövhələrə tez-tez rast gəlirdi. Lövhələrin üzərində dilənçilik edənlərin həbsxanaya düşəcəyi yazılmışdı. Bu yazıları görəndə Oliver çox qorxurdu.
Bəzən kəndlərdə mehmanxanaların qabağında dayanıb qəmli baxışları ilə ora girib-çıxanlara baxırdı. Mehmanxana sahibləri düşünürdülər ki, bu uşaq nə isə oğurlamaq istəyir. Odur ki, onu qovurdular. Kiminsə evinin önündə dayanıb bir şey istəyəndə itləri üstünə salardılar.
Ac olduğu üçün tamam taqətdən düşmüşdü. Belə getsə, ölüb yolda qalacaqdı. Ən acınacaqlı vaxtında Oliver yolunun üstündə olan qarovulxanada rəhmdil bir gözətçiyə və şəfqətli qoca bir lediyə rast gəldi. Gözətçi onun qarnını pendir-çörəklə doyurdu.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
funt və ya funt sterlinq – Böyük Britaniyada bu günədək istifadə olunan qədim pul vahidi
2
şillinq – Böyük Britaniyada XVI əsrdən başlayaraq 1966-cı ilə qədər dövriyyədə olan pul vahidi. 20 şillinq 1 funt sterlinqə bərabər idi.