Название: Oliver Tvistin macəraları
Автор: Чарльз Диккенс
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241396
isbn:
– Nə var? Nə olub? Yoxsa qaçıb?
– Yox, ser! Qaçmayıb, ser! O, cani imiş, ser! İstəyirdi məni öldürsün. Sonra Şarlottu öldürmək istəyirdi. Evin xanımını da öldürmək istəyirdi.
Noe ilanbalığı kimi qıvrılmağa başladı. Bununla göstərmək istəyirdi ki, çox ciddi zədələnmişdir. O, istəyirdi ki, həyətdə gəzən ağ jiletli adamın da diqqətini özünə cəlb etsin. Ağ jiletli adam onu gördü və soruşdu ki, bu yaramaz uşaq niyə ulayır?
– Tvist adlı o uşaq bunu, az qala, öldürürmüş, ser.
Ağ jiletli adam quruyub qaldı və dedi:
– Lənət şeytana! Mən bilirdim ki, belə də olacaq! O uşağın ömrü gec-tez dar ağacında qurtaracaq!
– O hələ istəyirmiş ki, qulluqçunu da öldürsün, ser! – deyə mister Bambl əlavə etdi.
– Hələ öz xanımını da öldürmək istəyirdi, – deyə Kleypol da üstünü düzəltdi.
– Bayaq deyirdin ki, öz ağasını da öldürmək istəyirmiş, hə, Noe? – deyə mister Bambl birini də artırdı.
– Yox, ağa evdə yoxdur, – deyə Noe cavab verdi. – Amma Oliver deyirdi ki, onu da öldürəcək!
Ağ jiletli centlmen təəccüblə soruşdu:
– Necə? Deyirdi ki, öldürəcək?
– Bəli, ser. Xanım istəyir ki, mister Bambl gəlsin və o yaramazı kötəkləsin.
Ağ jiletli adam Noenin başını sığallayıb dedi:
– Sən yaxşı uşaqsan. Al sənə bir penni verim. Bambl, öz əl ağacınızla oraya gedin. Ona yazığınız gəlməsin, o yaramaza aman verməyin, Bambl.
Mister Bambl kötək üçün hazırlanmış əl ağacını götürdü və dedi:
– Aman verməyəcəyəm, ser. Buna əmin olun.
Ağ jiletli centlmen əlavə etdi:
– Bədəni göyərməsə, ondan heç nə çıxmaz.
Dükandakı vəziyyət dəyişməmişdi. Oliver hələ də anbarın qapısını içəridən təpikləyirdi.
Bambl alçaq, lakin zəhmli səslə dedi:
– Oliver!
– Məni buraxın! – deyə Oliver anbardan səsləndi.
– Sən mənim səsimi tanıyırsanmı, Oliver?
– Bəli, tanıyıram.
– Bəs qorxub titrəmirsən?
– Xeyr, – deyə Oliver cəsarətlə cavab verdi.
Bu cavab mister Bamblı əməlli-başlı sarsıtdı. Qapıdan geri çəkildi. Heyrətlə ətrafındakılara baxdı. Missis Sauyerberi dedi:
– Ah, mister Bambl, yəqin, onun ağlı başından çıxıb. Yoxsa sizinlə bu cür danışmağa cəsarət etməzdi.
– Bu dəlilik deyil, missis. Bu – ətdəndir.
– Deyirsiniz nədəndir?
– Ətdən, missis, ətdən! Siz onu çox yedirdirsiniz. Təkcə bir horranın ümidinə qalsaydı, belə iş baş verməzdi.
Xanım dindar bir adam kimi başını qaldırıb tavana baxdı:
– Ah, aman Tanrım! Bu da bizim səxavətli olmağımızın nəticəsi!
Onun səxavəti bunda idi ki, tör-töküntüləri, heç kəsin yeməyəcəyi qırıntıları Oliverin qabağına tökməyə xəsislik etmirdi.
Mister Bambl isə öz tövsiyyələrini verməyə davam edirdi:
– Ona şagirdlik müddəti qurtarana qədər yalnız horra vermək lazımdır, missis Sauyerberi.
Bu böhranlı dəqiqələrdə ağa gəlib çıxdı. Arvadı, Şarlott və Noe birinin üstünə beşini qoyub ona danışdılar. Mister Sauyerberi anbarın qapısını açdı. Şagirdinin yaxasından yapışıb bayıra çıxardı.
Oliverin paltarı tikə-tikə olmuşdu, saçları pırtlaşıq, üz-gözü göyərmişdi. Amma gözləri alışıb-yanırdı. O, qorxunc bir nəzərlə Noeyə baxdı.
– Daha sözüm yoxdur, – deyib mister Sauyerberi Oliveri silkələdi və bir şapalağa qonaq elədi.
– O, mənim anamı söyürdü, – deyə Oliver cavab verdi.
– Nə olsun ki, söyüb? Çox böyük iş olub! Sənin anan barədə nə deyibsə, yerində deyib. Anan elə o cür sözlərə layiqdir! – missis Sauyerberi çığırdı.
– Yox, layiq deyildir! – deyə Oliver cavab verdi.
– Yox, layiqdir, – deyə missis Sauyerberi bir də təkrar etdi.
– Bu, yalandır! – deyə Oliver qışqırdı. – Yalandır!
Missis Sauyerberinin durmadan ağladığını görən ağası Oliveri elə kötəklədi ki, nəhayət, arvadını razı saldı. Mister Bamblın əl ağacına isə ehtiyac qalmadı.
Axşama qədər Oliver anbarda qaldı. Axşam missis Sauyerberi gəlib qapının dalından onun anası barədə yenə xoşagəlməz sözlər dedi. Noe və Şarlott da tez-tez gəlib ona atmacalı sözlər deyirdilər. Sonra missis Sauyerberi ona yuxarı qalxmağı və öz miskin yatağına getməyi əmr etdi.
Oliver qaranlıq dükanda oturub düşünürdü. Anasını təhqir edəni döydüyü üçün qəlbi iftixar hissi ilə dolmuşdu. Onu heç kəs görmür və eşitmirdi. O, diz çöküb ağladı.
Soyuq və qaranlıq bir gecə idi. Oliver şam işığında əşyalarını səssizcə yığıb bağlama düzəltdi. Skamyada oturub səhərin açılmasını gözlədi. Hava işıqlaşanda küçəyə çıxdı.
Oliver mister Bamblın onu fermadan gətirdiyi yolu yaxşı xatırlayırdı. Həmin yolu tutub irəlilədi. Bir azdan gəlib fermanın böyrünə çıxdı. Deyəsən, hamı yuxuda idi. Oliver dayandı və bağa boylandı. Birdən gördü ki, uşaqlardan kim isə orada ləki təmizləyir. Oliver onu tanıdı. Bu uşaq onun əvvəlki yoldaşlarından idi.
Uşaq onu görən kimi qapıya – Oliverə sarı qaçdı.
– Səs salma, Dik! Yatağından qalxan var?
– Məndən başqa, heç kəs.
– Dik, СКАЧАТЬ