Название: Oliver Tvistin macəraları
Автор: Чарльз Диккенс
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241396
isbn:
– Bağışlayın ser, qıpını döyən siz idiniz?
– Mən ayağımla çırpırdım, – deyə yetimxana uşağı cavab verdi.
– Sizə tabut lazımdır, ser?
Yetimxana uşağı bu sözü eşidib bərk qəzəbləndi. Tirin üstündən düşüb yaxın gəldi:
– Yurdsuzlar evindən gəlmiş küçük, məgər bilmirsən, mən kiməm?
– Bilmirəm, ser.
– Mən mister Noe Kleypolam, sən isə mənə tabesən. Dükanın dal qapılarını aç, tənbəl məxluq!
Oliver dal qapıları açanda səndələyib pəncərə şüşəsini sındırdı. Noe dedi: “Darıxma, cəzanı alarsan”.
Tezliklə mister Sauyerberi dükana gəldi. Onun ardınca missis Sauyerberi də gəldi. Oliver, necə ki Noe demişdi, “cəzasını aldı”.
Sonra Oliver həmin gənc centlmenlə səhər yeməyi üçün anbara endi. Anbardakı qız – Şarlott dedi:
– Ocağa yaxın otur, Noe. Ağaların səhər yeməyindən qalan yaxşı bir qaxacı sizə saxlamışam. Oliver sən də o qazanın qapağının üstündəki qırıntıları götür. Bu da sənin bir fincan çayın. Qoy yeşiyin üstünə. Orada da iç. Tələs, çünki səni tezliklə dükana çağıracaqlar.
– Eşidirsənmi, yurdsuzlar evinin küçüyü? – deyə Noe Kleypol əlavə etdi.
– Eh, Noe! – deyə Şarlott səsləndi. – Niyə imkan vermirsən ki, oğlan yeməyini sakitcə yesin?
– Onu hamı sakit buraxıb, o da sakit olub da! Nə atası, nə də anası ona maneçilik edir. Hi-hi-hi!
Şarlott bərkdən gülməyə başladı. Noe də ona qoşuldu. Onlar artıq ət qırıntılarını yeyən yazıq Oliverə nifrətlə baxırdılar.
Noe yurdsuzlar evindən gəlməmişdi, yetimxana uşağı idi. Anası paltaryuyan, atası isə əyyaş əsgər idi. Bir taxta ayaqla istefaya çıxmışdı. Məhəllə uşaqları Noeyə “yetimxana uşağı” və başqa rüsvayçı adlar verirdilər. Noe bunlara dözürdü. İndi onun işlədiyi yerə başqa bir yetim gəlmişdi. Noe bütün acığını Oliverdən çıxarmaq istəyirdi.
Üç-dörd həftə keçdi. Günlərin birində mister və missis Sauyerberilər şam edirdilər. Mister Sauyerberi arvadına dedi:
– Əzizim, səninlə bir məsələdə məsləhətləşmək istəyirəm. Tvist barəsində. Xoşsifət və yapışıqlı oğlandır. Onun sifətində qəmgin bir ifadə var. Məncə, belə kədərli görkəm dəfn mərasimlərində gözəl təəssürat yaradar.
Missis Sauyerberi bu ideyanın yeniliyinə valeh oldu.
Oliver Noenin dərsini verir
İlin xəstəlik gətirən fəsli idi. Tabuta böyük ehtiyac vardı. Qızılcadan çoxlu uşaq tələf olurdu. Belə bir halı şəhərin qoca sakinləri də xatırlamırdılar.
Oliver dəfn mərasimlərində başına lentləri dizinə qədər sallanan şlyapa qoyurdu. Onun bu görünüşü adamları kövrəldirdi. Mərasimlərdə sakit dayanıb özünü ələ almağı öyrənmişdi. Mister Sauyerberinin ona olan ümidləri özünü doğrultmuşdu.
Noe Oliverə paxıllıq edirdi. Şarlott onunla pis rəftar edirdi. Missis Sauyerberi də ona düşmən olaraq qalırdı. Oliver bu üç adamın arasında qalmışdı.
Bir dəfə Oliver və Noe həmişəki qayda ilə mətbəxə endilər ki, qoyun ətinə qonaq olsunlar. Bu vaxt Şarlottu yuxarı çağırdılar. Noe fürsətdən istifadə edib Oliveri ələ salmağa çalışdı.
– Yetimxana küçüyü, anan necədir?
– O vəfat edib. Onun haqqında artıq-əskik danışma.
– Anan nədən ölüb, yetimxana küçüyü?
– Ürək xəstəliyindən. Ona qulluq edən qoca arvadlar mənə belə deyiblər.
Bu sözləri deyəndə Oliverin gözündən yaş axmağa başladı.
– Səni belə ağlamağa vadar edən nədir, hə? Ay yetimxana küçüyü, gərək biləsən ki, …
Noe Kleypol Oliverin anası barədə pis söz işlətdi. Bu sözdən sarsılan Oliver bir də soruşdu:
– Nə dedin?
– Eşitdiyini.
Hirsindən qıpqırmızı qızaran Oliver sıçrayıb masanı və stulu aşırdı. Bir dəqiqə əvvəl fağır görünən bu oğlan indi tüğyan edirdi. O, var gücünü toplayıb mərhum anasını təhqir edən Noeyə bir yumruq ilişdirdi, onu yerə yıxıb altına aldı. Sonra boğazından yapışıb Noeni silkələməyə başladı.
Noe bağırdı:
– Şarlott! Xanım! Məni öldürmək istəyir!
Noenin qışqırtısına əvvəlcə Şarlott, sonra xanım gəldi.
– Ax, yaramaz! – deyə Şarlott Oliverin üstünə cumdu. O, kişi qədər qüvvətli idi. – Naşükür, qaniçən, iyrənc!
Şarlott Oliveri döyməyə başladı. Şarlottun yumruğu ağır idi. Missis Sauyerberi də özünü yetirib ona kömək etməyə başladı. Onlar üçlükdə Oliveri dartıb anbara saldılar. Xanım əldən düşmüş halda kresloya oturdu və gözünün yaşını tökməyə başladı.
– Ah, aman Tanrım! – deyə Şarlott qışqırıb şivən qopardı. – Noe, əzizim, tez bir stəkan su gətir! Tez ol!
– Ah, Şarlott, böyük xoşbəxtlikdir ki, o, bizim hamımızı öz yatağımızda doğramayıb!
Şarlott o saat onun sözünü təsdiq etdi:
– Bəli, elədir! Sağ qalmağımız böyük xoşbəxtlikdir, missis.
– Yazıq uşaqcığaz! – xanım şəfqətlə Noeyə baxdı. – Bəs indi nə edək? Ağanız da evdə yoxdur. O hərif elə indicə qapını vurub açacaq.
Elə bu vaxt Oliver qapıya bir təpik ilişdirdi. Şarlott dedi:
– Aman allah, missis… Bəlkə, polis çağıraq?
– Yaxud da əsgərləri, – deyə Kleypol təklif etdi.
Birdən xanımın yadına mister Bambl düşdü.
– Yox! Noe, tez ol, mister Bamblı çağır. Bıçağı götür, yolda tiyəsini yumruq dəymiş gözünün altına qoy ki, şişi СКАЧАТЬ