Название: Zəmanəmizin qəhrəmanı
Автор: Михаил Лермонтов
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241198
isbn:
– İşlərimiz yaxşılaşır, – dedim, – indi siz Bela əhvalatının ardını danışa bilərsiniz! Əminəm ki, hadisə söylədiyinizlə bitməyib.
Ştabs-kapitan hiyləgər bir təbəssümlə göz vuraraq cavab verdi:
– Nə üçün siz bu qədər əminsiniz?
– Çünki qayda belədir: qeyri-adi bir şəkildə başlanan iş eləcə də bitməlidir.
– Haqlısınız… Amma bu əhvalatı yadıma salanda o qədər kədərlənirəm ki! Bela çox qəşəng qız idi! Mən ona öz qızım kimi alışmışdım, o da mənim xətrimi çox istəyirdi.
Sizə deməliyəm ki, mənim ailəm yoxdur. Artıq on iki ildir ki, ata-anamdan da xəbərim yoxdur. Əvvəldən evlənmək haqqında düşünmədim, indi isə bu, mənə yaraşan iş deyil! Mən əzizləmək üçün bir bala tapdığıma sevinirdim. Bela bəzən bizə mahnı oxuyur, ya da oynayırdı! Bizim quberniya qızlarını görmüşəm. İyirmi il əvvəl bir dəfə Moskvada klubda olmuşam, onlar hara, Bela hara!.. Qriqori Alekseyeviç onu kukla kimi o qədər bəzəyir, o qədər nazını çəkirdi ki, Bela axırda elə gözəlləşdi – daha nə deyim… Çöhrəsindəki, əllərindəki gün ləkələri getdi, yanaqları allaşdı… Ah, nə qədər şən idi. Həmişə zarafatlaşar, dəcəllik eləyərdi… Yeri cənnət olsun!..
Atasının ölüm xəbərini ondan xeyli vaxt gizlətdik. Biləndə iki gün ağladı, sonra isə unutdu.
Dörd ay olduqca yaxşı keçdi. Qriqori Alekseyeviç ova getməyi çox xoşlayırdı. Belanı qaçırdıqdan sonra qala bürcündən bir addım da qırağa çıxmamışdı. Lakin bir gün heç kəsə bildirmədən ova getdi. Bütün günü yox oldu. Bir dəfə də getdi, iki dəfə də, sonralar daha tez-tez getməyə başladı.
İndiki kimi gözlərimin qabağındadır – bir gün səhər onlara getdim. Bela çarpayıda oturmuşdu. Rəngi elə qaçmış, elə qəmgin idi ki…
– Peçorin haradadır? – deyə soruşdum.
– Ova gedib.
– Bu günmü gedib?
– Yox, dünən, – dedi.
– Bəlkə, başına bir iş gəlib?
– Mən dünən bütün günü hey fikirləşmişəm, – deyə Bela göz yaşları içində cavab verdi. – Bəlkə, onu bir qaban yaralayıb, ya bir çeçen tutub dağlara aparıb… İndi isə mənə elə gəlir ki, o, artıq məni sevmir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
epolet – bəzəkli paqon
2
sürtük – beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi
3
verst – 1.06 kilometrə bərabər rus uzunluq ölçüsü (metr üsuluna keçməzdən əvvəl işlənirdi)
4
podporuçik – çar ordusunda hərbi rütbə
5
buza – Bolqarıstan, Krım və Qafqazda yayılmış, buğda və ya arpa unundan hazırlanan zəif alkoqollu içki
6
mujik – burjua-zadəgan jarqonunda kobud, qaba, savadsız, cahil adam mənasını verir.