Название: Zəmanəmizin qəhrəmanı
Автор: Михаил Лермонтов
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241198
isbn:
– Yəqin ki, pis olacaq, – dedim. – Asiyalılar belədir – buza içdilərmi, kəshakəs başlanacaq!..
Biz atlarımızı minib evə doğru çapdıq.
Bir az susduqdan sonra ştabs-kapitan ayağını yerə vurub sözünə davam etdi:
– Özümün bir günahımdan heç vaxt keçməyəcəyəm. Şeytan işinə düşdüm: qalaya gələndə çəpərin dibində eşitdiklərimi Qriqori Alekseyeviçə danışdım. O, çox hiyləgər idi. Gördüm gülür – ağlına nə isə bir fikir gəlmişdi.
Dörd gün sonra Əzəmət qalaya gəlmişdi. Peçorinin yanındaydı, mən də ordaydım. Atdan söhbət düşdü. Qriqori Alekseyeviç Kazbiçin atını tərifləməyə başladı. Tatar balasının gözləri parıldadı. Peçorin isə bunu görməməzliyə vurdu. Mən söhbəti nə qədər dəyişmək istəyirdimsə, yenə gəlib Kazbiçin atının üstünə çıxırdı. Bu vəziyyət Əzəmət hər gələndə təkrar olunurdu.
Qriqori Alekseyeviç Əzəməti o qədər qızışdırmışdı ki, o, özünü suya atıb boğmağa hazır idi. Bir dəfə Peçorin ona dedi:
– Əzəmət, o atı çox bəyəndiyini görürəm. De görüm, bu atı sənə bağışlayan adama nə verərsən?
– Nə istəsə.
– Elə isə mən onu səninçün əldə edərəm, ancaq bir şərtlə… And iç ki, əməl edəcəksən…
– And içirəm… Sən də and iç!
– Yaxşı! And içirəm ki, at sənin olacaq! Ancaq əvəzində bacın Belanı mənə verəcəksən. Qaragöz onun başlığı olacaq.
Əzəmət dinmirdi. Birdən coşub:
– Bəs atam? – dedi.
– O heç kənddən bir yana çıxmır?
– Doğrudan da…
– Razısanmı?
– Razıyam, – deyə Əzəmət ölü kimi sapsarı kəsilərək pıçıldadı – nə vaxt?
– Kazbiçin buraya gələcəyi birinci gün.
Bir gün Kazbiç gəlib: “Qoyundan, baldan bir şey istəyirsinizmi?” – deyə soruşdu. Mən ertəsi gün gətirməsini tapşırdım.
Qriqori Alekseyeviç Əzəmətə:
– Sabah Qaragöz mənim əlimdə olacaq. Bela burda olmasa, onda atı görə bilməyəcəksən… – dedi.
– Yaxşı, – deyə Əzəmət atını aula doğru səyirtdi.
Axşamüstü Qriqori Alekseyeviç silahlandı və atlanıb qaladan çıxdı. Onların ikisi də gecə qayıtdı. Keşikçi qolları və ayaqları bağlanmış, başı çadra ilə örtülmüş bir qadının Əzəmətin yəhərinə çəpəki uzadıldığını görmüşdü.
– Bəs at nə oldu? – deyə ştabs-kapitandan soruşdum.
– Kazbiç ertəsi gün səhər tezdən gəldi. Satmaq üçün on qoyun gətirmişdi. Mən onu çaya qonaq etdim. Ordan-burdan söhbət etməyə başladıq. Birdən at ayaqlarının səsi gəldi. Kazbiç dik atıldı:
– Mənim atım!.. Mənim atım! – deyib bəbir kimi bayıra atıldı. Uzaqda toz duman kimi qalxırdı. Əzəmət Qaragözü səyirdirdi. Kazbiç qaça-qaça tüfəngini qaldırıb bir güllə atdı. Güllənin boşa getdiyini yəqin edəndə hayqırıb tüfəngini daşa çırpdı. Yerə döşənib uşaq kimi hönkürdü. Gecə yarısına qədər yerə döşəli qaldı. Ertəsi gün səhər qalaya gəldi. Oğrunun kim olduğunu biləndə Kazbiçin gözləri parladı. Tez Əzəmətin atası yaşayan aula tərəf yola düşdü.
Həmin vaxt Əzəmətin atası evdə yox idi, altı günlüyə harasa getmişdi. O vaxtdan Əzəmət də yoxa çıxdı. Yəqin, bir abrek dəstəsinə qoşulub ya Terekdə, ya da Kubanda qəfil gülləyə tuş gəlmişdi…
Belanın Qriqori Alekseyeviçin evində olduğunu bilincə onun yanına getdim.
Peçorin qabaq otaqda yatağına uzanmışdı.
O, bir əlini başının altına qoyub, o birisi ilə sönməkdə olan çubuğunu tutmuşdu. İkinci otağa açılan qapı bağlanmışdı. Açar da üstündə deyildi. Mən o saat hər şeyi anladım… Öskürməyə və dabanımı astanaya döyməyə başladım. Ancaq o, özünü eşitməməzliyə vurdu.
Mən mümkün qədər ciddi səslə:
– Cənab gizir! – dedim, – Mənim sizin yanınıza gəldiyimi görmürsünüzmü?
– Ah, xoş gördük, Maksim Maksimıç! Çubuq çəkməyə meyliniz varmı? – deyə yerindən qalxmadan cavab verdi.
– Üzr istəyirəm! Mən Maksim Maksimıç yox, ştabs-kapitanam.
– Fərqi yoxdur. Çay istəyirsinizmi? Əgər bir qayğının mənə necə iztirab verdiyini bilsəydiniz.
Mən çarpayıya yaxınlaşaraq:
– Mən hər şeyi bilirəm, – dedim.
– Lap yaxşı. Onsuz da danışmağa hövsələm yoxdur.
– Cənab gizir, sizin tutduğunuz işdə mən də günahkar ola bilərəm…
– Yetər! Nə böyük iş olub axı? Biz ki bir-birimizin dərdinə çoxdan şərikik.
– Zarafat vaxtı deyil! Buyurun, qılıncınızı gətirsinlər!
– Mitka, qılıncı gətir!
Mitka qılıncı gətirib mənə verdi. Mən öz borcumu yerinə yetirib çarpayıda oturdum.
– Bura bax, – dedim, – Qriqori Alekseyeviç, etiraf elə ki, bu, yaxşı iş deyil.
– Nə yaxşı deyil?
– Belanı gətirməyin. Bu Əzəmət mənim başıma bəla oldu.
– O qızı bəyənirəmsə, neyləyə bilərəm.
Nə deyəcəyimi bilmədim. Qızın atası onu tələb edərsə, nə olacaqdı?
Elə belə də dedim:
– Qızın atası istəsə, onu geri qaytarmalı olacaqsan.
– Əsla, ola bilməz!
– Axı o, qızının burada olduğunu əvvəl-axır biləcək!
– Haradan biləcək?
Mən onun СКАЧАТЬ