Üç Muşketyor. Александр Дюма
Чтение книги онлайн.

Читать онлайн книгу Üç Muşketyor - Александр Дюма страница 6

Название: Üç Muşketyor

Автор: Александр Дюма

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241266 

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      – Məni görməyi çoxmu arzu edirsiniz?

      – Əlbəttə.

      – Bu işi mənim boynuma qoyun.

      Dartanyan xanım Bonasyeyə aşiqanə bir nəzər salıb onunla sağollaşdı. Beş dəqiqə sonra o artıq Luvrda idi. Tapşırığı yerinə yetirib tələsik cənab de Trevilin yanına getdi, kardinalın kraliçaya və Bekingem hersoquna tor toxuduğunu ona danışdı.

      Bekingem hersoqu

      Cənab de Trevildən ayrılanda saat on idi. Qaskoniyalının ağlına gəldi ki, Aramisin yanına gedib xanım Bonasye haqqında ona danışsın.

      Aramisin evinə çatanda qapının ağzında bir kölgə gördü. Əvvəl onun kişi olduğunu güman elədi, amma sonra boyunun gödəkliyindən, bir də yerişindən qadın olduğunu bildi.

      Qadın Aramisin pəncərəsini üç dəfə döydü.

      “Aha, cənab riyakar, demək, siz ilahiyyatla belə məşğul olursunuz! Əzizim Aramis, bu dəfə hər şeyi öyrənəcəyəm”.

      Bir neçə saniyədən sonra pəncərəni içəridən iki dəfə tıqqıldatdılar. Qadın bu tıqqıltıya cavab verdi, pəncərə açılanda isə cibindən yaylıq çıxarıb ucunu göstərdi.

      Xanım Bonasyenin və Aramisin yaylığı Dartanyanın yadına düşdü. Qadınla danışan adamın Aramis olduğuna şübhə eləmirdi. Hər şeyi bilmək arzusu ehtiyat hissini üstələdi. Dartanyan gözlədiyi yerdən çıxıb divarın küncünə qısıldı. Buradan otağın içini asanlıqla görə bilirdi.

      Dartanyan heyrətdən donub-qaldı. Xanımla danışan Aramis deyildi, bir qadın idi. Bu qadın da cibindən yaylıq çıxarıb o biri qadının göstərdiyi yaylıqla dəyişdi. Sonra pəncərə örtüldü. Pəncərənin qabağında dayanan qadın geri dönəndə Dartanyan onu tanıdı.

      “Xanım Bonasye!” Kim deyə bilərdi ki, cənab de La Portun dalınca adam göndərən xanım yenidən tutulmaq təhlükəsini gözünün altına alıb gecənin bu vaxtı Paris küçələrində gəzib-dolaşar! Görəsən, iyirmi beş yaşlı qadın üçün candan şirin nə mühüm iş ola bilər? Əlbəttə, eşq! Bəs bu qadın kimin xatirinə özünü belə təhlükəyə atır?

      Dartanyan onun dalına düşmək qərarına gəldi. Xanım Bonasye onu görəndə çığırıb qaçdısa da, çox qaça bilmədi. Dartanyan əlini onun çiyninə qoyanda diz çökdü:

      – İstəyirsiniz öldürün, ancaq məndən heç nə öyrənə bilməyəcəksiniz!

      – Məni tale özü sizi qorumağa göndərib.

      Qadın onu səsindən tanıyıb sevindi.

      – Ah, sizsiniz, sizsiniz? – dedi. – Allaha çox şükür!

      – Boynuma alım ki, sizə rast gəlməyim bir təsadüfdür. Gördüm bir qadın dostum Aramisin pəncərəsini döyür.

      – Aramis? O kimdir?

      – Siz bu evə birinci dəfə gəlirsiniz?

      – Bəli. Özünüz gördünüz ki, mən bir qadınla danışırdım.

      – Onda, yəqin, o qadın Aramisin dostudur.

      – Bundan xəbərim yoxdur. Di qoluma girin, getdiyim yerəcən məni ötürün.

      – Orada sizi gözləyəcəyəm?

      – Yox.

      – Bəs sizi kim ötürəcək? Kişimi, qadınmı?

      – Hələ bilmirəm.

      – Sizin kimlə getdiyinizi bilmək üçün orada gözləyəcəyəm.

      – Elə isə əlvida! Mənim casusa ehtiyacım yoxdur.

      – İfadəniz çox kəskindir, xanım. Sizi sevən bir adamdan nahaq ehtiyatlanırsınız.

      Gənc qadın başını yırğaladı:

      – Siz eşq barədə danışmağa çox tələsdiniz.

      – Çünki sizi ilk baxışdan sevdim. Mən ömrümdə ilk dəfə sevirəm.

      Qadın yalvarıcı səslə dedi:

      – Əsilzadə namusunuza and verirəm, məni ötürün, ancaq gözləməyin. Saat on ikini vurdu, gecikirəm.

      – Mən sizi ötürən kimi çıxıb evə gedirəm.

      – Bilirdim ki, sədaqətli oğlansınız! – xanım Bonasye əlini ona uzatdı.

      Dartanyan bu əli hərarətlə öpüb söz verdiyi kimi öz evinə qayıtdı.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Kardinal Rişelye (1585-1642) nəzərdə tutulur. Fransa kralı XIII Lüdovikin sarayında dövlət katibi və baş nazir vəzifələrini icra edib. Fransada kraldan sonra ikinci şəxs sayılırdı.

      2

      Bekingem hersoqu (1592-1628) nəzərdə tutulur. Əsl adı Corc Vilyers olub. İngiltərədə kraldan sonra ikinci şəxs sayılırdı.

      3

      Fransa kralı XIII Lüdovikin arvadı, İspaniya kralının qızı Avstriyalı Anna (1601-1666) nəzərdə tutulur. Kralla kraliçanın münasibətləri uzun müddət yaxşı olmamış, evləndikdən yalnız 23 il sonra onların ilk uşağı dünyaya gəlmişdir.

      4

      IV Henrixin və Mariya Mediçinin oğlu kral XIII СКАЧАТЬ