Üç Muşketyor. Александр Дюма
Чтение книги онлайн.

Читать онлайн книгу Üç Muşketyor - Александр Дюма страница 4

Название: Üç Muşketyor

Автор: Александр Дюма

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241266 

isbn:

СКАЧАТЬ heç kimin xəbəri yox idi.

      Onu da deyək ki, qırx pistoldan Dartanyanın yeganə qazancı nökəri Planşe oldu. Ancaq ağası pulsuzlayanda nökər şikayətlənməyə, icazə almadan evdən çıxıb getməyə başladı.

      Dostlarının məsləhəti ilə Dartanyan əvvəlcə Planşeni yaxşıca kötəklədi, sonra isə gələcəkdə çox məşhur bir adam olacağını söyləyib dedi ki, müvəqqəti çətinliyə dözüb yanında qalsa, o da xoşbəxt olacaq. Planşe kötəkdən və müdrik sözlərdən nəticə çıxardı. Ancaq hələlik pul kisəsi boş olan Dartanyan həm özünün, həm də nökərinin qarnını doyurmaq üçün yol axtarırdı.

      Bu vaxt qapı açıldı, sadə geyinmiş bir adam içəri girdi. Gələn adam Dartanyana dedi ki, onunla çox mühüm bir məxfi məsələ barədə təklikdə danışmaq istəyir.

      Dartanyan Planşeni iş dalınca göndərib qonağa oturmaq üçün yer göstərdi.

      – Cənab Dartanyan, hamı sizin qoçaq bir adam olduğunuzu söyləyir, – qonaq dedi. – Buna görə də sizə bir sirr açmağa gəlmişəm. Mənim arvadım kraliçanın yanında xidmət eləyir. Ağıllı, gözəl bir qadın kimi tanınır. Üç il əvvəl evlənmişik. Kraliçanın saray xidmətçisi cənab de La Port onun xaç atası, həm də hamisidir…

      – Sizi dinləyirəm, cənab, – Dartanyan bu işdən qazanc iyi gəldiyini dərhal duydu.

      – Məsələ burasındadır ki, bu səhər xidmət etdiyi evin qapısından çıxanda onu qaçırıblar.

      – Kim qaçırıb?

      – Düzünü bilmirəm, cənab. Ancaq bir adamdan şübhələnirəm. Həmin adam onu çoxdan bəri izləyirdi. Sizə açıq deyim ki, bu işin içində sevgidən çox siyasət var. Zənnimcə, arvadımı özünə görə yox, məşhur bir xanımın aşiqanə işlərinə görə qaçırıblar.

      – Aha, olmaya siz xanım de Bua-Trasini nəzərdə tutursunuz? – Dartanyan saray işlərindən xəbərdar olduğunu göstərmək istəyirdi.

      – Yuxarı qalxın, cənab, yuxarı.

      – Xanım Degilyol olmaya?

      – Bir az da yuxarı.

      – Xanım de Şevröz?

      – Yuxarı, xeyli yuxarı!

      – Elə isə… – Dartanyan susdu.

      – Bəli, cənab, – qonaq qorxa-qorxa cavab verdi.

      – Bəs o kimlə sevişir?

      – Hersoqdan başqa kim olacaq…

      – Siz bunları haradan bilirsiniz?

      – Arvadımdan eşitmişəm.

      – Bəs o haradan bilir?

      – Cənab de La Portdan. Kardinalın daim izlədiyi, böyür-başı xainlə dolu yazıq kraliçanın yanında inana biləcəyi bir adam olsun deyə arvadımı qulluğa götürüb. Arvadım dörd gün əvvəl evə gələndə kraliçanın həyəcanlı olduğunu söylədi. Kraliça güman edir ki, onun adından Bekingem hersoquna məktub yazıblar. Bu yolla onu Parisə çağırıb tələyə salmaq istəyirlər.

      – Lənət şeytana! Cənab, bəs bu məsələlərin arvadınıza nə dəxli var?

      – Arvadımı qorxudub kraliçanın sirrini öyrənmək istəyirlər.

      – Ola bilər, – Dartanyan dedi. – Arvadınızı qaçıran adamı tanıyırsınızmı?

      – Deyəsən, tanıyıram. O, kardinalın sağ əlidir. Boy-buxunlu bir kişidir, gicgahında çapıq yeri var.

      – Gicgahında çapıq yeri?! – Dartanyan bağırdı. – Menqdə rast gəldiyim adam! Arvadınızın qaçırıldığını sizə kim xəbər verdi?

      Qonaq cibindən bir kağız çıxarıb Dartanyana uzatdı.

      Dartanyan kağızda bu sözləri oxudu: “Cənab Bonasye! Arvadınızı axtarmayın. O, bizə lazım olmadığı zaman qayıdıb gələcək. Onu axtarmağa cəhd etsəniz, məhv olacaqsınız!”

      – Sizin adınız Bonasyedir? Bu ad mənə tanış gəlir.

      – Mən qaldığınız evin sahibiyəm.

      – Aha, – Dartanyan yerindən qalxıb ona baş əydi.

      – Cənab, üç aydı evimə köçmüsünüz, hələ bir dəfə də ev kirəsi verməmisiniz. Görünür, başınız mühüm işlərə qarışıb. Sizi tez-tez şanlı muşketyorlarla bir yerdə görürəm. Bilirəm ki, onlar cənab de Trevilin muşketyorlarıdır. Deməli, kardinalın düşmənidirlər. Güman eləyirəm ki, siz dostlarınızla birgə kraliçanı müdafiə etsəniz, kardinal həzrətlərinə ağır zərbə vurmuş olarsınız.

      – Əlbəttə.

      – Söz verirəm ki, bundan sonra da evimdə nə qədər qalsanız, sizi kirayə haqqı sarıdan narahat edən olmayacaq. Sizə əlli pistol pul da vermək istərdim… O kimdir? – Bonasye qəfil qışqırdı.

      – Nə? – Dartanyan soruşdu.

      – Orada, küçədə, plaşa bürünmüş adam…

      – Özüdür ki var! – Dartanyanla qonaq ortaq düşməni tanıyıb bir ağızdan qışqırdılar.

      – Daha əlimdən qurtula bilməyəcək!

      Dartanyan siyirməqılınc otaqdan çıxanda Atos və Portosla rastlaşdı.

      – Hara belə uçursan? – hər iki muşketyor onun dalınca çığırdı.

      – Menqdəki adam! – deyə-deyə Dartanyan gözdən itdi.

      Hamı bir nəfər üçün, bir nəfər hamı üçün

      Dartanyan yarım saatdan sonra evə qayıdanda Aramis də gəlib Atosla Portosa qoşulmuşdu.

      – Hə, necə oldu? – Portos soruşdu.

      – Nə olacaq! – Dartanyan qılıncını yatağın üstünə atıb qışqırdı. – Görünür, bu adam iblisdir, kölgə kimi yoxa çıxdı.

      Sonra cənab Bonasye ilə olan söhbətini dostlarına danışdı.

      – Cənablar, bu elə bir işdir ki, min pistol, bəlkə, daha artıq qazanmaq olar, – Dartanyan dedi. – Mən inanıram ki, saray xidmətçisi olan bu xanımın qaçırılması Bekingem hersoqunun Parisdə olmasıyla əlaqədardır.

      Portos ona heyranlıqla baxdı:

      – Bu qaskoniyalının başı ideyalarla doludur…

      – Cənablar, СКАЧАТЬ