Dəfinələr adasının sirri. Энид Блайтон
Чтение книги онлайн.

Читать онлайн книгу Dəfinələr adasının sirri - Энид Блайтон страница 6

Название: Dəfinələr adasının sirri

Автор: Энид Блайтон

Издательство: Altun Kitab

Жанр:

Серия: Möhtəşəm beşlik

isbn: 9789952244700

isbn:

СКАЧАТЬ nə görsə, ağzına salıb çeynəyirdi, – Corcina sözünə davam elədi. – Didib yararsız hala salmadığı bir şey qalmamışdı: anamın ən gözəl şlyapasını və aldığı təzə xalçanı, atamın çəkələklərini, kağız-kuğuzlarını, bir sözlə, çox şeyi… Bir də ki, elə hey hürürdü. Timotinin hürməsi mənim xoşuma gəlir, atamın isə yox… Deyir ki, itin hürməsi onun əsəblərini korlayır. Buna görə də mənə Timmini evə gətirməyi qadağan elədi. Anam da atamın tərəfini saxladı. Həmin vaxt mən günlərlə ağladım. Halbuki başqa vaxt gözümdən bir damcı da yaş çıxmaz. Axı oğlanlar ağlamaz, elə deyil? Mən isə oğlanlar kimi olmaq istəyirəm.

      – Hərdən oğlanlar da ağlayır, – Enn qardaşı Dikə baxaraq dedi. – Məsələn, bizim Dik üç-dörd il bundan əvvəl hər şeyə zırıldayırdı.

      Dik bacısının böyrünə bir dümsük vurdu, qız dərhal səsini kəsdi.

      – Oğlanlar heç vaxt ağlamır, – Corcina Ennə baxaraq qətiyyətlə dedi. – Hər halda, mən ağlayan oğlan görməmişəm. Özüm də çalışıram ki, heç vaxt ağlamayım. İntəhası Timotidən ayrı qalacağımı fikirləşəndə özümü saxlaya bilmədim. Təsəvvür edirsiniz, hətta o da ağlayırdı!

      Uşaqlar təəccüblə Timotiyə baxdılar. Onlar itlərin ağladığını bilmirdilər.

      – Necə yəni, ağlayırdı? – Enn soruşdu. – Əməlli-başlı gözündən yaş axırdı?

      – Yox, elə deyil, – Corcina cavab verdi. – O dayanmadan zingildəyirdi. Özü də elə yazıq görkəm almışdı ki, ona baxanda ürəyim parçalanırdı. Mən ondan ayrıla bilməzdim.

      – Bəs sonra nə oldu? – Culian maraqla soruşdu.

      – Ceyms adında tanış bir oğlan var, balıqçı oğludur. Onun yanına gedib soruşdum ki, Timotini öz yanında saxlaya bilər, ya yox? Dedim ki, əvəzində bütün cibxərcliyimi ona verərəm. O da razılaşdı. İndi Timoti onun yanında qalır. Mənimsə heç vaxt pulum olmur. Bütün pulumu ona xərcləyirəm. Yarısını balıqçının oğluna verirəm, yarısına da Timmi üçün yemək alıram. Axı o, çox yemək yeyir. Düzdür, Timmi?

      – Hav-hav! – it iki dəfə hürüb qabaq pəncələrini irəli uzatdı. Culian onu qıdıqlamağa başladı.

      – Bəs ürəyin şirin bir şey istəyəndə nə edirsən? Məsələn, dondurma, – özünə verilən cibxərcliyinin çox hissəsini şirniyyata xərcləyən Enn maraqla soruşdu.

      – Heç nə, – Corcina dedi. – Şirniyyatsız da keçinərəm.

      Bu, uşaqlara çox dəhşətli gəldi: axı onlar dondurmanı, şokoladı və başqa şirniyyatları çox sevirdilər.

      – Bəs çimərlikdəki başqa uşaqlar səni dondurmaya və ya konfetə qonaq eləmirlər? – Culian soruşdu.

      – Mən onlardan heç nə götürmürəm, – Corcina dedi. – Əgər özüm kimisə qonaq eləyə bilmirəmsə, onda həmin adamdan nəsə götürmək doğru deyil.

      Elə bu vaxt uzaqdan dondurmasatanın zınqırov səsi gəldi. Culian dərhal əlini cibinə atdı. Dəmir pullarını cingildədə-cingildədə dondurmasatana tərəf qaçmağa başladı. Bir neçə dəqiqədən sonra əlində dörd dənə böyük şokoladlı dondurma ilə qayıdıb gəldi. Dondurmalardan birini Dikə, digərini Ennə verdi, üçüncüsünü isə Corcinaya uzatdı. Qız dondurmaya acgözlüklə baxsa da, başını bulayıb geri çəkildi.

      – Çox sağ ol, istəmirəm, – o dedi. – Sən bilirsən ki, mənim dondurma almağa pulum yoxdur, sizdən də götürə bilmərəm. Bu, doğru deyil. Çünki özüm sizi heç vaxt dondurmaya qonaq edə bilməyəcəyəm.

      – Bizdən götürə bilərsən, axı biz sənin qohumunuq, – Culian bunu deyib dondurmanı bir də qıza tərəf uzatdı.

      – Yox, çox sağ ol, – Corcina təkidlə dilləndi. O, mavi gözlərini Culiana zilləmişdi. Oğlan isə bu inadkar qıza baxıb fikirləşirdi ki, görəsən, onu dondurmanı götürməyə necə məcbur etmək olar. O, birdən gülümsəyərək dedi: – Qulaq as, sənin bizimlə paylaşa biləcək çox şeyin var. Sən özündə olanları bizimlə bölüşərsən, biz də səninlə… Məsələn, dondurmamızı. Razısan?

      – Məndə sizinlə bölüşə biləcəyim nə var ki? – Corcina təəccüblə soruşdu. O, ailənin tək övladı olduğundan əşyalarını kiminləsə bölüşməyə alışmamışdı.

      – Məsələn, sənin itin var, – Culian bunu deyib Timotini tumarlamağa başladı. – Bizim onunla oynamağımıza icazə verərsən. Üstəlik, öz adan da var! Bəlkə, nə vaxtsa bizi ora apararsan. Hələ mən suyun altındakı batmış gəmini demirəm. Əgər icazə versən, biz onu görmək istərdik. Əlbəttə, dondurma və şirniyyat bütün bunlarla müqayisədə heç nədir, lakin elə məsələ də bundadır. Kimin nəyi varsa, onu da bölüşür.

      Corcina oğlanın gözlərinin içinə baxdı, Culian da ona baxıb gülümsədi. Timoti də Culiana baxırdı. İt başa düşmüşdü ki, oğlan Corcinaya nəsə ləzzətli bir şey vermək istəyir. Odur ki sevinclə Culiana tərəf hoppandı.

      – Görürsən, Timmi də istəyir ki, buna razılıq verəsən, – oğlan gülərək dedi. – Onun daha üç dostu olsa, pisdir məgər?

      – Yaxşı, – nəhayət, Corcina razılaşdı və Culianın əlindən şokoladlı dondurmanı aldı. – Çox sağ ol, Culian. Mən də özümdə olanları sizinlə bölüşəcəyəm. Ancaq bir şərtlə! Evdə Timoti barədə heç kimə bir kəlmə də deməyin!

      – Əlbəttə, demərik, – Culian onu arxayın elədi. – Hə, necə dondurmadır?

      – Çox ləzzətlidir. Ömrümdə belə dadlı dondurma yeməmişdim. Bu yay bir dəfə də olsun, dilimə dondurma dəyməyib.

      Timoti də dilini çıxarıb dondurma payını gözləyirdi. Corcina öz dondurmasından bir parça qoparıb ona verdi. Sonra uşaqlara baxıb gülümsədi.

      – Siz mənim xoşuma gəlirsiniz, – qız dedi. – Bura gəldiyinizə görə çox şadam. Günortadan sonra qayığı götürüb adaya tərəf üzərik. Bəlkə, batmış gəmini də gördük. Razısınız?

      – Əlbəttə! – uşaqların üçü də bir ağızdan dilləndi. Hətta Timoti də sanki nədən söhbət getdiyini başa düşərək quyruğunu yellətdi.

      Qeyri-adi səyahət

      Sonra uşaqlar birlikdə dənizdə çimməyə yollandılar. Corcina çox sürətlə üzürdü. Oğlanlar qızın onlardan daha yaxşı üzdüyünü dərhal başa düşdülər. O, nəfəsini uzun müddət tutaraq suyun altı ilə üzməyi də bacarırdı.

      – Qiyamət üzürsən, – Culian dedi. – Təəssüf ki, Enn suyun üstündə yaxşı qala bilmir. Enn, ayaqlarını bir az da sıx, yoxsa sən heç vaxt bizim СКАЧАТЬ