Dəfinələr adasının sirri. Энид Блайтон
Чтение книги онлайн.

Читать онлайн книгу Dəfinələr adasının sirri - Энид Блайтон страница 2

Название: Dəfinələr adasının sirri

Автор: Энид Блайтон

Издательство: Altun Kitab

Жанр:

Серия: Möhtəşəm beşlik

isbn: 9789952244700

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Onlar səhər yeməklərini yedikdən sonra yola çıxdılar. Atanın maşını çox böyük idi, hamı və hər şey rahatlıqla ora yerləşmişdi. Ana qabaqda, atanın yanında oturmuşdu, uşaqlar isə arxada əyləşmişdilər, çamadanlardan ikisini də ayaqlarının altına qoymuşdular. Qalan əşyalar maşının yük yerində idi. Ana əmin idi ki, heç nə yaddan çıxmayıb.

      Maşın Londonun yenicə canlanmağa başlayan küçələri ilə irəliləyirdi. Ata əvvəl maşını yavaş sürürdü, şəhər arxada qaldıqdan sonra isə o, sürəti artırdı. Tezliklə onlar, demək olar, bomboş şoseyə çıxdılar və maşın daha sürətlə şütüməyə başladı. Uşaqlar mahnı oxuyur və özlərini çox xoşbəxt hiss eləyirdilər.

      – Bəs nə vaxt yemək yeyəcəyik? – Enn soruşdu. Qız möhkəm acmışdı.

      – Bir az döz, – ana dilləndi. – Nə tez acmısan? Heç saat 11 olmayıb ki! Enn, nahar 1-in yarısından tez olmayacaq.

      – Nə pis oldu! – qız məyusluqla dedi. – Mən o vaxta kimi dözə bilmərəm…

      Ana çantasından şokolad çıxarıb uşaqlara payladı. Onlar da maşının pəncərəsindən yol kənarı ilə uzanan təpələrə, meşələrə, əkin sahələrinə baxa-baxa şokoladları ləzzətlə yedilər. Düz saat 1-in yarısında maşını saxlayıb təbiətin qoynunda nahar elədilər. Günəşli vadiyə baxan bir dağ yamacında özlərinə yer tapıb oturmuşdular. Enn ona yaxınlaşan qəhvəyi rəngli iri inəkdən bir az qorxdu. Ata inəyi oradan qovdu. Uşaqlar yeməklərini iştaha ilə yeyirdilər. O qədər acmışdılar ki, hətta ananın axşamüstü qəlyanaltı eləmək üçün hazırladığı buterbrodların3 da axırına çıxdılar. Ana dedi ki, gərək axşamçağı maşını bir çay evinin yanında saxlayıb qəlyanaltı eləsinlər.

      – Bəs Fanni xalagilə nə vaxt çatarıq? – Culian axırıncı buterbrodu da yeyib-qurtarandan sonra soruşdu. Olsaydı, məmnuniyyətlə daha bir buterbrod da ötürərdi.

      – Əgər yolda bir problem çıxmasa, saat 6-da, – ata cavab verdi. – Yaxşı, indi deyin görüm, kim hərəkət eləmək istəyir? Maşında oturmaqdan ayaqlarımız uyuşub, hələ nə qədər də yol getməliyik.

      Uşaqlar ayağa qalxıb gəzişməyə başladılar. Sonra yenidən yola düşdülər. Axşamüstü qəlyanaltı vaxtı gəlib çatanda uşaqların üçü də həyəcanlı görünürdü.

      – Dəniz haradasa buralara yaxın yerdədir, – Dik dedi, – qoxusu burnuma gəlir.

      Dik haqlı imiş, təpənin yuxarısına çatanda günəşin şüaları altında par-par parıldayan mavi, sakit, hamar dəniz göründü. Uşaqlar sevinclə qışqırışdılar:

      – Odur, ordadır!

      – Çox qəşəngdir, elə deyil?

      – Nə çimərdim!

      – Kirrin körfəzinə çatmaq üçün cəmi iyirmi dəqiqəlik yolumuz qalıb, – ata dedi. – Tezliklə körfəzi görəcəksiniz, böyükdür, girişində də balaca bir ada var.

      Onlar sahil boyunca irəlilədikcə uşaqların gözü həmin körfəzi axtarırdı. Birdən Culian qışqırdı:

      – Kirrin körfəzi! Ora bax, Dik! Necə də böyük və mavidir!

      – Bəs körfəzin ağzındakı balaca adanı görürsən? – Dik soruşdu. – Yəqin, biz heç vaxt ora gedib çıxa bilmərik!

      – Niyə getmirsiniz ki?! – ana dilləndi. – Lakin gəlin öncə Fanni xalanın evini axtarıb-tapaq. Onun evini «Kirrin-kottec»4 adlandırırlar.

      Çox keçmədən onlar evə yaxınlaşdılar. Ev qayanın üstündə idi, fasadı5 körfəzə baxırdı. Bu, ağ daşdan tikilmiş çox qədim ev idi. Evin fasadını qızılgüllər bürümüşdü, bağçada isə çoxlu al-əlvan çiçəklər açmışdı.

      – Bu da Kirrin-kottec! – ata təmtəraqla elan elədi.

      Sonra maşını düz evin qarşısında saxladı.

      – Bu evin ən azı üç yüz yaşı olar, – o dedi. – Baxın, Fanni orda dayanıb. Yaxşı, bəs Kventin haradadır?

      Qəribə əmiqızı

      Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qapıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.

      – Kirrinə xoş gəlmisiniz! – Fanni xala ucadan dedi. – Sizi burada görmək çox xoşdur! Lap böyük uşaqlar olmusunuz ki!

      Bu ortayaşlı, gülərüz qadın elə ilk baxışdanca uşaqların xoşuna gəlmişdi.

      Fanni xala uşaqları öpəndən sonra onlar birlikdə evə keçdilər. Uşaqlar evi də bəyəndilər. Çox qədim və sirli evə bənzəyirdi. Evdəki mebel də qədim və gözəl idi.

      – Bəs Corcina haradadır? – Enn ətrafa nəzər salaraq soruşdu.

      – Yaramaz qız! – Fanni xala qızının qarasınca deyindi. – Tapşırmışdım ki, bağda gözləsin, o isə harasa yoxa çıxıb! Uşaqlar, sizə deməliyəm ki, Corcla yola getmək sizin üçün bir az çətin ola bilər. O bütün vaxtını təkbaşına keçirir və yəqin ki, sizin gəlişiniz onu elə də sevindirməyəcək. Amma siz Corca fikir verməyin, tezliklə hər şey yoluna düşəcək. Mən sizin gəlişinizə bir az da ona görə sevinirəm. Çünki Corc başqa uşaqlarla da vaxt keçirməyi, ünsiyyət qurmağı öyrənməlidir.

      – Siz onu Corc deyə çağırırsınız? – Enn təəccüblə soruşdu. – Mən elə bilirdim ki, adı Corcinadır…

      Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qa pıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.

      – Düz bilirsən, – Fanni xala dedi. – Ancaq məsələ burasındadır ki, qız olmaq onun xoşuna gəlmir, buna görə də «Corc» deyə çağırmalı oluruq. Yaramaz qız ona Corcina deyə səslənəndə cavab vermir.

      Uşaqlar fikirləşdilər ki, əslində, «Corc» da pis ad deyil. Onlar qızı görməyə tələsirdilər, lakin o, hələ də ortalıqda görünmürdü. Qızın əvəzinə Kventin əmi gəlib çıxdı. O çox qaşqabaqlı idi.

      – Xoş gördük, Kventin! – ata onu salamladı. – Nə vaxtdır görüşmürük. Ümid eləyirəm ki, bizim uşaqlar sənin işləməyinə mane olmayacaqlar.

      – Kventin СКАЧАТЬ



<p>3</p>

Buterbrod – üzərinə yağ və s. çəkilmiş, yaxud pendir, kolbasa və s. qoyulmuş çörək; yüngül qəlyanaltı

<p>4</p>

Kottec – şəhər kənarında birailəlik kiçik ev

<p>5</p>

Fasad – hər hansı bir tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən görüntü