Dəfinələr adasının sirri. Энид Блайтон
Чтение книги онлайн.

Читать онлайн книгу Dəfinələr adasının sirri - Энид Блайтон страница 5

Название: Dəfinələr adasının sirri

Автор: Энид Блайтон

Издательство: Altun Kitab

Жанр:

Серия: Möhtəşəm beşlik

isbn: 9789952244700

isbn:

СКАЧАТЬ kim almaq istəməyib. Fikirləşiblər ki, dənizin ortasındakı bu kiçik torpaq sahəsi heç bir işə yarıyan deyil. Üstəlik, oradakı qəsr də hələ o vaxtdan yarıuçuq vəziyyətdə idi.

      – İşə bir bax! Heç kim belə gözəl adanı almaq istəməyib! – Dik ucadan dedi. – Əgər mənim pulum olsaydı, bir dəqiqə belə fikirləşmədən bu adanı alardım.

      – Anamın ailəsinin sərvətindən bizə bircə indi içində yaşadığımız ev, yəni Kirrin-kottec, bir az uzaqda yerləşən ferma, bir də Kirrin adası qalıb, – Corcina sözünə davam elədi. – Anam deyir ki, böyüyəndə o ada mənim olacaq. Əslində, ada elə indidən mənim ola bilər. Anam deyir, bu torpaq parçası ona lazım deyil. Bu mənim xüsusi adamdır və heç kimə icazə vermərəm ki, məndən xəbərsiz ora ayaq bassın.

      Uşaqların üçü də təəccüblə qıza baxırdılar. Onlar Corcinanın ağzından çıxan hər kəlməyə inanmışdılar, aydın məsələ idi ki, qız bütün bunları özündən uydurmur. İşə bir bax! Corcinanın öz adası var imiş! Deyəsən, onun bu həyatda bəxti yaman gətirib!

      – Corcina! – Dik qışqırdı. – Ay, çaşdım, Corc! Bu ada çox gözəl görünür. Ümid eləyirəm ki, sən bizimlə dostlaşarsan və tezliklə bizi ora apararsan. Təsəvvür edə bilməzsən ki, biz bunu nə qədər çox istəyirik!

      – Bilmək olmaz, bəlkə də, apararam, – danışdığı əhvalatın uşaqlara yaman təsir etdiyini görən Corcina razılıqla dilləndi. – Baxarıq… Mən hələ heç kimi ora aparmamışam. Bilirsiniz, digər uşaqlar necə dil tökürdülər?! Ancaq mənim xoşuma gəlmədiklərinə görə onları öz adama buraxmadım.

      Araya sükut çökdü: hamı gözünü körfəzə, onun sakit suları ilə əhatə olunmuş adaya zilləmişdi. Körfəzdə çəkilmə7 başlamışdı. İndi uşaqlara elə gəlirdi ki, suyun üstü ilə yeriyərək adaya çata bilərlər. Hətta Dik bunun mümkün olub-olmadığını soruşdu.

      – Yox, axı mən dedim ki, ora yalnız qayıqla getmək olar, – Corcina dilləndi. – Sahildən adaya qədər olan məsafə göründüyündən daha çoxdur. Su da çox dərindir. Bundan başqa, ada riflərlə8 əhatə olunub, ona görə də qayığı hara sürəcəyini dəqiq bilməlisən, yoxsa qayalıqlarla toqquşarsan. Adanın sahili təhlükəlidir. Ətrafda çoxlu batmış gəmi var.

      – Batmış gəmilər! – Culian qışqırdı. Maraqdan onun gözləri parıldayırdı. – Bilirsən, mən ömrümdə bircə dənə də batmış gəmi görməmişəm. Doğrudan, orada çoxlu gəmi var?

      – İndi yoxdur, hamısını çıxarıb aparıblar, bircəciyindən başqa. O da adanın digər tərəfində, suyun lap dərinliyindədir. Yalnız onun üstündən üzüb keçəndə və aşağıya, suyun altına baxanda qırıq dorağacı görünür. Həmin batmış gəmi də mənimdir.

      Araya sükut çökdü: hamı gözünü körfəzə, onun sakit suları ilə əhatə olunmuş adaya zilləmişdi. Körfəzdə çəkilmə başla mışdı. İndi uşaqlara elə gəlirdi ki, suyun üstü ilə yeriyərək ada ya çata bilərlər.

      Bu dəfə qıza, ümumiyyətlə, inanmaq mümkün deyildi! Ancaq Corcina qətiyyətlə başını tərpədib dedi:

      – Bəli, gəmi mənim ulu babalarımdan birinə məxsus olub. Onunla qızıl daşıyırmış, hamısı da iri külçə formasında… Evə qayıdanda isə gəmi Kirrin adasının yaxınlığında suya qərq olub.

      – İşə bir bax! – Enn təəccüblə dilləndi. – Heyrətdən qızın gözləri bərəlmişdi. – Bəs qızıllar necə olub?

      – Bunu heç kim bilmir, – Corcina dedi. – Yəqin, gəmidən oğurlayıblar. Çünki dalğıclar neçə dəfə suyun altına dalsalar da, gəmidən heç nə tapmayıblar.

      – Nə maraqlıdır! – Culian dilləndi. – Mən bu batmış gəmini öz gözlərimlə görmək istərdim.

      – Elə isə biz günortadan sonra ora yollana bilərik, həmin vaxt çəkilmə bir az da artır, – Corcina dedi. – Bu gün su elə sakit və şəffafdır ki, gəminin bir hissəsini görə bilərik.

      – Lap qiyamət olar! – Enn sevincək dedi. – Mən də batmış gəmini öz gözlərimlə görmək istəyirəm.

      Uşaqlar gülüşdülər.

      – Bəs indi ora üzə bilərik? – Dik Corcinadan soruşdu.

      – Əvvəlcə mən gərək gedib Timotini gətirim, – qız bunu deyib ayağa qalxdı.

      – Timoti kimdir?

      – Siz sirr saxlamağı bacarırsınız? – Corcina suala sualla cavab verdi. – Axı evdə heç kim onun barəsində bilməməlidir.

      – Nə sirr? – Culian səbirsizliklə soruşdu. – Bizə hər şeyi danışa bilərsən. Biz xəbərçi deyilik.

      – Timoti mənim ən yaxın dostumdur, – Corcina izah elədi. – Mən onsuz yaşaya bilmərəm, ancaq anamla atamın ondan xoşları gəlmir. Odur ki evdə bu barədə bir kəlmə də danışmamalısınız. Gedib onu gətirim.

      Corcina bunu deyib cığırla üzüyuxarı qaçmağa başladı. Uşaqlar onun arxasınca maraqla baxırdılar. İndi Corcina onların nəzərində dünyanın ən qəribə qızı idi.

      – Bu Timoti haradan çıxdı? – Culian dilləndi. – Yəqin, balıqçı ailəsindən olan hansısa oğlandır. Ona görə də Corcinanın valideynləri onunla dostluq etməsini istəmirlər.

      Uşaqlar yumşaq qumun üstünə uzanıb gözləməyə başladılar. Çox keçmədən qızın cingiltili səsi eşidildi.

      – İrəli, Timoti, irəli!

      Uşaqlar cəld dönüb ona tərəf baxdılar. Oğlan-zad gözə dəymirdi. Əvəzində iri, qəhvəyi rəngli, uzun quyruqlu bir həyət iti Corcinanın ətrafında hoppanıb-düşərək qayalıqdan aşağı gəlirdi. Onlar gəlib uşaqların yanına çatanda Corcina iti göstərib dedi:

      – Baxın, Timoti budur. – Mən onu qısaca Timmi deyə çağırıram. Çox qəşəngdir, elə deyil?

      Əslində, Timotidə gözəllikdən əsər-əlamət yox idi. Bədəni namünasib formada idi: başı çox böyük, qulaqları sallaq, quyruğu da həddindən artıq uzun idi. Hansı cinsdən olduğunu da müəyyənləşdirmək mümkün deyildi. Ancaq it elə cəld, elə mehriban və gülməli idi ki, uşaqların dərhal xoşuna gəldi.

      – Sən nə sevimli heyvansan, – Enn itə yaxınlaşıb dedi. İt dərhal onun burnunu yalamağa başladı. – Necə də istiqanlıdır!

      – Nə СКАЧАТЬ



<p>7</p>

Çəkilmə – dəniz suyu səviyyəsinin vaxtaşırı olaraq enməsi, düşməsi, geriləməsi; qabarma prosesinin əksi

<p>8</p>

Rif – dənizin dayaz sahələrində sualtı və ya üzə çıxmış qayalar