Qəbrinizə tüpürməyə gələcəyəm. Борис Виан
Чтение книги онлайн.

Читать онлайн книгу Qəbrinizə tüpürməyə gələcəyəm - Борис Виан страница 3

Название: Qəbrinizə tüpürməyə gələcəyəm

Автор: Борис Виан

Издательство: Altun Kitab

Жанр:

Серия: Ekranlaşdırılmış əsər

isbn: 9789952243765 

isbn:

СКАЧАТЬ mənimsəyəndən sonra əsas məsələlər haqqında düşünmək üçün sərbəst vaxt əldə etdim. Hələlik hər şey çox yaxşı gedirdi. Məni narahat edən də elə bu idi.

      Yay başa çatırdı. Ağacların kölgəsində, çayın kənarında artıq sərin olurdu. Bura gəldiyimdən bəri heç yerə çıxmamışdım və ətrafı qətiyyən tanımırdım. Təmiz havaya ehtiyacım vardı. Ancaq məni daha çox narahat edən başqa bir ehtiyac idi: mənə qadın lazım idi.

      Bir dəfə axşam adətim üzrə saat 5-də dəmir pərdələri endirdim, ancaq bu dəfə həmişəkindən fərqli olaraq lampa işığında bir qədər də işləməkdən vaz keçdim, şlyapamı başıma qoyub pencəyimi götürdüm, birbaşa aptekə yollandım. Aptekdə üç nəfər əyləşmişdi: on beş yaşında yeniyetmə oğlan və təxminən həmin yaşda iki qız. Onlar məni laqeyd baxışlarla süzdükdən sonra yenidən başlarını içində südlü kokteyl olan stəkanlarına tərəf əydilər. Bu kokteylin adicə görünüşündən artıq mənim ürəyim bulanırdı; xoşbəxtlikdən pencəyimin cibində içində «padzəhr» olan qabım vardı.

      Mən piştaxtanın arxasına keçib qızlardan biri ilə yanaşı oturdum. Qarayanız, yaraşıqsız ofisiant qız məni görüb ağır-ağır çevrildi.

      – Sizdə südsüz nəsə var? – mən soruşdum.

      – Limonlu, – o təklif etdi, – qreypfrutlu, pomidor şirəsi, koka-kola.

      – Qreypfrut, – mən dedim. – Axıra kimi doldurmayın.

      Əlimi pencəyimin cibinə salıb qabı çıxartdım.

      – Burada spirtli içki içmək olmaz, – ofisiant qız həvəssiz şəkildə etiraz etdi.

      – Hə, əlbəttə, – mən gülümsündüm. – Bu, sadəcə, dərmandır. Lisenziyanıza görə narahat olmaya bilərsiniz.

      Mən ona pul uzatdım. Həmin səhər məvacibimi almışdım. Həftəlik doxsan dollar. Bəli, Klem adamlarını tanıyır. Ofisiant qız pulun qalığını gətirdi, mən ona yetərincə çaypulu saxladım.

      Qreypfrutla viski heç də ən yaxşı variant deyil, ancaq, hər halda, heç nəsiz viskidən daha yaxşıdır. İçib özümü yaxşı hiss etdim. Artıq əhvalım yerindəydi. Digər üç nəfər məni diqqətlə gözdən keçirirdi. Bu cür burnu fırtıqlılar üçün iyirmi altı yaşlı kişi az qala qoca sayılır; qonşuluqdakı qıza gülümsədim; o, ağ zolağı olan göy-mavi rəngli və qolları dirsəkdən qatlanmış nazik tüklü cemper geyinmiş balaca sarışın qız idi, ağ corabları və qalın kauçuk altlıqlı ayaqqabıları vardı. Qız gözəgəlimli idi və yaxşı inkişaf etmişdi; toxunsan, yetişmiş gavalı kimi möhkəmdir. Lifçik geyinməmişdi deyə döş gilələri paltarının altından yetərincə aydın sezilirdi. O mənə baxıb gülümsədi.

      – İstidir? – sözə başladım.

      – Öldürücü istidir, – gərnəşərək və qoltuqlarının altındakı iki nəm ləkəni göstərərək dedi.

      Hər şey aydındır. Yerimdən qalxdım və küncdə dayanan patefona beş sent atdım.

      – Rəqs etməyə gücün çatar? – qıza yaxınlaşaraq dedim.

      – Sən məni öldürmək istəyirsən! – o dedi və mənə elə bərk yapışdı ki, nəfəsim kəsildi.

      Ondan körpə qoxusu gəlirdi. Elə incə idi ki, sağ əlimlə qızın sağ çiyninə çatırdım. Əlimi yuxarı qaldırıb barmaqlarımı onun döşlərində sürüşdürdüm. Bizə baxan digər ikisi də rəqs etməyə başladılar. Valda Dina Şor «Uçan piroq»u oxuyurdu. Qız zümzümə edirdi. Ofisiant burnunu jurnaldan qaldırıb bizi süzdü və yenidən oxumağa başladı.

      O, koftasının altından heç nə geyinməmişdi; bu, dərhal hiss olunurdu. Mən valın nə vaxt susacağını səbirsizliklə gözləyirdim və bu artıq ədəbsizliyə çevrilmişdi. Nəhayət, qız aralandı, öz yerinə qayıtdı və mənə tərəf baxdı.

      – Yaşına görə pis rəqs etmirsən.

      – Məni babam öyrədib, – cavab verdim.

      – Baxan kimi bilinir, – o zarafat etdi. – Üslub bir qədər köhnədir.

      – Jayvda, bəlkə də, mənim öhdəmdən gələrsən, ancaq mən də sənə başqa şeylər öyrədə bilərəm.

      O, gözlərini yüngülcə yumdu.

      – Böyüklərin bildiyi şeyləri?

      – Əgər istəsən.

      – Bilirəm nəyə eyham vurursan…

      – Nəyə eyham vurduğumu bilmirsən. Kimdəsə gitara var?

      – Siz gitarada çalırsız? – yeniyetmə oğlan soruşdu. Elə bil indicə yuxudan oyanmışdı.

      – Az-maz, – mən dedim.

      – Elə isə həm də oxuyursuz? – ikinci qız soruşdu.

      – Bir qədər.

      – Onun Keb Kellouey kimi səsi var, – birinci qız zarafat etdi.

      Digər ikisinin mənimlə söhbətləşməsi onun açıq-aşkar xoşuna gəlməmişdi. Dəmiri isti-isti döymək lazımdır.

      – Mənə elə yer tapın ki, orada gitara olsun, – ona tərəf baxaraq dedim, – və nəyə qadir olduğumu göstərim. Əlbəttə, mən Hendi deyiləm, ancaq bluz ifa etməyi bacarıram.

      O razılaşdı:

      – Yaxşı, Bi-Cinin yanına gedək.

      – Onun gitarası var?

      – Onun – Betti Ceynin gitarası var.

      – Bu, Barux Cunyor da ola bilərdi, – mən zarafat etdim.

      – O burada yaşayır. Getdik.

      – Elə indi? – yeniyetmə oğlan soruşdu.

      – Niyə də yox?! – mən cavab verdim. – Əgər onun ürəyindən keçirsə.

      – Oldu, – oğlan dedi. – Mənim adım Dikdir. Bu isə Cikidir, – o mənim rəqs etdiyim qızı göstərdi.

      – Mən isə Cudiyəm, – ikinci qız dedi.

      – Mən Li Andersonam, – mən dedim. – Yolun o üzündə mənim kitab dükanım var.

      – Artıq iki həftədir bunu hamı bilir.

      – Bu səni belə maraqlandırır?

      – Əlbəttə, – Cudi əlavə etdi. – Buralarda kişilər azdır.

      Dikin СКАЧАТЬ