Hekayələr. Иван Бунин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Иван Бунин страница 9

Название: Hekayələr

Автор: Иван Бунин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242621 

isbn:

СКАЧАТЬ budaqların və armud ağacı çiçəklərinin arasından keçən günəş şüaları onun sifətində qızğın ləkələr əmələ gətirir, üzünü qıcıqlandırırdı. Sonka onun qara cod saçlarını mehribanlıqla və acıqlı-acıqlı pırtlaşdırıb: “Lap at saçıdır!” – deyə qışqıraraq papağı ilə Mityanın gözlərini örtdü. Mitya peysərinin altında Sonkanın qıçlarını hiss edirdi, – dünyada ən dəhşətli olan qadın qıçlarını! – Peysəri ilə onun qarnına toxunurdu, qızın çit yubkası ilə donunun qoxusunu duyurdu, bütün bunlar çiçəklənən bağla və Katya ilə qarışırdı; uzaqlarda və yaxında bülbüllərin cəh-cəhi, saysız-hesabsız arıların ara vermədən mürgülü xoş vızıltısı, ürəkaçan isti hava və hətta kürəyinin altında torpağı sadəcə olaraq duymaq ona əzab verir, nəsə fövqəlbəşəri bir səadət arzusu yaratmaqla qəlbini sızıldadırdı. Birdən küknarlıqda nəsə xışıldadı, kim isə şaqraq və kinli-kinli qəhqəhə çəkdi, sonra da boğuq səs eşidildi: “Ku-ku! Ku-ku”; – həm də bu elə dəhşətli, elə qabarıq, elə yaxında və o qədər aydın idi ki, nə olur-olsun, bu fövqəlbəşəri səadətin təxirsiz olaraq Katya tərəfindən təmin edilməsi arzu və tələbi Mityanın bütün varlığına elə hakim kəsildi ki, o, coşqunluqla dik qalxıb iri addımlarla uzaqlaşdı, onun bu hərəkəti Sonkanı heyrətə saldı.

      Küknarlıqda onun lap başı üzərində qəflətən bu dərəcədə dəhşətli aydınlıqla eşidilən və sanki bütün bu bahar aləminin sinəsini yarmış olan bu boğuq səsin sədaları altında coşqun səadət arzulayarkən birdən dərk etdi ki, məktub gəlməyəcək və gələ də bilməz, yəqin, Moskvada nəsə baş verib, yaxud da indilərdə baş verəcəkdir, o məhv olmuşdur, işi bitmişdir!

XV

      Evdə Mitya zaldakı aynanın qabağında bir dəqiqə dayandı. “Qız haqlıdır, − deyə düşündü, − mənim gözlərim Bizans gözü olmasa da, amma hər halda, çılğın gözlərdir. Bəs bu arıqlıq, qaba və irisümüklü yöndəmsizlik, kömür kimi qaşlarımın kədərlə çatılması, qara saçlarımın codluğu, doğrudan da, Sonka deyən kimi, az qala at tüküdür?”

      Lakin arxasında yeyin-yeyin addımlayan yalın ayaq tappıltısı eşitdi. Utanaraq dönüb geri baxdı.

      Eyvana əlində qaynar samovar aparan Paraşa onun yanından iti addımlarla keçəndə mehribancasına zarafatla dedi:

      − Elə hey aynaya baxırsınız, yəqin, vurulubsunuz.

      Paraşa samovarı cəld hərəkətlə qaldırıb çay içmək üçün yığışdırılmış masanın üstünə qoyaraq:

      − Sizi ananız axtarırdı, − deyə əlavə etdi, sonra da dönüb cəld və iti nəzərlə Mityaya baxdı.

      Mitya “hamı bilir, hamı şübhələnir!” − deyə düşünərək özünü zorlayıb soruşdu:

      − Bəs anam haradadır?

      − Öz otağındadır.

      Evin yanından ötərək artıq səmanın qərb tərəfinə keçən günəş öz iynəyarpaqlı budaqları ilə eyvana kölgə salan şamağacları ilə ağ şamların diblərinə parlaq işıq saçırdı. Onların altındakı gərməşov kolları da lap yaysayağı şüşə kimi parıldayırdı. Masanın üstünə salınmış ağappaq süfrəyə zəif kölgə, bəzi yerlərinə isə hərarətli işıq ləkələri düşmüşdü. Zənbilə qoyulmuş ağ çörəyin, içində mürəbbə olan tilli vazanın və fincanların üzərində arılar vızıldaşırdı. Bütün bu mənzərə gözəl kənd yayını nümayiş etdirir və necə də xoşbəxt, qayğısız yaşamaq mümkün olduğunu göstərirdi. Onun vəziyyətini, əlbəttə ki, başqalarından az başa düşməyən anasını qabaqlamaq və qəlbində qətiyyən heç bir ağır sirr olmadığını göstərmək üçün Mitya zaldan dəhlizə getdi; onun öz otağının, anasının otağının və Anya ilə Kostyanın yayda yaşadıqları iki başqa otağın qapıları dəhlizə açılırdı. Dəhliz qaranlıq idi, Olqa Petrovnanın otağı göyümtül idi. Bütün otağa evdə mövcud olan qədim mebel – şifonerlər, komodlar, böyük çarpayı ilə ikona üçün şüşəli dolab ağzına qədər sıx və səliqə ilə doldurulmuşdu. Olqa Petrovna heç vaxt bir o qədər dindarlıq göstərməsə də, ikona dolabının qarşısında, adətən, şamdan yanırdı. Açıq pəncərələrin qabağında, baş xiyabanın girəcəyi qarşısında baxımsız qalmış çiçəkliyə kölgə düşürdü, kölgəlikdən o tərəfdə nura qərq olmuş bağ təmtəraqla yaşıl və ağ rəngə boyanırdı. Cüssəli və arıq, qara və ciddi qadın olan qırxyaşlı Olqa Petrovna çoxdan öyrəncəli olduğu bütün bu mənzərəyə fikir vermədən pəncərənin yanındakı kresloda əyləşmişdi; çeşmək taxdığı gözlərini aşağı dikib toxumasına baxır, milləri iti işlədirdi.

      Mitya otağa girib qapının ağzında dayanaraq dedi:

      − Sən məni soruşmuşdun, ana?

      Olqa Petrovna işini dayandırmadan, nəsə xüsusi bir sakitliklə cavab verdi:

      − Əşi, yox, mən eləcə səni görmək istəyirdim. Axı mən indi səni nahar vaxtından başqa, demək olar, heç vaxt görmürəm.

      Martın doqquzunda Katyanın dediyi sözlər Mityanın yadına düşdü. Onda Katya demişdi ki, nədənsə onun anasından qorxur; Katyanın sözlərində, şübhəsiz, mövcud olan mübhəm füsunkar mənanı xatırladı… Mitya çəkinə-çəkinə burnunun altında dedi:

      − Bəlkə, sən mənə bir şey demək istəyirdin?

      Olqa Petrovna dedi:

      − Heç nə, təkcə onu demək istəyirdim ki, mənə belə gəlir, son günlər sən nəsə qüssələnməyə başlayıbsan. Bəlkə, bir yerə səfər edəydin… Məsələn, Meşşerskilərgilə… Evləri ərgən qızlarla doludur, − Olqa Petrovna gülümsəyərək əlavə etdi, − bir də, ümumiyyətlə, mənə qalırsa, çox mehriban və səmimi ailədir.

      Mitya çətinliklə cavab verərək:

      − Bu günlərdə birtəhər fürsət tapıb məmnuniyyətlə gedərəm. Lakin gedək çay içməyə, ora, eyvan çox yaxşıdır… Elə oradaca söhbət edərik, − dedi, lakin Mitya çox gözəl bilirdi ki, fərasətli, dərrakəli, təbiətən olduqca təmkinli anası bu səmərəsiz söhbətə bir daha qayıtmayacaqdır.

      Eyvanda onlar, demək olar, gün batanadək oturdular. Anası çaydan sonra toxumanı davam etdirərək qonşular haqqında, təsərrüfat haqqında, Anya ilə Kostya barədə danışırdı, – avqust ayında Anyanın yenə təkrar imtahanı olmalıdır! Mitya qulaq asır, bəzən cavab verirdisə də, lakin Moskvadan yola düşməmişdən qabaq daim nə hiss edirdisə, indi də nəsə ona bənzər bir şey hiss edirdi, – elə bil ki o, yenə hansı ağır xəstəlikdənsə məst olmuşdu.

      Axşam isə Mitya iki saat ara vermədən evdə dala-qabağa var-gəl edir, zaldan, qonaq otağından, istirahət otağından və kitabxanadan keçib onun bağa tərəf açıq olan cənub pəncərəsinə qədər addımlayırdı. Şamağaclarının və ağ şamların budaqları arasından zalın və qonaq otağının pəncərələrinə qürubun mülayim qırmızı СКАЧАТЬ