Hekayələr. Иван Бунин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Иван Бунин страница 5

Название: Hekayələr

Автор: Иван Бунин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242621 

isbn:

СКАЧАТЬ əcaib bir mujik daxmanın yanında dayanıb diqqətlə qaranlığa baxırdı. Mujik ayaqyalın idi, cırıq armyak geymiş, uzunsaçlı başına papaq qoymuşdu… Bu dəm isti, ləzzətli, ətirli yağış yağmağa başladı. Mitya bu daxmalarda yatan qızlar haqqında, cavan gəlinlər haqqında, qış mövsümündə Katya ilə münasibətlərində yaxınlaşmış olduğu bütün qadın məziyyətləri haqqında düşünməyə başladı, hər şey – Katya, qızlar, gecə, bahar, yağışın ətri, bar verməyə hazır olan şumlanmış torpağın qoxusu, at tərinin qoxusu və layka əlcəyinin ətri haqqındakı xatirə – hamısı bir-birinə qarışdı…

VIII

      Kənddə həyat heyranedici, dinc günlərlə başlandı.

      Gecə stansiyadan gedəndə yolda Katyanın surəti sanki sönmüşdü, bütün ətrafdakı şeylər içərisində əriyib yox olmuşdu. Lakin yox, bu ancaq belə görünmüşdü və bir neçə gün də belə görünürdü, o vaxta qədər ki, Mitya yatıb yuxusunu alır, özünə gəlir, doğma yurdun, kənd baharının, baharın üryanlığının və təmiz, təravətli tərzdə yenidən çiçəklənməyə hazır olan aləmin boşluğuna, uşaqlıqdan tanış olan təəssüratın təzəliyinə alışırdı.

      Malikanə kiçik idi, ev köhnə və sadəydi, təsərrüfat mürəkkəb deyildi, çox xidmətçi tələb etmirdi, – Mitya üçün dinc, sakit həyat başlanmışdı. Gimnaziyanın ikinci sinfində oxuyan bacısı Anya, yeniyetmə kadet qardaşı Kostya hələ Oryolda idilər; ən tezi iyunun əvvəllərində gəlməli idilər. Anası Olqa Petrovna həmişəki kimi təsərrüfatla məşğul idi, təsərrüfat işində ona ancaq prikazçik kömək edirdi, – xidmətçilər onu kovxa adlandırırdılar, – Olqa Petrovna tez-tez çöldə olurdu, hava qaralan kimi yatırdı.

      Mitya gələn günün ertəsi, on iki saat yatandan sonra, yuyunub təmiz geyinmiş halda, özünün gün işığına qərq olan otağından – otağının pəncərələri bağa, şərqə tərəf idi – çıxıb bütün o biri otaqlardan keçəndən sonra onların məhrəmliyini və qəlbi də, canı da dincəldən sadəliyini dərin həyəcanla hiss etdi. Hər yerdə hər şey bir çox il bundan əvvəlki kimi öz yerində dayanmışdı, elə o cür də tanış və xoş qoxu gəlirdi; onun gəlməsi münasibətilə hər şey yığışdırılıb səliqəyə salınmışdı, bütün otaqların döşəmələri yuyulmuşdu. Təkcə dəhlizə, nökər otağına, – onu hələ indiyə qədər də nökər otağı adlandırırdılar, – bitişən zalı yuyub qurtarmaqda idilər. Kənddən gəlmiş, günəmuzd işləyən üzü çilli qız eyvana açılan qapının yanındakı pəncərədə dayanıb əlini üst şüşəyə tərəf uzadaraq şüşəni silirdi; aşağı şüşələrdə isə sanki göy rəngə çalan uzaq inikasla əks olunurdu. Ağ ayaqları yalın qulluqçu Paraşa böyük cındırı içi qaynar su ilə dolu olan vedrədən çıxarıb su tökülmüş döşəmədə xırda dabanları üstündə yeriyirdi, özü də pörtmüş sifətinin tərini çırmanmış qolu ilə silərək dostcasına, heç nədən utanmadan dedi:

      − Gedin çay için, ananız hələ alaqaranlıqdan kovxa ilə birlikdə stansiyaya gedib, siz, yəqin, heç eşitməyibsiniz…

      Elə dərhal gözünün qarşısında hökmlə Katya canlandı: Mitya hiss etdi ki, bu çırmanmış qadın qoluna və pəncərədə əlini yuxarı uzadan qızın zərif dirsəyinə, altında möhkəm çılpaq baldırları görünən yubkasına ehtiras və həvəslə baxır; özü də Katyanın dərin təsirini, özünün ona mənsub olmasını sevinclə duydu; bu səhərin bütün təəssüratlarında Katyanın gizlin mövcud olmasını hiss edirdi.

      Həm də bu mövcudluq gündən-günə daha canlı və daha qabarıq hiss olunurdu. Mitya özünə gəlib sakitləşdikcə, Moskvada onun arzularında yaranan Katya ilə iztirablı dərəcədə birləşməyən o adi Katyanı unutduqca bu təəssürat daha gözəl şəkil alırdı.

IX

      İndi Mitya ilk dəfə idi ki, evdə böyük kimi yaşayırdı, hətta anası da onunla əvvəlkinə nisbətən ayrı cür rəftar edirdi, başlıcası isə qəlbində ilk həqiqi məhəbbət duyğusu ilə yaşayırdı; yeniyetməlikdən bütün varlığı ilə gizlincə gözlədiyi şeyi həyata keçirirdi.

      Hələ körpə vaxtı onun qəlbində bəşər dilində nəsə ifadə edilə bilməyən bir şey heyrətamiz və mübhəm şəkildə baş qaldırmışdı. Nə vaxtsa, haradasa, gərək ki, bu da baharda, bağda, yasəmən kollarının yanında olmuşdu – qabar böcəklərinin tünd qoxusu yadında qalmışdı – o hələ lap balaca ikən bir nəfər gənc qadınla, – yəqin, öz dayəsi ilə, – yanaşı dayanmışdı, – qəflətən onun qarşısında səmavi şəfqət nəyisə nura qərq etdi, – bilmədən onun çöhrəsinimi, yoxsa dolğun döşlərindəki sarafanımı işıqlandırdı, həm də nəsə həqiqətən ana bətnindəki uşaq kimi onun daxilində qızğın dalğatək keçib cərəyanla gəldi… Lakin o, yuxu kimi idi. Sonralar – uşaqlıq, yeniyetməlik illərində, gimnaziyada təhsil aldığı illər ərzində nə baş vermişdisə, hamısı yuxu kimi idi. Onun uşaq şənliklərinə öz anaları ilə gələn qızlardan gah birinə, gah da başqasına nəsə heç bir şeyə bənzəməyən xüsusi bir duyğu ilə valeh olurdu; donları, başmaqları balaca, başına ipək bant bağlamış – yenə də heç bir şeyə bənzəməyən bu kiçik, füsunkar məxluqun hər bir hərəkətinə gizlincə böyük bir maraqla tamaşa edirdi. Gimnaziya tələbəsi olan bir qıza (bu artıq sonralar, quberniya şəhərində baş vermişdi) məftun olmuşdu; bu məftunluq, demək olar, bütün payız fəslində və artıq daha şüurlu surətdə davam etmişdi; bu qız tez-tez axşamlar qonşu bağın hasarı arxasındakı ağacda peyda olurdu: onun şuxluğu, masqaraçılığı, qəhvəyi donu, saçlarındakı girdə darağı, çirkli, balaca əlləri, gülüşü, şaqraq qışqırığı – hamısı elə idi ki, Mitya səhərdən-axşamadək onun haqqında düşünür, qüssələnir, hətta bəzən ağlayır, qızdan sönmək bilməyən bir təmənna, istək ona rahatlıq vermirdi. Sonra bu da nəsə öz-özünə qurtardı, yadından çıxdı, yeni, az-çox uzunsürən, – yenə də mübhəm şəkildə, – məftunluq yarandı; gimnaziyanın rəqs gecələrində gözlənilməz sevgidən yaranan kəskin sevinc və kədər duyğuları oyadırdı… Canında nəsə üzüntülər əmələ gəlir, qəlbində isə dumanlı hislər, nəyinsə intizarı baş qaldırırdı…

      Mitya kənddə anadan olmuş və kənddə böyümüşdü, lakin gimnaziya tələbəsi olanda bahar fəslini istər-istəməz şəhərdə keçirirdi, tək bircə il, inişil, pəhriz bayramında kəndə gələndə naxoşlamışdı. Sağaldığı müddətdə – mart ayında və aprelin yarısı ərzində evdə qaldı. Bu, unudulmaz vaxt idi. İki həftə yatağında uzanıb yalnız pəncərədən hər gün dünyada isti və işığın artması ilə birlikdə dəyişən səmanı, qarı, bağı, onun ağaclarının gövdələrini və budaqlarını görürdü. Görürdü ki, səhərdir, gün işığına qərq olan otaq istidir, cana gələn milçəklər şüşələrdə sürünür… Ertəsi gün nahardan sonra günəş evin arxasında, o biri tərəfdən peyda olub, pəncərədə isə baharın mavi rəngə boyanan ağ qarı solğunlaşır, göydə, ağacların zirvələrində iri ağ buludlar dayanıb… Bir gün də keçəndən sonra görürdü ki, buludlu səmada elə parlaq açıqlıq var, ağacların islanmış gövdələri elə parlayır, pəncərə üzərindəki damdan damcılar elə tökülür ki, adam bunlara baxmaqdan doymur, sevindikcə sevinir… СКАЧАТЬ