Название: Qorxu vadisi
Автор: Артур Конан Дойл
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244052
isbn:
– Mənim daha sualım yoxdur, – Makdonald dedi.
– Mənimsə bir sualım var, – Şerlok Holms dilləndi. – Siz otağa girəndə yalnız stolun üstündə şam yanırdı?
– Elədir.
– Dərhal zəngi çaldınız?
– Bəli.
– Ems çox tez gəldi?
– Təxminən bir dəqiqə sonra.
– Gələndə şamın söndürüldüyünü, işığın yandığını görüb. Çox təəccüblüdür.
– Mən burda təəccüblü heç nə görmürəm, – Berker çaşqın halda dedi. – Şam kifayət qədər işıq salmır.
Holms daha sual vermədi və Berker hamımızı şübhəylə süzüb otağı tərk etdi.
İnspektor Makdonald missis Duqlasın otağına qalxmağa hazır olduğu barədə Emslə xəbər göndərdi. Ancaq missis Duqlas özü aşağı endi. O, otuz yaşlarında gözəl bir qadın idi.
– Nəsə aydınlaşdıra bilmisiniz? – soruşdu.
– Biz əlimizdən gələni edirik, missis Duqlas, – inspektor cavab verdi. – Siz ərinizlə ilk dəfə Londonda tanış olmusunuz?
– Bəli.
– Mister Duqlas Amerikada baş vermiş, onu təhlükəyə salan hadisələr barədə danışmışdı?
Missis Duqlas duruxub nə haqdasa fikrə getdi.
– Yox, danışmamışdı. Ancaq onu sevən bir qadın kimi narahatlığını hiss eləyirdim. Güclü düşmənləri olduğunu, onun izinə düşdüklərini bilirdim.
– Ərinizin hansı sözləri sizi daha çox təəccübləndirib? – Holms soruşdu.
– “Qorxu vadisi”. Keçmişi barədə hansısa sualıma cavab verəndə belə demişdi: “Mən Qorxu vadisində olmuşam. Hələ də ordan tam çıxa bilməmişəm”.
– “Qorxu vadisi” deyəndə nəyi nəzərdə tuturdu?
– O, doğrudan da, belə bir vadidə yaşamışdı. Orda başına dəhşətli hadisələr gəlmişdi. Mən buna əminəm.
– Bəs hansısa bir ad çəkmədi?
– Yox. Ancaq üç il əvvəl ovdakı bədbəxt hadisə nəticəsində qızdırmadan sayıqlayanda “ruh və bədənin hakimi” ustad Makgintinin adını hirslə təkrarlayırdı. Sağalanda bu adamın kim olduğunu, kimlərin ruh və bədənlərinin hakimi olduğunu ondan soruşdum. “Allaha şükür ki, mən deyiləm”, – gülərək cavab verdi. Makginti ilə Qorxu vadisi arasında əlaqə olduğunu düşünürəm.
– Ərinizin nişan üzüyünün barmağından çıxarıldığını bilirsiniz, – inspektor Makdonald dedi. – Bu sizi təəccübləndirmir? Bəlkə, onu köhnə bir düşməni izləyirmiş, ancaq nəyə görə öz üzüyünü çıxarsın ki?
Qadının xəfifcə gülümsədiyinə and içə bilərəm.
– Deyə bilmərəm.
– Daha vaxtınızı almayaq, – inspektor dedi. – Narahat etdiyimiz üçün bağışlayın.
– Gözəl qadındır, – o gedəndən sonra Makdonald fikirli-fikirli dedi. – Məncə, Berker burda baş verən hadisədə fəal iştirak edib. Mərhumun qısqanc olduğunu etiraf etdi, sözsüz ki, onun qısqanclığının səbəbini başqalarından yaxşı bilir. Hələ nişan üzüyünün yoxa çıxması? Bunu görməzliyə vurmaq olmaz. Ölünün barmağından üzüyü çıxaran adam… Nə deyə bilərsiniz, mister Holms? – Sonra durub zəngi çaldı.
Dostum başını əllərinə söykəyib fikrə getmişdi.
– Ems, – eşikağası otağa girəndə Makdonald dedi, – mister Berker indi hardadır?
– Gedib baxaram, ser.
Bir dəqiqə sonra qayıdıb xəbər verdi ki, Berker bağdadır.
– Ems, mister Berkerin gecə ayağına nə geyindiyi yadınızdadır?
– Yumşaq ev ayaqqabısı geyinmişdi. Polisə gedəndə ona çəkmə gətirdim.
– Bizim üçün hansı izin mister Berkerə, hansının cinayətkara aid olduğunu bilmək vacibdir.
– Onun da, mənim də ayaqqabılarım qana bulaşıb.
– Bu, tamamilə təbiidir, otaqda hər yan qandı. Hər halda, Ems, ayaqqabını gətirin.
Ems gedib ayaqqabı ilə qayıtdı. Ayaqqabının altı qurumuş qandan qaralmışdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Frank – Fransada pul vahidi
2
Keb – taksi xidməti göstərən avtomobil