Qorxu vadisi. Артур Конан Дойл
Чтение книги онлайн.

Читать онлайн книгу Qorxu vadisi - Артур Конан Дойл страница 5

Название: Qorxu vadisi

Автор: Артур Конан Дойл

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244052 

isbn:

СКАЧАТЬ olunmayıb? Ümid edirəm ki, zəruri tapşırıqlar verilib, paltarı islanmış şübhəli adam hər yerdə axtarılır.

      – Əlbəttə, mister Holms.

      Holms stola yaxınlaşıb lupa vasitəsilə qan izini tədqiq etməyə başladı.

      – Çəkmə izi olduğuna şübhə yoxdur. Ancaq necə də böyükdür! Küncdəki ayaq izi daha kiçikdir… Bəs stolun altındakı nədir?

      – Mister Duqlasın idman eləmək üçün ağırlıq daşlarıdır, – Ems dedi.

      – Burda bir daşdır. Bəs ikinci daş hanı?

      Bu yerdə qapı bərk döyüldü və hündür, gündən qaralmış centlmen otağa girdi. Onun Sesil Berker olduğu aydındı.

      – Mane olduğum üçün bağışlayın, – o dedi. – İndicə velosiped tapılıb. Kimsə onu giriş qapısından yüz metr aralıda atıb.

      Berkerlə gedib kolluqdan çıxarılmış velosipedi gördük. Velosiped palçığa batmışdı, görünür, uzaq yoldan sürüb gəlmişdilər.

      – Polisin işinə yaraya bilər, – inspektor dedi. – Cinayətkarın harda gizləndiyini bilməsək də, heç olmasa, hardan gəldiyini öyrənməyə çalışarıq. Bəs velosipedi, görən, burda niyə atıb? Onda lazım olduğu yerə necə gedəcək? Mister Holms, deyəsən, bu qaranlıq dolanbaclardan işığa heç vaxt çıxa bilməyəcəyik.

      5

      – Evdəkilərin ifadəsini almaq istəyirsiniz? – geri qayıdanda inspektor soruşdu.

      Holms başını tərpətməklə kifayətləndi.

      İlk olaraq eşikağası Emsi dinlədilər. O, mister Duqlasın yanında beş ildi işləyirdi. Hadisə baş verdiyi gün mister Duqlasın narahat olduğunu sezmişdi; hövsələsiz və səbirsiz idi, bu da ona heç yaraşmırdı. Ems güllə səsini eşitməmişdi, çünki anbar və mətbəx evin o biri ucundaydı. Qəfil zəng səsinə dəhlizə qaçmışdı, qulluqçu ilə də orada qarşılaşmışdı. Pilləkənin ayağına çatanda aşağı düşən missis Duqlası görmüşdülər. Qorxduğu, ya həyəcanlandığı hiss olunmurmuş. Bu yerdə mister Berker onun üstünə qaçıb, geri qayıtması üçün dilə tutub: “Allah xatirinə, otağınıza qayıdın! Zavallı Con ölüb! Daha ona heç cür kömək eləyə bilməyəcəksiniz! Otağınıza qayıdın!” Missis Duqlas ona qulaq asıb geri qayıtmışdı. Emslə mister Berker hadisə yerinə getmişdilər. Qaranlıq olduğundan bayırda heç nə görünmürmüş. Bundan sonra Ems körpünü aşağı salmışdı ki, mister Berker polis çağırmağa gedə bilsin.

      Qulluqçu Allen eşikağası Emsin danışdıqlarını təsdiqləyib ona heç nə əlavə etmədi.

      Sonra şahid qismində mister Berker dindirildi. O, cinayətkarın pəncərədən qaçdığına əmin idi, bunu qan izi də sübut edirdi. Mister Berker qətlin səbəbini aydınlaşdırmaq üçün öz versiyasını irəli sürdü. Duqlasın həyatının heç kimə danışmadığı qaranlıq tərəfləri var idi. Onlar ilk dəfə Kaliforniyada rastlaşmışdılar, zəngin qızıl yatağının işlədilməsində şərik olmuşdular. Ancaq Duqlas işini qəfil dayandırıb İngiltərəyə getmişdi. Bir müddət sonra Berker də öz payını satıb Londona yola düşmüşdü. Orda yenə dostluqlarını davam etdirmişdilər. Elə təəssürat yaranırdı ki, sanki Duqlas daim təhlükə altında idi. Üstündə həmişə silah gəzdirirdi. Berkerin fikrincə, hansısa bir təşkilat Duqlası izləyirdi. O müəmmalı kağız da, yəqin ki, buna işarədir.

      – Duqlasla Kaliforniyada nə qədər yaşadınız? – Makdonald soruşdu.

      – Beş il.

      – O, subay idi?

      – Dul idi.

      – Birinci arvadının haralı olduğunu eşitməmişdiniz?

      – Deyirdi ki, isveçli olub, yatalaq xəstəliyindən ölüb.

      – Duqlasın cinayətkar olduğundan şübhələnmirdiniz?

      – Mən ondan vicdanlı adama rast gəlməmişəm.

      – Kaliforniyada yaşayanda onda nəsə bir qəribəlik sezməmişdiniz?

      – O, izdihamlı yerlərdən qaçırdı. Kimdənsə ehtiyatlandığı hələ onda ağlıma gəlmişdi. Görünür, xəbərdarlıq almışdı. Gedəndən bir həftə sonra altı adam gəlib onu soruşmuşdu. Amerikalıya oxşayırdılar.

      – Bu, altı il əvvəl baş verib?

      – Bəli.

      – Buna qədər isə Duqlasla Kaliforniyada on bir il yaşamısınız?

      – Belə çıxır.

      – Demək, aralarında qatı düşmənçilik varmış, yoxsa ədavət bu qədər davam edib, belə kədərli sonluqla başa çatmazdı.

      – Məncə, qaranlıq məsələ idi. Heç vaxt yadından çıxmırdı.

      – Bəs niyə polisə müraciət etməyib?

      – Görünür, bu təhlükədən heç kim onu qoruya bilməzmiş. Nahaq yerə üstündə silah gəzdirmirdi. Ancaq bu gecə əynində xalat olub. Körpü qaldırılanda özünü təhlükəsizlikdə hiss eləyirdi.

      – Duqlas beş ildi evlidirsə, deməli, toy ərəfəsində İngiltərəyə qayıtmısınız?

      – Nikahdan bir ay əvvəl. Mən onun sağdışı olmuşam.

      – Missis Duqlası toya qədər tanıyırdınız?

      – Yox.

      – Ancaq sonra tez-tez görürdünüz?

      – Dostumun yanına gələndə, təbii ki, arvadını da görürdüm. Əgər siz güman edirsinizsə…

      – Mən heç nə güman etmirəm, mister Berker. İşi aydınlaşdırmaq üçün lazım olan sualları verirəm. Mister Duqlas arvadı ilə dostluq etməyinizə necə baxırdı?

      Berker tutulan kimi oldu:

      – Mənə bu cür suallar verməyin! Mən cavab verməkdən imtina edirəm!

      – İmtina etmək sizin haqqınızdır, amma imtina etməyinizin özü artıq cavabdır.

      Berker bir anlığa susdu. Nə haqdasa gərgin halda düşündüyü hiss olunurdu. Sonra birdən gülümsədi:

      – Siz, doğrudan da, öz vəzifənizi yerinə yetirirsiniz. Mən sizə mane ola bilmərəm. Ancaq xahiş edirəm, bu cür suallarla missis Duqlası üzməyəsiniz. Etiraf edim ki, zavallı Duqlasın yeganə çatışmayan cəhəti qısqanclıq idi. O məni sevirdi, arvadına pərəstiş eləyirdi. Həmişə bura gəlməyimi istəyirdi, ancaq СКАЧАТЬ