Название: Qorxu vadisi
Автор: Артур Конан Дойл
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244052
isbn:
– Bunlar qurma da ola bilər. Duqlas amerikalıdır, ya da Amerikada çox yaşayıb. Berker də həmçinin. Bütün bunları amerikalının ayağına yazmaq üçün onu evə kənardan soxmağa ehtiyac yoxdur.
– Bəs Emsə güvənmək olarmı?
– Ems çox etibarlı adamdır. O heç vaxt evdə bu cür tüfəng görməyib.
– Onda öz mülahizələrinizi bizimlə bölüşün, mister Mak, – Holms hakim kimi hökmlə dedi.
– Bu adam oğru deyil. Üzük, tapdığımız o kağız da qətlin şəxsi zəmində əvvəlcədən düşünüldüyünü göstərir. O, qətli törədəndən sonra çətinliklə üzləşəcəyini bilirdi, çünki ev su doldurulmuş xəndəklə əhatə olunub. Ona görə az səs çıxaran silah seçib.
– Meyson, siz xəndəyin çöl tərəfini araşdıranda sudan çıxan adamın ayaq izinə rast gəlmədiniz? – dostum fikirli-fikirli soruşdu.
– Heç bir iz yoxdur, mister Holms.
– Mister Meyson, ləngimədən həmin yerə gedə bilərik?
Hər iki tərəfində qarağac və palıd ağacları bitmiş mənzərəli kənd yolu ilə getdik. Sərt döngədən sonra qarşımızda tünd-qəhvəyi kərpicdən tikilmiş alçaq, ancaq böyük ev və qaraçöhrə ağacları əkilmiş bağ çıxdı. Yaxına gələndə asma körpü və su doldurulmuş enli xəndək gördük.
Holms xəndəyin içinə boylandı.
– Kiminsə xəndəkdən dırmaşıb çıxdığını göstərən heç bir iz yoxdur… Su həmişə bulanlıqdır?
– Demək olar, həmişə.
– Dərinliyi nə qədərdir?
– Burda hətta uşaq da boğulmaz.
Asma körpüdən keçib arıq, hündür adamla rastlaşdıq. Bu adam eşikağası Ems idi. Zavallı qoca həyəcandan hələ də titrəyirdi. Birlstoun polisi məşum otağın qarovulunu çəkirdi. Doktor artıq getmişdi.
– Yeni bir şey varmı, Uilson? – Meyson soruşdu.
– Yox, ser.
– İndi gedə bilərsiniz. Lazım olsa, arxanızca adam göndərərik. Eşikağasına deyin ki, mister Berkeri, missis Duqlasla qulluqçunu onlarla söhbət edəcəyimiz barədə xəbərdar eləsin. İndi, cənablar, – Meyson bizə müraciətlə dedi, – icazə versəniz, bəzi əlavə mülahizələrimi sizinlə bölüşərdim.
Bu əyalət xəfiyyəsi xoşuma gəlirdi. İti zəkası, sağlam düşüncəsi ona öz işində irəli getməsinə kömək edəcəkdi. Hətta Holms da ona diqqətlə qulaq asırdı.
– Cənablar, biz burda qətl törədildiyi, ya intihar olunduğu sualına cavab verməliyik. Əgər intihar hadisəsidirsə, onda belə çıxır ki, həmin adam öz nişan üzüyünü gizlədib, pərdənin arxasında küncü tapdalayıb, kiminsə onu güddüyünü göstərmək istəyib, sonra pəncərəni açıb, sonra qanla…
– Bu variantı ata bilərik, – Makdonald onun sözünü kəsdi.
– Mən də elə fikirləşirəm. Qalır qətl hadisəsi. Onda bunu kimin törətdiyini müəyyənləşdirməliyik: kənardan gələn adamdır, ya evdəkilərdən biri?
– Öz mülahizələrinizi söyləyin.
– Fərz edək ki, qatil evdəkilərdən biridir. Atəş açılandan vur-tut bir dəqiqə sonra mister Berker, hətta Ems də hadisə yerinə gəlib. Necə ola bilər ki, cinayətkar həmin vaxt ərzində pəncərəni açsın, çərçivəni qana bulasın, öldürülənin barmağından nişan üzüyünü çıxarsın, üstəlik də başqa işləri görsün? Bu, mümkün deyil.
– Hər şeyi çox dəqiq izah elədiniz, – Holms dedi. – Bu məsələdə sizinlə tamamilə razıyam.
– İndi qatilin kənardan gəlməsi versiyasına baxaq. Duqlas ömrünün çox hissəsini Amerikada yaşayıb, tüfəng isə Amerika istehsalıdır, çox güman ki, qətl qisas zəminində törədilib. Cinayətkar bu otağa gələrək gecə saat on birə qədər pərdənin arxasında gizlənib. Mister Duqlas otağa girəndə aralarında qısa söhbət olub. Bu söhbət heç olmaya da bilərdi, çünki missis Duqlas deyir ki, əri gedəndən beş dəqiqə keçməmiş atəş səsini eşidib…
– Bunu şamdan da bilmək olur, – Holms dedi.
– Doğrudur. Təzə şam yarım düym yanmağa macal tapıb. Duqlas hücum olmamışdan əvvəl şamı stolun üstünə qoyub, yoxsa şam onunla birlikdə yerə düşərdi. Bu sübut edir ki, ona otağa girən kimi hücum edilməyib. Mister Berker gələndə işıq yanırmış, şam isə söndürülübmüş. Bu fərziyyələr nəticəsində qətl səhnəsini təsəvvürə gətirməyə çalışacağam. Demək, mister Duqlas otağa girib şam yandırır. Əlisilahlı adam pərdənin arxasından çıxır. Nişan üzüyünü tələb edir. Səbəbini bilmirəm. Ancaq, yəqin ki, belə olub. Mister Duqlas üzüyü verir. Duqlas özünü müdafiə etmək üçün xalçanın üstündən tapdığımız çəkici götürür. Cinayətkar ona atəş açır, sonra tüfəngi və “V.V. 341” yazılmış kağız parçasını cəsədin üstünə atıb pəncərədən qaçır. Bəs siz necə hesab edirsiniz, mister Holms?
Söhbət ərzində Holms dinməzcə oturub hərdən diqqətlə ətrafa göz gəzdirirdi.
– Nəticə çıxarmaq üçün daha çox fakt toplamaq lazımdır, mister Mak, – o, meyitin önündə yerə domuşdu. – Ems, mister Duqlasın qolundakı bu damğa sizə tanışdırmı?
– Əlbəttə, ser.
– Bununla bağlı nəsə dediyini eşitmişdiniz?
– Yox.
– Bu, şübhəsiz ki, damğadır… Ems, bəs ağzının küncündəki bu xırda plastırı görmüşdünüz?
– Bəli, ser. Dünən səhər üzünü qırxanda kəsmişdi.
– Bu, təsadüfən də ola bilər, əsəbilik nəticəsində də. Son vaxtlar onun hərəkətlərində nəsə bir qəribəlik hiss etməmişdiniz, Ems?
– Mənə elə gəldi ki, fikri bir az dağınıqdır, həm də nədənsə narahatdır.
– Demək, hücum elə də gözlənilməz olmayıb. Onda keçək “V.V. 341” yazılmış kağıza. Evdə bu cür qalın kağız varmı?
– Yoxdur, ser.
Holms yazı stoluna yaxınlaşdı. Press-papyedə qara mürəkkəbdi, kağızdakı qırmızı.
– Yazı СКАЧАТЬ