Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков
Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqlığın son gecəsi - Максуд Ибрагимбеков страница 8

Название: Uşaqlığın son gecəsi

Автор: Максуд Ибрагимбеков

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-532-68-5

isbn:

СКАЧАТЬ elə təzəcə biz yaşda uşaqların siqaret çəkməyinin ziyanından danışmağa hazırlaşırdı ki, Səidə gəlib çıxdı. Deyəsən, Cəbrayıl əmi də o dəqiqə Səidənin gözəlləşdiyini və Konstansiya Bonasyeyə oxşadığını hiss etdi. Səidəyə dedik:

      – Bu, Cəbrayıl əmidir.

      Cəbrayıl əmi də öz növbəsində xeyli fransız sözü işlədərək dedi:

      – Le-z-ami de me-z-ami son me-z-ami…

      Bunun tərcüməsi “dostlarımın dostu – mənim dostumdur” demək idi.

      Sıxlaşaraq Səidə üçün pilləkəndə oturmağa yer elədik. O, Cəbrayıl əmi ilə üzbəüz oturdu və belə məlum oldu ki, o ancaq Səidə ilə danışır və bizi heç adam yerinə qoymur.

      Həmişə belə olur, Səidə gələn kimi hamının başı ona qarışır. Evlərində də, hər yerdə də Səidə diqqət mərkəzindədir. Amma bu bizim ürəyimizdən idi, çünki o vaxt hamımız ona aşiq olmuşduq…

      Oturub Cəbrayıl əmini dinləyirdik. Küçədən qəfil əyləc və çığırtı səsləri gələndə o çox maraqlı şeylər danışırdı. Hamımız küçəyə cumduq. Düz həyətimizin qabağında hərəkət istiqamətinin əksinə dayanmış maşın vardı, maşının ətrafına xeyli adam toplaşmışdı. Əlbəttə, camaatı itələyib maşına yaxınlaşdıq və yekə, qara bir itin maşının altında xırıldadığını gördük… Nə edəcəyimizi bilmirdik… Kimsə dedi ki, əzab çəkməsin deyə iti güllə ilə vurub öldürmək lazımdır.

      Həmişə belə məqamlarda kimsə peyda olub heyvan əzab çəkməsin deyə onun güllə ilə vurulmasını təklif edir. Sanki həmin adam həyatında nə vaxtsa itin, pişiyin, ya da elə atın güllə ilə vurulduğunu görüb. Heç bilmirəm, bu fikir necə yaranıb…

      İt maşının altında uzanıb xırıldayırdı, sonra xırıltısı kəsildi. Bu vaxt maşının böyür-başında dolaşan sürücü dedi ki, təcili işləri var və mütləq getməlidir. Sonra o, sükan arxasına keçdi, maşını işə salıb getdi, it isə küçənin ortasında qaldı. Tədricən ora toplaşan adamlar da dağılışdı, bəziləri pəncərədən baxırdı.

      İti sürüyüb səkiyə apardıq, yoxsa başqa bir maşın da diqqətsizlik edib onu əzə bilərdi. Sonra fikirləşdik ki, bu iti neyləyək. Kimsə dedi ki, onu şəhərə aparıb itlər üçün xüsusi qəbiristanda dəfn edə bilər, amma bunu ona upravdom şəxsən özü deməlidir. Hamı mübahisə etməyə başladı, bilmirdik, həqiqətən elə bir xüsusi qəbiristan var, yoxsa yox. Bu vaxt it qəfildən gözlərini açdı. Biz isə artıq onun öldüyünü güman edirdik.

      O bizə çox ciddi baxırdı, elə bil nəsə soruşmaq istəyirdi. Sanki küçəni keçərkən maşınla toqquşduğu andan sonra baş verənləri öyrənmək fikrində idi. Axı itlər, deyəsən, bu barədə heç nə bilmir, biləndə isə çox gec olur. Doğrudan da, adi it (deyəsən, cins it deyildi) haradan bilsin ki, saatda altmış kilometr sürətlə gələn bir neçə tonluq maşın çəkisi cəmi bir neçə kiloqram olan itlə toqquşandan sonra nə baş verir. Məncə, bunu dünyadakı itlərin heç biri bilmir. Sadəcə hiss edirlər ki, bu toqquşma yaxşı şey deyil və maşından uzaq durmağa çalışırlar, bu itin isə bəxti gətirməmişdi. O, qətiyyən zingildəyib eləmir, inildəmirdi. Fikirli-fikirli bizə baxırdı.

      İti götürüb həyətə gətirdik. Onu aparanda bizi dişləyəcəyindən qorxurduq, quduzluqdan yox, elə-belə, ağrıdan dişləyə bilərdi, axı onun bütün sür-sümüyü əzilmişdi. Ancaq o bizi dişləmədi, sadəcə ağır-ağır nəfəs alırdı, vəssalam.

      Səidə arxadan gəlir və deyirdi ki, evdə hamımızın dərsini verəcəklər, çünki başdan-ayağa qədər qana bulaşmışdıq. İti zirzəmiyə apardıq və axşam düşənə qədər onunla məşğul olduq. Evdə, doğrudan da, abrımızı ətəyimizə bükdülər.

      Səhər açılan kimi tez-tələsik zirzəmiyə cumduq, qorxurduq, birdən it ölər. İt zorla nəfəs alsa da, sağ idi. Onun yaralarına streptosid məlhəmi çəkdik, sonra birinci növbə oxuyanlar məktəbə getdi, ikinci növbə oxuyanlar isə zirzəmidə qaldı.

      Dərsdən sonra 4-cü Paralel küçəsindəki baytar həkimin yanına getdik, xahiş etdik ki, itimizə baxsın. Dedilər ki, iti bura gətirmək lazımdır, ancaq bunu biz itin başına gələnləri yerli-yataqlı danışana qədər dedilər, məsələnin nə yerdə olduğunu biləndən sonra doktor Aybolitə4 oxşayan eynəkli bir həkim gülümsədi, balaca çamadanını götürüb bizimlə gəldi. Onu zirzəmidəki itin yanına gətirdik. Baytar iti müayinə etdi və dedi ki, onun hələ də sağ qalmasına heyrət edir. Dedi, bu itin yaşayacağına inanmır və əgər yaşasa, bu sadəcə möcüzə olacaq. O bizə dərman verdi, nə etmək lazım olduğunu başa salıb getdi. Vidalaşarkən dedi ki, əgər it bir-iki günə ölməsə, onda uşaqlardan kimsə ona xəbər versin, o gəlib yenə iti müayinə edər…

      İt üç gün də yaşadı və üç gündən sonra bizdən kimsə zirzəmiyə girəndə başını qaldırıb baxır, hətta bu vaxt quyruğunu da tərpətməyə çalışırdı. Məhəllədəki qonşuların, demək olar ki, hamısı itə şorba artığı, yemək göndərirdi: it şorbadan başqa heç nə yeyə bilmirdi, çünki çənəsi möhkəm əzilmişdi. Gündə üç dəfə onun yaralarına həkimin verdiyi məlhəmi çəkirdik. Məlhəm çəkərkən çox ehtiyatlı olmağa çalışırdıq, amma buna baxmayaraq, deyəsən, onun canı ağrıyırdı, çünki bu vaxt sakitcə zingildəyir və qolunu yalayırdı.

      Üçüncü gün həkim gəlib itin sağ olduğunu görəndə heyrətini gizlədə bilmədi. Bizi təriflədi və dedi ki, bundan sonra it yaşayacaq. Həkim gedəndən sonra itə ad fikirləşməyə başladıq. Müxtəlif adlar dedik, ancaq heç biri xoşumuza gəlmədi.

      Səidənin də fikrini soruşduq, maraqlı idi, görəsən, o, itimizə nə ad vermək istəyirdi. Ancaq Səidə dedi ki, onun üçün fərqi yoxdur, bu itdən zəhləsi gedir, çünki çox pis iylənir və yəqin, bədənində birə də var. Bir sözlə, o bu itə nifrət edir.

      Doğrudan da, itin yaralarına çəkdiyimiz məlhəmin pis iyi vardı və üstəlik, deyəsən, birəsi də vardı, ancaq burada itin heç bir günahı yox idi. Səidəyə dedik ki, bir balaca özünə gələn kimi iti çimizdirəcəyik, ancaq o susdu, çox narazı görkəmi vardı. Cəbrayıl əmi diqqətlə ona baxdı, amma bir söz demədi.

      Beləliklə, itimizə bir ad tapa bilmədik. Sonra adətimiz üzrə yenə muşketyor oyunu oynamağa başladıq və yenə həmişə olduğu kimi, Səidə Konstansiya Bonasye idi, biz isə hamımız növbə ilə D´Artanyan olurduq və hər birimiz ona görə növbə ilə digərlərinə qalib gəlirdik.

      Yarım ay da keçdi və it artıq gəzməyə başladı. O, zirzəmidə bir neçə addım atır, sonra yenə uzanırdı. Görünür, ya tez yorulur, ya da hələ yaraları incidirdi. Artıq ət, çörək yeyə bilirdi, hər dəfə bizi görəndə quyruğunu yellədirdi, o dəqiqə hiss edirdik ki, bizi görəndə sevinir. O, böyük, qara itdi və həyətimizdə heç kəsin belə bir iti yoxdu.

      Hamımız СКАЧАТЬ



<p>4</p>

Rus yazıçısı Korney Çukovskinin ədəbi qəhrəmanının adı