Dekameron. Джованни Боккаччо
Чтение книги онлайн.

Читать онлайн книгу Dekameron - Джованни Боккаччо страница 15

Название: Dekameron

Автор: Джованни Боккаччо

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8125-9-7

isbn:

СКАЧАТЬ imkan düşdükcə, gah piyada, gah da atla o qadının evi qabağından keçirdi. Axırda elə oldu ki, qadın da, başqaları da maestro Albertonun oradan keçib getməsinin səbəbini başa düşdü. Onlar belə yetkin yaşlı, yetkin ağıllı bir adamın sevməsini öz aralarında tez-tez zarafata qoyub gülürdülər, elə güman edirdilər ki, gözəl sevgi ehtirası ancaq ağılsız gənclərin qəlbində özünə məskən salır. Bir dəfə bayram günü maestro Alberto yenə də bu qadının evi qabağından keçirdi; Malgerita və başqa qadınlar evin qapısı qabağında oturmuşdular. Maestro Albertonun uzaqdan onlara sarı gəldiyini görüb bu qərara gəldilər ki, onu öz yanlarına çağırıb hörmət etsinlər, sonra da sevgisini lağa qoysunlar. Belə də elədilər: ayağa qalxıb onu dəvət etdilər, sonra da həyətə apardılar, bu sərin həyətə yaxşı şərab və dadlı yeməklər gətirtdilər; axırda da xoş və məzəli şəkildə ona belə bir sual verdilər: «Necə oldu ki, siz, bir çox qəşəng, nəcib, gözəl cavanların bu gözələ vurulduğunu bilə-bilə ona eşq yetirdiniz?» Maestro bu incə kinayəni başa düşərək gülə-gülə dedi: «Madonna, mənim sevməyim, xüsusilə sizi sevməyim ağıllı adamı gərək təəc-cübləndirməsin, çünki siz belə bir sevgiyə layiqsi-niz. Təbii ki, sevgi məşqində qocaların gücü azlıq eləsə də, sevilmək arzusunu və anlayışını onların əlindən almamışlar; qocalar bunu daha çox ona görə anlayırlar ki, onların dərrakəsi də cavanların dərrakəsindən çoxdur. Madonna, sizi ki bu qədər cavanlar sevir, məni də sizi sevməyə təhrik edən ümid bundan ibarətdir: mən qadınların axşamlar acı paxla və prasa yediyini çox görmüşəm. Prasanın heç yeri dadlı olmasa da, başı bir az yeməlidir, azca da tamlıdır, amma, ümumiy-yətlə, siz qadınlarda iştah pozğunluğu olduğundan, prasanın başını əlinizdə tutur, yarpaqlarını yeyirsiniz, onun yarpaqları heç şeyə yaramır, tamı da pisdir. Madonna, mən nə bilim ki, siz də özünüzə aşiq seçəndə belə hərəkət etmirsiniz? Belə olmasaydı, siz məni seçər, başqalarını rədd edərdiniz». Malgerita, o biri qadınlar kimi, bir az utanaraq dedi: «Maestro, siz bizə təkəbbürlü niyyətimiz üstündə yaxşı tənbeh verdiniz, hər halda sizin sevginiz, ağıllı və ləyaqətli bir adamın sevgisi kimi, mənim üçün çox qiymətlidir, buna görə də mənimlə, öz kəniziniz kimi, sərbəstcə rəftar edin, ancaq bunu heç kəs bilməsin, adım ləkələnməsin». Maestro hamı ilə bərabər ayağa qalxaraq, gülə-gülə, fərəhlə qadınla vidalaşıb getdi. Bu qayda ilə Malgerita, kimi lağa qoymaq istədiyinin fərqinə varmadan, özü məğlub oldu. Siz ağıllı hərəkət etsəniz, bundan özünüzü çox gözəl qoruya bilərsiniz.

      Cavan xanımların və üç gəncin söylədiyi hekayələr qurtaranda günəş üfüqə sarı əyilirdi, isti xeyli azalmışdı. Kraliça zarafatla dedi: «Əziz dostlar, hökmranlıq etdiyim bu gündə sizə yeni bir kraliça verməkdən başqa ayrı bir işim qalmadı. Qoy yeni kraliça, ləyaqətlə əylən-mək məqsədi ilə, özünün həyatını və bizim həyatımızı, öz mülahizəsinə əsasən, sabahkı gün üçün təşkil etsin. Belə baxanda, axşama hələ çox qalmışdır, lakin vaxtında binagüzarlıq etməyən adam yaxşı dolanacaq düzəldə bilməz; bir də ki, yeni kraliçanın öz mülahizəsinə görə işə başlaması üçün, hər şeyi hazırlamaq, məqsədi ilə, mən bu qərara gəlirəm: sonrakı məclislərimiz bu vaxtdan başlan-sın. Buna görə hamını öz pənahında saxlayan allahın naminə, həm də bizim əylənməyimiz üçün bu çöl səltənətinin sabahkı gününə cavan və ağıllı Filomena rəhbərlik eləsin». O belə deyəndən sonra yerindən qalxdı, dəfnə çələngini başından götürüb hörmətlə Filomenanın başına qoydu, əvvəl özü, kraliçaya təzim edən kimi, onun qarşısında baş əydi, sonra da o biri xanımlar və cavanlar, özlərini onun ixtiya-rına verərək, təzim etdilər. Filomena hökmranlıq çələnginin başına qoyulduğunu görüb qızardı, Pampineyanın bu yaxında söylədiyi sözləri xatırladı, sadəlövh görünməmək üçün özünü ələ alıb, əvvəl, Pampineyanın təyin etdiyi adamların vəzifəsini yenidən təsdiq elədi, sabah səhərə və axşama, bu günkü yerdə hansı yeməklərin hazırlan-ması haqqında sərəncam verdi, sonra da belə bir nitq söylədi: «Əziz dostlar, Pampineya məni ləyaqətli olduğum üçün deyil, öz lütfkarlığı sayəsində sizin kraliçanız təyin etsə də, mən bizim dolanacağımızı ancaq özüm istədiyim kimi qurmaq fikrində deyiləm, öz fikrimlə bərabər sizin də rəyinizi nəzərə alacağam. Buna görə mənim nə edə-cəyimi bildikdən sonra, sizin fikrinizcə, buna bir şey artırmaq ya əskiltmək məsələsini bir neçə sözlə izah etmək istəyirəm. Bu gün mən Pampineyanın verdiyi sərəncamlara diqqət yetirdim, bunlar mənə həm tərifəlayiq, həm də əylənməyə kömək edən bir sərəncam kimi göründü; bu tədbirlər çox təkrar edildiyindən, ya başqa bir səbəbdən bizi darıxdırmayınca, mən onları dəyişməyi lazım görmü-rəm. İndi biz, verilən sərəncamı həyata keçirməyə başlayaraq, günəş qürub edəndən sonra fərəhlə gəzərik, sərində şam edərik, bir neçə nəğmə oxuyarıq, əylənərik, sonra da gedib yatarıq. Sabah da hava sərinkən ayağa qalxarıq, kimin könlü necə istərsə, elə də gedib əylənər. Sonra da, bu günkü kimi, müəyyən edilmiş vaxtda nahara gələrik. Nahardan sonra bir az rəqs edərik. Yuxudan qalxıb bu günkü kimi, bura hekayə söyləməyə gələrik, məncə, ən böyük, ləzzət də, fayda da bundadır. Mən bir şeyi də başlamaq fikrindəyəm. Pampineya kraliçalığa geç seçildiyindən, bunu edə bilmədi: bizim danışacağımız şeylərin mövzusunu bir qədər məhdudlaşdırmaq fikrindəyəm, bunu da qabaqcadan sizə bildirmək istəyirəm, qoy hamının bu mövzuda yaxşı bir hekayə düşünməyə vaxtı olsun. Bu, sizin xoşunuza gəlirsə, məsələ bundan ibarət olacaq: dünya yaranan-dan bəri qəza-qədərin təsadüfləri nəticəsində insanların başına çox müsibətlər gəlmişdir, dünyanın sonuna qədər də belə müsibətlər gələcəkdir, qoy hər kəs elə adamlardan danışsın ki, onlar bir çox çətinliklərdən sonra, heç gözlənilmədiyi halda, öz məqsədlərinə çatırlar». Qadınlar da, kişilər də eyni dərəcədə bu tədbiri bəyəndilər, ona əməl edəcəklərini söylədilər. Hamı susduqdan sonra Dioneo sözə başladı: «Madonna, o birilər deyən kimi, mən də deməliyəm ki, sizin bu tədbiriniz çox yaxşı və tərifəlayiq tədbirdir; ancaq mən sizin yüksək iltifatınızdan bir töhfə istərdim; nə qədər ki bizim bu cəmiy-yətimiz var, qoy o mənim əlimdən alınmasın. Dediyim töhfə də budur: sizin bu tədbiriniz məni həmin mövzuda hekayə söyləməyə məcbur etməsin, mən könlüm istədiyi şeyi öz hekayəmdə nəql edə bilim. Qoy elə güman edilməsin ki, ehtiyatda hekayəm olmadığı üçün mən belə bir mərhəmətin təmənnasındayam, bunu sübut etmək üçün həmişə ən axırda hekayə söyləməyə hazıram». Kraliça onun məzəli və güşad bir adam olduğunu bilirdi, həm də bu xahişi nə məqsədlə etdiyini başa düşürdü: o istəyirdi ki, cəmiyyət düşün-məkdən yorulanda, gülməli bir hekayə ilə onun kefini açsın. Buna görə həvəslə, həm də hamının razılığı ilə bu mərhəməti ondan əsirgəmədi. Sonra onlar qalxıb, ağacların kölgəsi altından, iri daşlar, yaşıl otlar arasından axan duru sulu çaya sarı yavaş-yavaş getdilər. Çay bir tənədən enərək dərəyə axırdı. Xanımlar burada ayaqqabı-larını çıxartdılar, qollarını çırmalayıb, suya girdilər. Suyun içində gəzə-gəzə əylənməyə başladılar. Axşam yeməyindən sonra musiqi alətlərini gətirtdilər. Kraliça əmr etdi ki, rəqsə başlanılsın. Rəqsi Lauretta idarə etməli, Yemiliya nəğmə oxumalı, Dioneo da rübab çalaraq, onunla həmsaz olmalı idi, Lauretta əmrə əsasən dərhal rəqsi idarə etməyə başladı, Yemiliya da gözəl səslə bu nəğməni oxudu:

      Mən СКАЧАТЬ